treonin
trepanobiopsiya
OBASTAN VİKİ
Trepanasiya
Trepanasiya (lat. trepanatio) və ya Kəllə trepanasiyası - cərrahi müdaxilə, müvafiq nahiyəni ya boşluğu əldə etmək məqsədi ilə kəllə sümüyünün dəlilməsi. == Növləri == Kəllə trepanasiyası (lat. t. cranii), kraniotomiya - kəllənin yarılması Dekompressiya məqsədli trepanasiya (lat. t. cranii decompressiva de-, aradan qaldırmaq, +compressio sıxılma, təzyiq) - geniş trepanasiya (5-6 x 6-7 sm) əsasən gicgah nahiyəsində beyinin bərk qişasını əldə etmək üçün eyniadlı kəllə sümüyünün pullu hissəsinin rezeksiyası. Beyin dislokasiyası nəticəsində xəstənin vəziyyətinin kəskin pisləşməsi zamanı icra edilir. == Tarixçəsi == Bu cərrahi müdaxilə qədimlərdən məlum olmuş, hələ Hippokrat bu barədə məlumat vermişdir. Neolit dövründən başlayaraq ən qədim zamanlardan bəri insanların trepanasiya ilə tanış olduqlarına dair dəlillər var.

Digər lüğətlərdə