Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
RM (repper)
Kim Namjoon (kor. 김남준; 12 sentyabr 1994) və ya səhnə adı ilə RM — Cənubi Koreyalı reper 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən qurulan K-pop musiqi qrupu olan BTSin lideri, əsas repperi, musiqi prodüseri və bəstəkarıdır. RM 2015-ci ildə ilk solo qarışıq albomu olan "RM"-ni buraxdı. 2018-ci ildə o, ikinci qarışıq albomu olan, ABŞ-nin Billboard 200-də 26-cı sıraya yüksələn və qrafik tarixində koreyalı solistin ən yüksək reytinqə malik albomu Mono-nu buraxdı. O, həmçinin Vale, Yonha, Varren Q, Qaeko, Krizz Kaliko, MFBTY, "Fall Out Boy", "Primary" və Lil Nas X kimi sənətçilərlə əməkdaşlıq edib. Kim Namcun (Koreyaca: 김남준) 12 sentyabr 1994-cü ildə Cənubi Koreya-nın Dongjak-gu şəhərində anadan olub və dörd-beş yaşında ailəsi ilə köçdüyü İlsan-da böyümüşdür. Özündən kiçik bacısı var. Uşaq ikən RM anasının istəyi ilə Friends komediya seriyalina baxaraq ingiliscə öyrənib. Tələbə ikən fəal şəkildə şeir yazırdı və yazılarına görə tez-tez mükafat alırdı. Təxminən bir il ərzində əsərlərini onlayn bir şeir veb saytına göndərdi və burada diqqət çəkdi.
The Hollywood Reporter
The Hollywood Reporter (tərc. Hollivud müxbiri) — ABŞ film sənayesindəki inkişafları izləyən aparıcı Amerika jurnalı. Həftədə bir dəfə nəşr olunur. Variety ilə birlikdə son on ildə Amerikanın ən böyük iki film jurnalından biri olub. Əsası Vilyam Vilkerson tərəfindən qoyulmuş jurnalın ilk nömrəsi 1930-cu ilin sentyabrında çıxmışdır. Jurnal hazırda Prometheus Global Media-a məxsusdur və qərargahı Los-Ancelesdə yerləşir. 2010-cu ildə Cenis Min (ing. Janice Min) nəşrin baş redaktoru oldu. 2012-ci ilin martından 2018-ci ilin noyabr ayına qədər jurnalın rusdilli versiyası nəşr olundu. 73 buraxılış verilib.
Lisa (reper)
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
OGB (reper)
Orxan Qarabasma vəya OGB (tam adı: Orxan Oktay oğlu Abbasov ; 18 oktyabr 1987, Bakı) — azərbaycanlı reper, musiqi prodüseri. Orxan Oktay oğlu Abbasov 1987-ci il 18 oktyabrında Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Rep səhnəsinə 2006-cı ildə "Qarabasma" qrupunun tərkibində başlayıb. 2008-ci ildən solo olaraq musiqi fəaliyyətinə davam edir. 2015-ci ildə reper RG ilə birlikdə "AFTERMAD" labelini yaradıb. 2017-ci ildən isə "Synaps" labeli ilə əməkdaşlıq edir. "Kəllə-Kəlləyə" və bir çox cypher tipli rep layihələrinin həmmüəllifidir. Orxan Qarabasma həmçinin bir çox müğənnilərə yazılan mahnıların müəllifidir.
RM (reper)
Kim Namjoon (kor. 김남준; 12 sentyabr 1994) və ya səhnə adı ilə RM — Cənubi Koreyalı reper 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən qurulan K-pop musiqi qrupu olan BTSin lideri, əsas repperi, musiqi prodüseri və bəstəkarıdır. RM 2015-ci ildə ilk solo qarışıq albomu olan "RM"-ni buraxdı. 2018-ci ildə o, ikinci qarışıq albomu olan, ABŞ-nin Billboard 200-də 26-cı sıraya yüksələn və qrafik tarixində koreyalı solistin ən yüksək reytinqə malik albomu Mono-nu buraxdı. O, həmçinin Vale, Yonha, Varren Q, Qaeko, Krizz Kaliko, MFBTY, "Fall Out Boy", "Primary" və Lil Nas X kimi sənətçilərlə əməkdaşlıq edib. Kim Namcun (Koreyaca: 김남준) 12 sentyabr 1994-cü ildə Cənubi Koreya-nın Dongjak-gu şəhərində anadan olub və dörd-beş yaşında ailəsi ilə köçdüyü İlsan-da böyümüşdür. Özündən kiçik bacısı var. Uşaq ikən RM anasının istəyi ilə Friends komediya seriyalina baxaraq ingiliscə öyrənib. Tələbə ikən fəal şəkildə şeir yazırdı və yazılarına görə tez-tez mükafat alırdı. Təxminən bir il ərzində əsərlərini onlayn bir şeir veb saytına göndərdi və burada diqqət çəkdi.
Roser Tarraqo
Roser Tarraqo (d. 25 mart 1993) — İspaniyanı təmsil edən su poloçusu. Roser Tarraqo, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Roser Tarraqo, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Suga (reper)
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Uran (Reper)
Uran (tam adı: İbrahim İbrahimov; 20 dekabr 1983, Xaçmaz) — Azərbaycan repçisi. Uran müxtəlif dövrdə Cəza, Detsl, Diana Hacıyeva, Paster, ProMete, Xpert, Payam Turk, F'Rhyme və digər sənətçilər ilə əməkdaşlıq edib. Uran 1983-cü il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-cı ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib. Hip-hopda ilk təxəllüsü "Mr Ib" olub. 2001-ci ilin mart ayından M. T. Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing.
Rüzgar (reper)
Aydın Hüseynov, ya da tanınan səhnə adı ilə Rüzgar (Sumqayıt) — Azərbaycan repçisi. İlk dəfə 2013-cü ildə "Hələki 1%" adlı trekini yayımlamışdır. 2018-ci ildə "Yenə gedirəm" adlı trekinə görə 30 sutka həbs cəzası verilmişdir. 2019-cu ildə "Xpert" və "Paster"lə birlikdə "Phenom" trekində iştirak edir. Sinqllar Hələki 1% (2013) Beş Barmaq (2014) Terroreast (2014) Tanrı (2016) Dəli (2016) O gecə yata bilmir Yeni Səviyyə Yaşıl Sex in Trap Vecimə deyil Help me (Qara Dəvətnamə) Yenə gedirəm Trend Təsadüfən əlim dəydi Unuduram İyirmi doqquz Albomlar Sərt Əsinti Sərt Əsinti 2 Sərt Əsinti 3 Elçi Oyan 2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Rüzgarın "Yenə gedirəm" mahnısı da yer alıb.
Vilhelm Roşer
Vilhelm Roşer(alm. Georg Friedrich Wilhelm Roscher‎; 21 oktyabr 1817, Hannover — 4 iyun 1894, Leypsiq) — Almaniya iqtisadçısı. Köhnə tarix məktəbinin banilərindən biri də Vilhelm Roşer (1817–1894-cü illər) idi. Roşer 1843-cü ildə buraxılmış "Tarixi metod" nöqteyi-nəzərindən siyasi iqtisad kursunun qısa əsasları" əsərində ilk dəfə tarixi metodun ümumi cizgilərini vermişdir. Roşerin "Xalq təsərrüfatının əsasları" (1854–1894) kitabı da maraq doğurur. Burada o, tarixi metoda müvafiq olaraq, hər bir millətin inkişafını aşağıdakı amillərin: təbiətin, əməyin və kapitalın, dəyişən hökmranlığı ilə əlaqələndirərək, J. B. Seyin üç istehsal amili nəzəriyyəsini şərh edir. Fridrix Listin ardınca Roşer müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını və deməli, iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Roşer xalqların təbii fərqlərini, həmçinin onun rəyincə müxtəlif millətlərdə ümumi təsərrüfat tipinin mümkünlüyünü istisna edən qabiliyyətlərinin və inkişaf dərəcələrinin fərqlərini ön plana çəkirdi. Roşer belə hesab edirdi ki, "donun eyni ölçü üzrə tikilmədiyi kimi, bütün xalqlar üçün də eyni iqtisadi ideal ola bilməz". Roşer cəmiyyətin inkişafının inqilabi yolunu rədd edərək, inkişafın yalnız təkamül formasını qəbul edirdi.