Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Resker və Xosudovskinin gəlirli binası (Rostov-na-Donu)
Resker və Xosudovskinin gəlirli binası — Rostov-na-Donu şəhəri Budyonnı küçəsi 1916-1943-cü illərdə mövcud olmuş bina. Böyük vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdır. Ünvan: Rostov-na-Donu şəhəri, Budyonnı prospekti, ev 10. Resker və Xosudovskinin gəlirli binası 1916-cı ildə tacirlər Resker və Xosudovskinin vəsaiti hesabına inşa edilmişdir. Boris Ermoloviç Xosudovski bur ticarətçi idi və tütüt ticarəti ilə məşğul olurdu. Üstəlik onun «Qafqaz-Don mühəndis bürosunda» kontoru vardı. E. L. Resker belə tütün ticarəti ilə məşğul olurdu. 1914-cü ildə Resker və Xosudovskinin gəlirli binasının yerində kiçik bir tütün mağazası olmuşdur. Bu mağaza iki tacirə məxsus idi. Birinci dünya müharibəsinin başlandığı dövrdə bu iki biznesmen tədricən varlanırdı.
Rəncbər
Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı. Tamamilə müflisləşərək, istehsal vasitələri və torpaqdan məhrum olan bu zümrə, varlanmış qonşulara qolçomaqlara öz əməyini satırdılar. Pul və bazar münasibətlərinin inkişafı dövründə rəncbərlərin sayı çoxalmağa başladı. XIX əsrin sonları - XX əsrin əvvəllərində müflisləşməkdə olan rəiyyətin bir hissəsi şəhərlərdə sənaye proletariatına qoşulurdu, bir hissəsi isə kənddə qalaraq rəncbərlik edirdi.
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Rəncbər (Hacıqabul)
Rəncbər — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Rəncbər Hacıqabul r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə rəncbər ailələrinin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdı. Rəncbər fars mənşəli söz Club, "muzdla tutulmuş cütcü, əkinçi, sahibkardan şəxsi asılılığı olan kəndli” deməkdir. 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3630 nəfər əhali yaşayır. Kəndin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Rəncbər (Zəngibasar)
Şor kolanlı və ya Rəncbər — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Araz çayının sahilində yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənə kimi Üçkilsə (Vağarşabad, Eçmiədzin) rayonunun tabeliyində olmuşdur. Rəsmi sənədlərdə kənd Rəncbər kimi göstərilir. Kənd Cəfərxan adlı bəyə mənsub olmuş və burada çalışanlar da onun rəncbəri (Rəncbər farscadır. Kəndli deməkdir.) idi. Bura, görünür, elə buna görə də Rəşbəri Cəfərxan adlandırılmışdır. Sonrakı dövlərdə Cəfərxan şəxs adı ixtisar edilmiş, işlənməmiş və kənd Rəncbər kimi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində «şoran, duzlu» mənasında işlənən şor ilə kolani // kolanı (kolanlı tayfa adının fars dilində yazılış forması) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir.
Rəncbər (dəqiqləşdirmə)
Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı. Rəncbər (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Rəncbər (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Rəncbərlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Rəncbər bələdiyyəsi — Hacıqabul rayonunda bələdiyyə. Rəncbərlər bələdiyyəsi — Ağcabədi rayonunda bələdiyyə.
Rəncbər bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rüştü Reçber
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
Rüştü Rəcbər
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.