Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Registan
Registan — qumlu səhra Əfqanıstanın cənubunda yerləşir. Şimaldan və qərbdən Qilmend çayı, cənubdan Çaqai dağı, şərqdən isə Kvetto-Pişinski alçaq dağlığı ilə əhatələnir. Burada hündürlüyü 60 metr olan barxanlar vardır. Səhranın sahəsi 40 000 km²-dir. Hündürlük şərqdə 1500 metr, şərqdə isə 800 metr təşkil edir. Subtropik kontinental iqlimə malikdir. Havası quru olub, illik yağıntının miqdarı 100 mm-dir. Yağıntı əsasən qış və yaz ayları düşür. Səhradan qoyunçuluq, dəvəçilik və davarçılıqda istifadə edilir. Cənub-qərbindən Əfqanıstan-Pakistan dövlət sərhədi keçir.
Google Assistant
Google Assistant — Google tərəfindən hazırlanmış virtual assistent. Əsasən mobil və ev avtomatlaşdırma cihazlarında mövcuddur. Süni intellektə əsaslanan Google Assistant şirkətin əvvəlki virtual assistenti Google Now-dan fərqli olaraq ikitərəfli olaraq söhbətlərdə iştirak edə bilir. Google Assistant 2016-cı ilin may ayında Google-un mesajlaşma proqramı Google Allo və onun səslə aktivləşdirilən səsucaldanı Google Nest-in bir hissəsi kimi təqdim edildi. Google Pixel smartfonlarında bir müddət eksklüziv olaraq qaldıqdan sonra 2017-ci ilin fevral ayından başlayaraq üçüncü tərəf smartfonlar və Android Wear daxil olmaqla digər Android cihazları üçün buraxıldı və 2017-ci ilin may ayında iOS əməliyyat sistemində müstəqil proqram kimi yayımlandı. 2017-ci ilin aprelində proqram təminatının tərtibatı dəstinin elanı ilə yanaşı, Assistant avtomobillər və üçüncü tərəfin ağıllı məişət texnikası da daxil olmaqla çoxlu sayda cihazları dəstəkləmək üçün daha da genişləndirildi. Proqramın funksionallığı üçüncü tərəf tərtibatçılar tərəfindən də təkmilləşdirilə bilər. İstifadəçilər "Hey Google" və 2023-cü ildəki güncəlləmədən sonra "Lucy" deməklə təbii səs vasitəsilə Google Assistant ilə qarşılıqlı əlaqədə ola bilir. Assistant suallara cavab verə, tədbirləri və zəngli saatı quraşdıra, istifadəçinin cihazındakı parametrləri tənzimləyə, istifadəçinin Google hesabından məlumatları göstərə, oyun oynaya bilər. Google həmçinin Assistantın cihazın kamerası vasitəsilə obyektləri müəyyənləşdirə və vizual məlumat toplaya biləcəyini, məhsulların satın alınması və pul göndərilməsini dəstəkləyə biləcəyini açıqladı.
Registan meydanı (Səmərqənd)
Registan meydanı — Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir. Registan meydanı (qum ölkəsi) Səmərqəmdin mərkəzi idi. Meydan 3 mədrəsədən ibarətdir: Uluqbəy mədrəsəsi (XV əsr), Şirdor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və Bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlamışdır. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulmuş və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçmişdir. Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilmiş və Şir-Dor mədrəsəsi adı verilmişdir. Aralarındakı yeganə fərq yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir.