Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reveşie
Reveşie (gürc. რეშევიე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1300 m hündürlüktə, Suxumidən 84 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 377.
Weverse
Weverse (həmçinin WeVerse kimi stilizə edilmişdir; Koreya: 위 버스), Cənubi Koreya-nın əyləncə şirkəti Hybe Corporation tərəfindən yaradılan Koreya mobil tətbiq və veb platformadır. Tətbiq, musiqiçilər üçün multimediya məzmunu və sənətçidən fanat ünsiyyətinə ev sahibliyi etməkdə ixtisaslaşmışdır. Onun müşayiət olunan elektron ticarət tətbiqi Weverse Shop (əvvəllər Weply olaraq da bilinirdi), Weverse sənətçilərlə əlaqəli məhsullar və mallardakı məzmun üçün abunəliklər satır. Weverse təhsil və əyləncə videoları, Instagram Story tərzi yeniləmələri və istifadəçilərin bir-biri ilə əlaqə qurması üçün sənətçilərdən pərəstişkarları arasında qarşılıqlı əlaqə və platformalar da daxil olmaqla müxtəlif pulsuz və abunə məzmunlarına malikdir. Tətbiq etiketlərində sənətçilər adına Hybe (keçmiş Big Hit Entertainment) tərəfindən edilən rəsmi açıqlamaları dərc etmək üçün də istifadə olunur. Proqram Hybe-nin texnologiya törəməsi Weverse Company (əvvəllər beNX) tərəfindən hazırlanmışdır. 2020-ci ilin mart ayından etibarən Weverse-in gündəlik 1.4 milyon istifadəçisi və Weverse Shop-un 200 ölkədən 1.8 milyondan çox istifadəçisi var idi. == İnkişaf == Tətbiq rəqəmsal platformalarda və müştəri xidmətlərində ixtisaslaşan Hybe Corporation (keçmiş Big Hit Entertainment) şirkətinin köməkçi texnologiya şirkəti Weverse Company (əvvəllər beNX) tərəfindən hazırlanmışdır. Weverse Şirkətinin prezidenti So Vusokun sözlərinə görə, tətbiq K-pop sənətçilərinin YouTube və ya Twitter-in təqdim etdiyi ünsiyyətdən daha dərin bir səviyyədə pərəstişkarları ilə ünsiyyət qurması üçün bir platforma təklif etmək üçün hazırlanmışdır. CEO (Lenzo Yoon) Lenzo Yun proqramı "musiqi sənayesində bir nöqtəli xidmət" olaraq xarakterizə etdi.
Revari
Revari (hind रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. == Coğrafiyası və iqlimi == Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir. Tez-tez yayda 46 °C temperatura da çata bilər.
Beveric əyrisi
Beveric əyrisi (Beveridge curve) – işsizliyin səviyyəsi ilə iş vakansiyalarının səviyyəsini göstərən qrafik təsvirdir. Bu əyri İngilis iqtisadçısı Uilyam Beverecin adı ilə bağlıdır. Qrafikin ordinatında vakansiyaların səviyyəsi absisində isə işsizliyin səviyyəsi verilmişdir. İşsizliyin yüksək səviyyəsinə vakansiyaların aşağı səviyyəsi uyğun gəlir. Əgər müşahidə etsək, uzun müddət boyunca əyrinin kənara hərəkətində vakant yerlərin verilmiş səviyyəsi işsizliyin yüksək səviyyəsi ilə əlaqələnəcək və bu da əmək bazarının səmərəsiz idarə edilməsi, işsizlər və mümkün iş yerləri arasında uyğunsuzluğa səbəb olar. Vakant yerlərin sayı çox olduqca işsizliyin səviyyəsi azalacaq və əksinə. Beveric Əyrisi azalan funksiya hesab olunur.
Şeverle (Auırqazı)
Şeverli (başq. Шеверле, rus. Шеверли) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Semenkin): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Cill Severi
Cill Severi (2 may 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Severi Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Severi Olimpiadanın qalibi olub.
Gibson Leveri
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. == Həyatı == Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Referi (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Maria Maqdalena Keveriç
Maria Maqdalena Keveriç (19 dekabr 1746 – 17 iyul 1787, Bonn, Köln[d]) — bəstəkar Lüdviq van Bethovenin anası idi. == Həyatı == O, 1746-cı ildə Almaniyanın Reyn çayının qarşı tərəfində yerləşən Koblens şəhəri ilə qarşı-qarşıya yerləşən Erenbreytşteyn kəndində anadan olmuşdur. Onun valideynləri Yohan Henrix Keveriç (1701–1759) və Anna Klara Vestorff (1707–1768), 1731-ci ildə ailə həyatı qurmuşlar. 1733-cü ildən etibarən Yohan Erenbreytşteyndə yerləşən məhkəmə binasında baş aşpaz olmuşdur.Onların altı uşaqlarının ən gənci Maria Maqdalena idi. 30 yanvar 1763-cü ildə o Yohan Georq Leym ilə ailə qurmuş, lakin o, 1765-ci ildə həlak olmuşdur.12 noyabr 1767-ci ildə o, Bonn şəhərində yerləşən Remiqius kilsəsində Yohan van Bethoven ilə ailə qurmuşdur. Yohanın atası Köln prensliyində kapelmeyster işləyirdi və Yohan burada saray musiqiçisi işləyirdi. Yohan və Maria van Bethovenin yeddi uşaqları olmuşdur: gələcəkdə bəstəkar olacaq Lüdviq ikinci, 1770-ci ildə doğulmuşdur.Maria 1787-ci ildə 40 yaşında, Bonn şəhərində vərəm xəstəliyindən dünyasını dəyişmişdir.
Eme de Riveri
Eme de Riveri(Aimée Du Buc de Rivéry; d. 4 dekabr 1776, La Rober, Martinka)—Fransalı plantatorun qızı, Jozefina Boharnenin uzaq qohumu. == Həyatı == O, 4 dekabr 1776-cı ildə Dominika adasında, Latın Amerikasındakı Fransa kaloniyalarının birində doğuldu. Əlbəttə ki, söhbət Eme de Riveridən gedir və özü də gələcəkdə "Baş xanım əfəndi" olacaq Emenin atası varlı-hallı bir insan, xeyli sayda qul sahibi olan plantator idi. Emeni digər doğulan qız uşaqlarından fərqləndirən əsas cəhət onun az qala qızılı xatırladan saçlarıydı və bu diri möcüzəni görənlər heç cürə inanmaq istəmirdilər ki, bu qızılı tel dənələri qız uşağının başında bitən adi saçlardı, qızıl-zad deyil. Emenin hansısa qeyri-adu cəhətləri yoxuydu və təbii ki, onun gələcəyi də az qala müəyyənləşdirilmiş şəkildə görünürdü. Yəni ən aşağısı o, təhsil alacaqdı və sonra günlərin bir günü varlı bir plantator oğluna, yaxud da bir markizə ərə gedəcəkdi. Əslində elə belə də olmalıydı, amma... Bir dəfə rəfiqəsi, həm də əmisi qızı Jozefina Taşe ilə Eme fallarına baxdırmaq qərarına gəlirlər və adı dillər əzbəri olan baxıcı Kare qarının yanına yollanırlar. Qarı onları görən ilk andaca özünü itirmiş vəziyyətə düşür və onların falına baxmaqdan imtina edir.
Masamune-kun's Revenge
Masamune-kun's Revenge və ya Yaponiyada tanınan adı ilə Masamune-kun no Revenge (政宗くんのリベンジ, Masamune-kun no Ribenji, azərb. Masamunenin qisası‎) — Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən yazılmış manqa seriyası. 2012-ci ildən 2018-ci ilə kimi Monthly Comic Rex jurnalında nəşr olunmuş və 9 cildi buraxılmışdır. Manqa seriyası Yaponiyada Ichijinsha tərəfindən, ABŞ-də Seven Seas Entertainment tərəfindən nəşr olunur. Silver Link studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2017-ci ilin yanvarından martına kimi yayımlanmışdır. == Məzmun == Hadisələrin diqqət mərkəzində Masamune Makabe adlı narsist şəxsiyyətə malik yaraşıqlı oğlandır. Makabe balaca uşaq ikən çox kök olduğundan Aki Adaqaki adlı qız onu "donuz" adlandırmışdı. Babasının köməyi ilə arıqlayan Makabe böyüyəndən sonra babasının soyadını qəbul edərək şəxsiyyətini gizlədir və Akidən qisas almaq üçün planlar qurmağa başlayır. Akinin xidmətçisi Yoşino Koyvayın köməyi ilə Makabe Aki ilə münasibət qurur və onun qəlbini sındırmaq üçün fürsət gözləyir. Lakin Aki ilə aralarında dostluq münasibətləri cücərir və Makabe məqsədlərini sorğulamaya başlayır.
Masamune-kun no Revenge
Masamune-kun's Revenge və ya Yaponiyada tanınan adı ilə Masamune-kun no Revenge (政宗くんのリベンジ, Masamune-kun no Ribenji, azərb. Masamunenin qisası‎) — Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən yazılmış manqa seriyası. 2012-ci ildən 2018-ci ilə kimi Monthly Comic Rex jurnalında nəşr olunmuş və 9 cildi buraxılmışdır. Manqa seriyası Yaponiyada Ichijinsha tərəfindən, ABŞ-də Seven Seas Entertainment tərəfindən nəşr olunur. Silver Link studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2017-ci ilin yanvarından martına kimi yayımlanmışdır. == Məzmun == Hadisələrin diqqət mərkəzində Masamune Makabe adlı narsist şəxsiyyətə malik yaraşıqlı oğlandır. Makabe balaca uşaq ikən çox kök olduğundan Aki Adaqaki adlı qız onu "donuz" adlandırmışdı. Babasının köməyi ilə arıqlayan Makabe böyüyəndən sonra babasının soyadını qəbul edərək şəxsiyyətini gizlədir və Akidən qisas almaq üçün planlar qurmağa başlayır. Akinin xidmətçisi Yoşino Koyvayın köməyi ilə Makabe Aki ilə münasibət qurur və onun qəlbini sındırmaq üçün fürsət gözləyir. Lakin Aki ilə aralarında dostluq münasibətləri cücərir və Makabe məqsədlərini sorğulamaya başlayır.
General Della Rovere (film, 1959)
General Della Rovere (it. Il generale della Rovere) — 1959-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. == Xarici keçidlər == General Della Rovere — Internet Movie Database saytında.
Disney's Aladdin in Nasira’s Revenge
Disney's Aladdin in Nasira’s Revenge — Böyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur. == Hekayə == Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.
Pəvəris (Miyanə)
Pəvəris (fars. پاورس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (36 ailə).
Sevərin (Sayınqala)
Sevərin (fars. صورين‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (146 ailə).