Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Böyük Rift Dərəsi
Böyük Rift Dərəsi (ing.
Böyük Rift Dərəsi (Keniya)
Böyük Rift Dərəsi — Keniyada şimaldan cənuba doğru uzanan qitələrarası silsilə sisteminin bir hissəsidir. Tanzaniyada cənubdan başlayan və şimaldan Efiopiyaya doğru davam edən Şərqi Afrika riftinin şərq qolu olan Qreqori riftinin bir hissəsidir. Üç böyük tektonik plitənin, Ərəb, Nubiya və Somali plitələrinin qarşılıqlı əlaqəsi nəticəsində yaranan coğrafi bir inkişafla əmələ gəlmişdir. Keçmişdə, Madaqaskardan Suriyaya qədər uzanan Böyük Rift Dərəsininin bir hissəsi olduğu düşünülürdü. Vadidə Çeranqani təpələri və bir hissəsi hələ də aktiv olan vulkan silsiləsi var. İqlimi mülayimdir, temperaturu ümumilikdə 28 °C (82 °F)-dən aşağı olur. Ən çox yağıntı mart-iyun və oktyabr-noyabr aylarında yağır. Barinqo gölünün qərbindəki Tuqen təpələrində 14 ilə 4 milyon il əvvəl yarananan lava axınlarında qorunan fosillər var. Ərazi insanların əcdadları olan bir çox hominidlərin qalıqları da tapılmışdır. == Xüsusiyyətləri == Vadi şərqdən və qərbdən digər dərələrlə həmsərhəddir.
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır."League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. == Geympley == "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir.Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar. == İstehsal == Tencent 2015-ci ildə Riot Games-dən "League of Legends"in mobil versiyasını hazırlamasını istəsə də, bu təklifi qəbul etməmişdir. Buna görə də Tencent "Honor of Kings" adlı öz MOBA-sını hazırlamışdır.
Riftiya
Riftiya və ya nəhəng borucuqlu qurdlar ? (lat. Riftia pachyptila) — poqonoforlar fəsiləsindən heyvan.
Şərqi Afrika rifti
Şərqi Afrika rifti və ya Şərqi Afrika rift sistemi — Şərqi Afrikada yerləşən, aktiv materik riftidir. Bu rift təxminən, 22–25 milyon il əvvəl, Miosen dövrdə inkişaf etməyə başlamışdı. Əvvəllər bu riftin Anadoluya qədər genişləyən Böyük Rift Dərəsinin bir hissəsi olduğu düşünülürdü. Dar bir ərazini əhatələyən rift Afrika pilitəsinin Somali və Nubiya adlanan 2 ayrı pilitəyə illik 6–7 mm (0.24–0.28 düym) sürətlə bölündüyü divergent tektonik tava sərhəddində formalaşır. Genişləmə davam etdikçə, litosferik ayrılma 10 milyon il ərzində baş tutacaq: Somali pilitəsi materikdən tamamilə qopacaq və yeni okean hövzəsi formalaşacaq.
Cift
Cift (lat. Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş; 15-20 sm, qalınlığı mərkəzi hissəsində 3 sm və vəzni 500 q olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi — lat. funiculus umbilicalis başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara (lat. cotyledones) bölünmüşdür.
Lift
Lift (ing. lift — qaldırmaq) — ya da asansor şaquli yerdəyişmələr üçün istifadə olunan nəqliyyat vasitəsi. == Etimologiya == Lift sözü fransızca "ascenseur" sözündən götürülmüşdür. Ascenseur mexaniki yüksəliş cihazı deməkdir. Bu sözü ilk işlədən şəxsin 1867-ci ildə Léon Edoux olduğu bildirilir.. 19-cu əsrdə bəzi mədən və fabriklərdə kömür və lazımi materialların daşınması üçün yük liftlərindən istifadə olunurdu. İnsanların təhlükəsizliyinə təhlükə yaratmayan ilk liftlər 19-cu əsrin ortalarında tikilmişdir. Bu dövrə qədər şəhərlərdəki binalar insanların pilləkənlərlə qalxa biləcəyi hündürlükdə, ən çoxu beş-altı mərtəbədə tikilirdi. Bu təhlükəsiz liftlər buxarla işləyirdi. Bu liftlərdə buxar mühərriki tambur fırlanırdı və liftin kabinəsini çəkən kəndir, makaralı balıqçı çubuqlarında olduğu kimi bu barabana sarılırdı.
Şrift
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . == Rəvan == Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rif
Rif (nid. rif- qabırğa, til) - dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının , yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif - (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən baş­qa orqanizmlərin sualtı əhəngli qur­ğuları. Ancaq isti dənizlərdə yayıl­mışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Amazon rifi
Amazon rifi — Fransa Qvianası və Şimali Braziliyanın sahilində yerləşən geniş mərcan və süngər rifi sistemi. O, dünyadakı ən böyük rif sistemlərindən biridir, sahəsi 9300 kvadrat kilometr və uzunluğu 970 kilometrdir. İllər əvvəl Amazon çayı deltası yaxınlığında böyük geoloji rif quruluşunun olmasıyla bağlı dəlillər ortaya çıxmış, 2012-ci ildə okeanoqrafik tədqiqat aparılmış, 2016-cı ilin aprelində Amazon rifinin kəşf edildiyi elan edilmişdir. == Coğrafiya və ekologiyası == Rif sistemi mərcan və süngər rifi olaraq müəyyən edilib. Alimlər rifin əhatə etdiyi sahəni 9300 kvadrat kilometr və uzunluğunu 970 kilometrdən çox olaraq qiymətləndirirlər. Bu da onu dünyadakı ən böyük rif sistemlərindən biri edir. Sahə baxımından Kipr adasıyla müqayisə edilə bilər. Rifin sahəsi dənizdə 120 kilometrə qədər uzanır və suda dərinliyi 30-120 metr aralığındadır. Bu rifin mövcud olması qeyri-adidir. Səbəb odur ki, rif sistemləri aşağı duzluluq və yüksək turşuluğa görə Amazon kimi böyük çayların mənsəbinə yaxın yerləşmir.
Conston rifi
Conston rifi – ABŞ-nin Sakit okeanda yerləşən adası.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eskimos rifi
Eskimos rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın cənubşərqində, Salm adasından 4 km cənub-qərbdə, Vilşek adasından isə 4.5 km şərqdə yerləşir. Ən iri rif 400 m uzunluğa malik ola da digərləri 100 metrdir. Rifdə hündürlük yoxdur.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. Həmdə Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Houm rifi
Houm rifi (ing. Home Reef) — Tonqa Krallığının ərazisinə daxil olan ada və həmcinin sualtı vulkan. Vulkan özü okean səviyyəsindən 5–10 metr dərinlikdə yerləşir. Burada sonuncu püskürmə 2006-cı ildə baş vermişdir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Kinqmen rifi
Kinqmen rifi- Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən qeyri-məskun adası.
Kosmik lift
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.
Lesqaft rifi
Lesqaft rifi — Frans-İosif Torpağına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın şimalında, Payer adasından 2 km şimal-qərbdə yerləşir. == Xüsusiyyətləri == Arxipelaqa daxil olan müvafiq olaraq üç rif 1,3 km, 1 km və 750 metr uzunbıuğa sahibdir. Digər dördünün isə uzunluğu 100 metri keçmir. Onlar buzdan azaddır. Adaların ayrılıqda adı yoxdur. Adalar rus pedaqoq, anatom və həkim Pyotr Lestqafın şərəfinə adlandırılmışdır.
Miduey rifi
Miduey rifi – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən adası.
Milovzorov rifi
Milovzorov rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 5 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Rif 1953-cü ildə qütb gəmisinin kapitanı Pavel Milovzorovun şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Adalar arxipelaqın şimalında, Payer adasının şimal-şərqində yerləşən Ostrıy Nos burnu rayonunda yerləşir. == Təsviri == Arxipelqın qərbi ilə şərqi arasında məsafə 2,5 km-dir. Mərkəzdə yerləşən ən iri rifin uzunluğu 1 km-dir. Rifdə hündürlük yoxdur.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular.Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. == Mərcan rifi tipləri == Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: === Sahil rifləri === Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir. Çay mənsəbləri və manqır cəngəlliklərində onların sahələrinin arası kəsilir.
Orbital lift
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.
Palmira rifi
Palmira rifi- ABŞ-nin Sakit okeanda yerləşən adası.
Rifat Hacıselimoviç
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Riot Games
Riot Games — mərkəzi Los-Ancelesdə yerləşən videooyun istehsalçısı. Şirkət oyunların yayımı və esports turnirlərinin təşkili ilə də məşğuldur. 2006-cı ildə Brandon Beck və Marc Merrill tərəfindən təsis edilmişdir. "Riot Games"in istehsal etdiyi nüfuzlu oyunlar "League of Legends" və "Valorant"dır. == Tarixi == "Riot Games" 2006-cı ildə təşəbbüskar oyunçular Brandon Beck və Marc "Tryndamere" Merrill tərəfindən oyun şirkəti olmaq məqsədi ilə yaradılmışdır. Şirkət bu məqsədlə ilk məhsulu kimi 2009-cu ilin oktyabrında "League of Legends" oyununu istifadəyə vermişdir. 1 may 2012-ci ildə şirkət 5 milyon dollar mükafatlı Mövsüm 2 Çempionatını (Season 2 Championship) eSports turniniri elan etmişdir. Onların diqqətəlayiq təcrübəli işçiləri mövcuddur. "Warcraft 3 Defense of Ancients" (digər adı ilə Dota) keçmiş işçilərindən olan Stiv "Guinsoo" Feak, Defense of Ancients oyununun fansaytının qurucusu Stiv "Pendragon" Mescon, həmçinin də şirkətin işçi komandasının tərkibində Tom Cadwell də daxil olmaqla onlarla Blizzard heyətinin işçiləri mövcuddur.
Sədd rifi
Sədd rifi — mərcan rifinin bir növüdür. Asma riflərdən sahilin tektonik enməsi zamanı formalaşır. Sahildən laqunla ayrılır. Hansı ki bu laqunlarda dərinlik bir neçə metrdən birneçə yüz metrə qədər ola bilərSədd riflərinə misal kimi Avstraliyanın şimal-şərq (Böyük Sədd rifi), Yeni Kaledoniya, Fici və Böyük Antil adalarının sahilləridəki rifləri misal çəkmək olar.
Ueyk rifi
Ueyk rifi- ABŞ-nin Sakit okeanda yerləşən adası.
Rıfat Bağırov
Rıfat Bağırov (10 oktyabr 1979) — azərbaycanlı şahmatçı, qrosmeyster (2002). 1999-cu ildə Batumidə Avropa çempionatında Azərbaycan milli komandasında çıxış edib. 200-cü ildə Azərbaycan milli komandasının bir hissəsi kimi, İstanbulda keçirilmiş 34-cü olimpiadada iştirak edib. 2010-cu ildə Rusiyanın Vladimir şəhərində keçirilən “Vladimir Open-2010” beynəlxalq şahmat turnirini 26-cı yerdə başa vurmuşdur. 2011- ci ildə Azərbaycan çempionatının qalibi olub 2011-ci ildə Açıq Fərdi Avropa Çempionatında 238-ci yer tutub.