□ Rast gəlmək – bax rastlaşmaq.
Rast gətirmək – müvəffəq olmaq, düz gətirmək. [Xavər Kərimxana:] …Sən nə bacarırdın, onu eləmisən. Allaha min şükür edirəm ki, məni sənə rast gətirdi.
Rast olmaq – bax rast gəlmək.
Rastına gəlmək (çıxmaq) – qabağına çıxmaq, rast gəlmək.