DRIFT

drift1

n 1. axın; the ~ of current cərəyanın axını; the ~ of people from the country into the towns insanların / adamların kənddən şəhərlərə axını ; 2. insanların bir şeydən yavaş-yavaş uzaqlaşması; a ~ away from traditional values ənənəvi dəyərlərdən yavaş-yavaş uzaqlaşma; a slow ~ into debt yavaş-yavaş borca düşmə; 3. ümumi məna; gizli məqsəd; I can’t quite catch the drift of what you re saying Mən sənin / sizin nə dediyini / dediyinizi tam başa düşə bilmirəm; 4. gediş, meyl; ~ of affairs işlərin gedişi, hadisələrin inkişaf istiqaməti; 5. dilç. dilin quruluşunun inkişaf istiqaməti; 6. passivlik, fəaliyyətsizlik, laqeydlik, süstlük, ətalət; policy of ~ laqeydlik / fəaliyyətsizlik siyasəti

drift2

v 1. aparmaq, qovmaq, qovub aparılmaq (axın və ya külək tərəfindən); to ~ logs down the stream çayla ağac axıtmaq (bir yerdən başqa yerə daşımaq məqsədilə); 2. gətirilmək, çıxarılmaq; to ~ ashore sahilə çıxarılmaq; 3. axın istiqamətində üzmək; taleyin hökmünə ümid etmək / olmaq; 4. təpə halına / şəklinə salmaq, bir yerə yığmaq; basmaq (qar və s.); The snow had drifted everywhere Qar hər tərəfi basmışdı

DRIED
DRIFTER
OBASTAN VİKİ
Rorks Drift döyüşü
Rorks Drift döyüşü (Battle of Rorke’s Drift) — həmçinin "Rorks Driftin müdafiəsi" və ya "Rork keçidi döyüşü" kimi tanınan, 1879-cu il Anqlo-Zulu müharibəsi zamanı 22-23 yanvar 1879-cu ildə zulular və britaniyalılar arasında baş vermiş hərbi toqquşmadır. == Əvvəlki tarix == Zululendin işğalı zamanı, keçmiş İsveç Lüteran Missiyası Rorks Driftin yerində, İngilislər xəstəxana və ərzaq anbarı yerləşdirdilər. Postun rəhbəri Kral mühəndislərinin (ing. Corps of Royal Engineers) leytenantı Con Rouz Merriot Çard idi. Rorks Driftin qəhrəmancasına müdafiəsində böyük rol oynayan 24-cü piyada alayının, 2-ci batalyonun, "B" bölüyünə (2-ci Vorvikşir alayı, indi Uels Kral alayı) leytenant (ing. Gonville Bromhead) komandanlıq edirdi. 22 yanvar 1879-cu ildə, müharibənin başlanmasından 9 gün sonra, başçı Ntsinqvayonun komandanlığı altında Zulu ordusu İsandlvanadakı İngilis düşərgəsini əzdi, demək olar ki, 24-cü İngilis piyada alayının 1-ci batalyonu da daxil olmaqla burada yerləşən İngilis qoşunlarını tamamilə məhv etdi. Məğlub olan düşərgədən fərqli olaraq, Rorks Drift kifayət qədər möhkəmləndirilmişdi: missiya binaları arasındakı boşluq daşlarla doldurulmuş qutulardan və kisələrdən hörülmüş divarla hasarlanmışdı, istehkamların qarşısında şimal-şərqdən iri daşlarla örtülmüş hərəkət üçün əlverişsiz bir sahə var idi, qərbdən və cənubdan isə missiyanın köhnə divar qalıqları hücumçular üçün əlavə maneə rolunu oynayırdı. == Döyüşün gedişi == Yanvarın 22-də axşam Zulu kralı Keçvayonun qanbir qardaşı Dabulamanzinin komandanlığı altında Zulu ordusunun arxa müdafiəçiləri İsandlvandan 11 mil (17,7 km) məsafədə olan Rorks Driftə hücum etdi. Hücum edən qüvvələrin döyüşçüləri 30-40 yaş arası evli kişilərdən toplanan "uDloko", "uSulvana", "inDlonqo" amabuto (alaylar) və subay gənclərin xidmət etdiyi "inDlu-yenqve" ibusodan ibarət idi.
Forsaj 3: Tokio Drifti
Forsaj 3: Tokio Drifti (ing. The Fast and the Furious: Tokyo Drift) — 16 iyun 2006-cı ildə yayımlanmış, rejissoru Justin Lin, ssenaristi Kris Morqan tərəfindən edilmiş Forsaj filmlər seriyasının üçüncü filmidir. == Mövzu == 17 yaşlı Şon Bosvell, qanunsuz küçə yarışları ilə maraqlanan bir yeniyetmədir. İştirak etdiyi yarışlar həmişə qəzalarla nəticələndiyindən polislə problemlər yaşayır və anası oğlunun həbsxanaya getməsindən qorxduğu üçün, onu Tokioda yaşayan hərbçi atasının yanına göndərir. Özünü tamamilə fərqli bir mədəniyyətin içində görən Şonun Tokiodakı cansıxıcı həyatı, Tvinki ilə tanış olduqdan sonra dəyişməyə başlayır. Tvinki sayəsində o, qəfildən Tokionun drift yarışlarında iştirak etməyə başlayır. Bu yarışlar onun əvvəllər alışdığı küçə yarışlarından çox fərqlidir. Əlavə: Serianın bu filmi digər filmlərdən fərqlidir və vaxt etibarı ilə də onlardan qabaqdadır. Təxminlərə görə bu filmdə baş verən hadisələr zaman etibarı ilə Forsaj 6 filmindən sonrakı hadisələri əhatə edir. Bəzi epizodları ilə isə 6-cı bölümü 7-ci bölümə bağlayır.
Forsaj 3: Tokio drifti (film, 2006)

Апо́стол допряда́ть лу́чник мусси́роваться насева́ть непого́душка прию́т струбци́нка ячме́нный конформи́стский подши́пник хруп alalia dicta eugenesis fish-yard north-westerly petrify townwards несвежий рост сангвиник таскаться тюремный хроника