Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ASAP Rocky
ASAP Rocky (əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem, Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır. Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. ASAP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib.
Cucumis melo var. gem-rocky
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Rock
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
Hanoi Rocks
"Hanoi Rocks" — 1979-cu ildə yaradılmış Finlandiya rok qrupu. Onlar Böyük Britaniyada hit-paradlarda birinci olan ilk fin qrupu idi və Yaponiyada da məşhur idi. == Adı == Qrupun adı Hanoyda hazırlanan "Hanoy qayası" adlı çəhrayı rəngli heroin növündən götürülmüşdür. == Tarixi == "Hanoi Rocks" 1979-cu ildə qurulmuşdur. 1984-cü ilə qədər CBS üçün ilk böyük leybl albomunu buraxdıqda və ilk ABŞ turnesinə çıxanda qrupun beynəlxalq bir irəliləyiş astanasında olduğu düşünülürdü. Lakin onların nağara ifaçısı Nicholas "Razzle" Dingley 1984-cü ilin dekabrında sükan arxasında Vins Neil ilə sərxoş avtomobil qəzasında öldüyü zaman tur yarımçıq qaldı. Qrup bu itkidən sonra heç vaxt özünə gələ bilmədi və 1985-ci ilin iyununda dağıldığını elan etdi. Onların ilkin dağılmasından sonra aparıcı müğənni Maykl Monro 1989-cu ildə American Billboard 200 hit-paradlarına daxil olan ilk fin sənətçisi oldu. Monro və orijinal gitaraçı Andy McCoy 2001-ci ildə 2009-cu ilə qədər davam edəcək yeni bir heyət ilə yenidən birləşdilər. Musiqi baxımından ənənəvi rok-n-roll və panka daha yaxın olsa da, "Hanoi Rocks" Guns N' Roses, Skid Row və Poison kimi qruplar üçün glam metal janrına mühüm təsir kimi qeyd olunur.
Folk rock
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Glam rock
Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif şeylərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
Indie rock
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
Post-rock
Post-rok — adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-cı illərdə olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir. Godspeed You!
Rock Me
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Hard Rock Hallelujah
Hard Rock Hallelujah — Lordi The Arockalypse albomuna daxil olan bir mahnısı.Sözləri ingilis dilində olan rok mahnı Lordi tərəfindən səslənir.
Rock, Paper, Shotgun
"Rock Paper Shotgun" — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunlar və geyminq sənayesinə əsaslanmışdır. Strukturuna görə "Rock, Paper, Shotgun" bloqdur və diqqəti kompüter oyunlarına və çox platformalı oyunların PC versiyalarına yönəldir. Sayt 2007-ci ilin iyulunda təsis edilmişdir və 2010-cu ildə "Eurogamer" saytının tərəfdaşı olmuşdur. "Rock, Paper, Shotgun" saytının məzmunu xəbərlər, resenziyalar, önizləmələr, müsahibələr və analitik məqalələrdən ibarətdir. "Rock, Paper, Shotgun" videooyun jurnalistikasında kifayət qədər nüfuzlu resursdur və ona tez-tez istinad edilir.
Rock Me (dəqiqləşdirmə)
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Rock with You
Rock with You — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Camp Rock (film, 2008)
Rok düşərgəsi — 2008-ci ildə ABŞ-də lentə alınmış komediya filmi. == Ardı == 2010-cu ildə ikinci hissəsi lentə alınıb Rok düşərgəsi 2.
You Rock My World
"You Rock My Wold" – Maykl Ceksonun onuncu və sonuncu albomu olan Invincible albomuna daxil olan mahnılarından biri. Sinql, 2001-ci ilin avqustunda və albomun ilk mahnısı olaraq yayımlanıb. Prodüserləri Cekson və Rodni Cerkinsdir, sözləri isə Maykl Ceksona, Rodni Cerkins, Fred Cerkins III, LaŞon Daniels və Nora Peynə aiddir. Pol Hanterin rejissoru olduğu bu musiqi videosunda Kris Taker və Marlon Brando kimi məşhurlar da yer alıb.
Hot Rock & Alternative Songs
Hot Rock & Alternative Songs (əvvəlki adları: Rock Songs və Hot Rock Songs) — ABŞ-də ən populyar rok və alternativ mahnıları sıralayan musiqi hit-paradı. Hər həftə Billboard tərəfindən tərtib olunur və radio yayımı, rəqəmsal yükləmələr və striminq məlumatlarından əldə olunan mənbələr əsasında hazırlanır. Bu cədvəl ABŞ-də ən populyar və ən çox dinlənilən rok və alternativ mahnıların siyahısını təqdim edir.
Rockley
Alisiya Amxerst (ing. Alicia Amherst; 30 iyul 1865, Pul, Dorset[d] – 14 sentyabr 1941, Pul, Dorset[d]) — Böyük Britaniya botaniki, bağban və ingilis bağçılığın tarixinə dair ilk elmi kitabın müəllifi. Alisiya Amxerst toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. "The History of Gardening in England" (1896) "Children'S Gardens" (1902) "London Parks and Gardens" (1907) "Children and Gardens" (1908) "Wild Flowers of the Great Dominions of the British Empire" (1935) "Some Canadian Wildflowers: Being the First Part of Wild Flowers of the Great Dominions of the British Empire" (1937) "Historic Gardens of England" (1938) 1918-ci ildə Alisiya Amxerst Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür. "Hebe" cinsinə aid 'Alicia Amherst' (sinonim "H. veitchii") sortu .
Rokki
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir.
Elephas recki
Elephas recki (lat. Elephas recki) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü.
Federika Rokko
Federika Rokko (25 noyabr 1984) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Rokko, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Guido Rokka
Guido Rokka (26 yanvar 1928, Milan – 15 may 1961, Milan) — italyan yazıçısı. == Əsərləri == L'importanza di avere un cavallo (racconto), 1950 (poi Milano, Mursia, 1962) Si spensero i fuochi, Genova, Seit, 1951. (romanzo) La ragazza imprudente, Milano, Corticelli, 1956.
III Rocer
III Rocer — Apuliyanın beşinci hersoqu. II Rocerin oğlu idi. Atası ilə birgə üsyançılara və Papalıq ordusuna qarşı döyüşmüşdü. 1139-cu ildə Neapol şəhərini ələ keçirərək qardaşı Alfonsonu taxta çıxartmışdı. Heç vaxt evlənməsə də, qeyri-qanuni 2 oğlu var idi. 1148-cu ildə, 30 yaşında bilinməyən bir səbəbdən qəflətən vəfat etdi. Yerinə daha sonra kral olacaq olan qardaşı III Vilyam keçdi.
II Rocer
II Rocer (22 dekabr 1095 – 26 fevral 1154, Palermo) — Siciliyanın ilk kralı. 1105-ci ildə Siciliya qraflığının III qrafı olmuşdu. 1127-ci ildə isə Apuliya hersoqu olmuşdu. 1130-cu ildə Siciliya krallığının ilk hökmdarı elan edilmişdi. 9 yaşında taxta çıxmışdı. == Gəncliyi == I Rocer və Adelheyd del Vastonun kiçik oğlu idi. 9 yaşında taxta çıxmışdı və anasının qəyyumluğu altında hakimiyyətdə idi. 1110-cu ilin yayında, 14 yaşında ikən Norveç kralı I Siqurd onu ziyarət etmişdi. 1112-ci ildən bəri tək hakimiyyətə başlamışdı. 1127-ci ildə Apuliya hersoqu II Vilyamın ölümündən sonra onun torpaqlarını ələ keçirdi.
I Rocer
I Rocer (1031 – 22 iyun 1101 və ya 29 iyun 1101) — Siciliyanın ilk qrafı. Tankred Hoytvillin oğlu idi. Normanların nəslindən gələn Rocer 1055-ci ildə İtaliyaya gəlmişdi. Qardaşları ilə birlikdə uzun illər Siciliya əmirliyinə qarşı müharibə aparmışdı. 1071-ci ildə Palermonun ərəblərdən alınmasından sonra Siciliya qrafı elan edilmişdi. 1091-ci ildə Malta adasını almışdı. == Ailəsi == 1061-ci ildə Normandiya hersoqu I Vilyamın böyük nəvəsi Juditlə evlənmişdi. Ondan ancaq qızları olmuşdu (Matilda, Adelisa və Emma). 1077-ci ildə Eremburqa adlı başqa bir norman qadınla evlənmişdi. Ondan olan övladları: Mauger — Troyana qrafı Matilda Muriel Konstansiya — II Konradla evlənmişdi.
Lina Romay
Lina Romay(isp. Lina Romay), əsl adı — Roza Mariya Almirall Martines (isp. Rosa María Almirall Martínez; 23 iyun 1954, Barselona, İspaniya — 15 fevral 2012) — ispan aktrisası. == Həyatı == Lina Romay 23 iyun 1954-cü ildə İspaniyanın Barselona şəhərində anadan olmuşdu. Bir çox filmlərə çəkilib. Ən məşhuru:«Vampir qız» (ing. Female Vampire) filmidir. Lina Romay 15 fevral 2012-ci ildə vəfat edib.
Malus rockii
Malus rockii (lat. Malus rockii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Mark Rotko
Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 fevral 1970[…], Manhetten, Nyu-York ştatı) — amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi. === Həyatı === Mark Rotko adı ilə daha çox tanıdığımız Markus Yakobleviç Rotkoviç 1903-cü ilin 25 sentyabrında Rusiya İmperiyasının Vitebsk əyalətinin Dvinsk şəhərində anadan olub. Hal-hazırda Dvinsk şəhəri Dauqavplis adını daşıyır və Latviyanın ən böyük ikinci şəhəridir. Mark yəhudi ailəsində doğulmuşdu atası Yakob əczaçılıqla məşğul olurdu. Yakob əzcazıçılıqla məşğul olmasına və az məvacib almasına baxmayaraq, həmişə övladlarının təhsilinə böyük önəm göstərirdi. Markın qardaşı uşaqlıq dövrünü xatırlayaraq qeyd edir: "Biz oxuyan ailə idik. Markın özü də Rusiyada yaşayarkən artıq rus dili ilə yanaşı, ivrit və idiş dillərində də danışa bilirdi". Dövrün siyasi vəziyyətindən asılı olaraq bir çox yəhudi ailələri kimi Rotkolar da ABŞ-yə üz tuturlar.
Nereo Rokko
Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[…], Triest – 20 fevral 1979, Triest) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır. Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir. Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1. Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Haynz Rötke
Heinz Röthke (alm. Heinz Röthke‎; 19 yanvar 1912, Angermünde, Alman İmperiyası -14 iyul 1966, Volfsburq, Almaniya) — SS Obersturmführeri, 1940-cı ildən işğal olunmuş Fransadan yəhudiləri deportasiyasa edən liderlərindən biri. == Haqqında == Haynz Rötke 19 yanvar 1912 ci ildə anadan olub. Berlin Humboldt Universitetində hüquq təhsili alıb. Haynz Rötke Münhendə hökumət şurasında məmur vəzifəsində çalışıb. Fransanın işğalından sonra Brestdə hərbi məsləhətçi olub. 1942-ci ilin yazından o, Fransadakı gestaponun qondarma yəhudi hakiminin rəhbəri, Teodor Dannekkerin müavini olub və 1943-cü ilin iyulunda bu vəzifədə onu əvəz etdi. Yəhudilərin ölüm düşərgələrinə sürgün edilməsində fəal iştirak edib. Rötkenin 5 noyabr 1942-ci ildə İmperator Təhlükəsizlik Baş İdarəsinə göndərdiyi teleqram qorunub saxlanılmışdır: .}} == Müharibədən sonra == Müharibə bitdikdən sonra Rötke Volfsburqda yaşayıb və hüquq məsləhətçisi işləyib. O, Fransada qiyabi ölüm cəzasına məhkum edilib.