Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Motorlu piyada
Motorlu piyada — daşınması motorlu nəqliyyat vasitələri ilə təmin olunan piyada qoşunlarıdır. “Çevik piyada” kimi də tanınırlar. Belə bölmələrdə yalnız piyada deyil, birliyin hər cür ləvazimatları da bu cür nəqliyyat vasitələri ilə daşınır. Motorlu piyadaların mexanikləşdirilmiş Piyada heyətindən fərqi nəqliyyat vasitələrinin zirehli olmaması və təkərli nəqliyyat vasitələrindən istifadə etmələridir. Motorlu piyada qüvvələrində istifadə olunan nəqliyyat vasitələri, daha güclü mühərrik, qalın və daha geniş təkər kimi cəhətləri ilə fərqlənən mülki nəqliyyat vasitələrinə bənzər modellərdir. Hərbi hissələrin bu şəkildə motorlu nəqliyyat vasitələri ilə təchiz edilməsi xüsusilə piyada qoşunları kimi elementlər üçün son dərəcə təsirli bir hərəkət təmin edir. Qoşunların cəbhəyə köçürülməsi, yerdəyişməsi, ehtiyat qoşunların lazımi cəbhələrə köçürülməsi motorlu nəqliyyat vasitələri ilə daha sürətli edilə bilər. Bundan əlavə, tədarükün daşınması sürətlənir. Bütün bu üstünlüklərinə baxmayaraq, belə bir motorlaşdırılmış hərbi birliklər münaqişələrdə bir üstünlük təmin etmirlər. Nəqliyyat vasitələrinin zirehsiz olması o deməkdir ki, hətta yüngül silahların da hücumlarına qarşı son dərəcədə həssasdırlar.
Quyruq rotoru
Tək rotorlu vertolyotların quyruğunun ucunda yerləşən, şaquli və ya şaquliyə yaxın bir formada olan, ölçüsü əsas rotordan daha kiçik olan quyruq rotorudur. Quyruq rotoru, əsas rotordan qaynaqlanan öz ətrafında fırlanmanın qarşısını almaq üçün bir qüvvə yaradır və pilotun vertolyotu döndərməsinə imkan verir.
Vertolyot rotoru
Vertolyotun rotor sistemi və ya vertolyot rotoru bir vertolyotu havaya qaldırmaq üçün tələb olunan aerodinamik qalxma qüvvəsi yaradan rotor sistemidir. Tək rotorlu vertolyotlarda əsas rotor gövdənin yuxarı hissəsinin ortasında yerləşir. Quyruq hissəsinin sonunda isə bir quyruq rotoru mövcuddur.
777-ci Motorlu Tüfəng Alayı
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. == Tarixi == === Birinci Qarabağ müharibəsi === 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir.1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi. Şuşanın işğal edilməsinin ertəsi günü bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndində mühasirəyə düşmüşdür.
Qoturlu
Qoturlu (Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində kənd. Qoturlu (bulaq) — Kəlbəcər rayonu ərazisində mineral bulaq. Qoturlu — Masallı rayonu ərazisində mineral bulaqlar.
Rotor
Rotor (latınca rotare - dönmək) — val tipli fırlanan maşın hissəsi olub tətbiq sahəsindən asılı olaraq müəyyən funksiyanı yerinə yetirir. Elektrik mühərriklərində üzərində məftildən ibarət dolaq olan val, vertolyotlarda uc hissəsində pərlər bərkidilmiş val buna misaldır. Avtomatik axın xətlərində də işçi rotor adlanan mexanizm emal olunan hissələrin bir mövqedən başqasına aparmağa xidmət edir. İşçi rotor sərt sistem olub, üzərində müxtəlif elementlər (ştoklar,tutqaclar) bərkidilmiş valdan ibarətdir. Bu elementlərin hərəkəti ya mexaniki, ya da hidravlik yerinə yetirilir.
Evdemus Rodoslu
Rodoslu Eudemus (yun. Εύδημος ο Ρόδιος, m. ö. IV yüzillik) Aristotelin öyrəncisi, peripatetik məktəbin təmsilçisi. O, müəlliminin əsərlərinə şərhlər, eləcə də elmlər tarixi üzrə kitablar yazmışdır. Onların bəzi fraqmentləri günümüzə gəlib çatmışdır və o dövrün riyaziyyat və astronomiya haqqında biliklərimizin yeganə qaynağı hesab olunmaqdadır. Bundan başqa Evdemus Aristotelin tarix, fizika və ilahiyyata aid olan fikirlərini şərh etmiş, bu əsərlərdə olan ziddiyyətləri ortadan qaldırmağa cəhd etmişdir. Bəzi tədqiqatçılar Evdemusu Aristotel irsinin ilk şərhçisi kimi də dəyərləndirirlər. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Qoturlu (Kəlbəcər)
Qoturlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 147 evdə 814 şiə kürd yaşayırdı.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. == Həmçinin bax == Qotursu bulağı == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Rodoslu Koloss
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Rodoslu Kolossu
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Rodoslu Memnon
Rodoslu Memnon (yun. Mεμνων; təq. e.ə. 380, Rodos – e.ə. 333, Mitilini[d]) Yunan əsilli İran sərkərdəsi. == Həyatı == Memnon əslən Rodos adasından idi. Kiçik Asiyada qazandığı uğurlara baxmayaraq Makedoniyalı İsgəndər İran donanması arxadakı fəaliyyətinə qarşı heç nə edə bilmirdi. Aralıq dənizinin şərq rayonlarında hakim mövqe tutmaqda olan bu donanma İsgəndərin materiklə əlaqəsini əsasən kəsmişdi. Yunanıstanda da vəziyyət o qədər möhkəm deyildi. Makedoniya hakimiyyətinə qarşı narazılıq əhvali-ruhiyyəsi genişlənməkdə idi.
Rostovlu Avraami
Rostovlu Avraami (rus. Авраа́мий Росто́вский; X əsr, Qaliç[d], Kostroma vilayəti – 1077, Rostov) — Rus Kilsəsinin müqəddəsi. Onun "Həyat"ı digər şeylərlə yanaşı, Volos bütünün onun tərəfindən əzilməsini və həmin yerdə Boqoyavleniye monastırının təməlini təsvir edir. == Həyatı == O, Rostov arximandriti və Boqoyavleniye kilsəsinin qurucusu olmuşdur. Volqaboyu bölgəsində bütpərəstlik əcnəbilər arasında uzun müddət davam etmiş və "Həyat" rahib Avraaminin Neron gölünün sahilində bir bütün məhv etməsini izah edir. Burada o, İlahiyyatçı Müqəddəs Yəhya kilsəsini tikmişdir. Avraaminin qalıqları 1210-cu ildə III Vsevolodun dövründə aşkar edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Иконография ростовских святых. Каталог выставки. Ростов.
Rodoslu Paneti
Panetius (yun. Παναίτιος, m. ö. 180 – 110) — ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı. == Həyatı və əsərləri == Soyca Rodos adasından idi. Sonra Afinaya köçmüş, orada stoaçılar məktəbinin ardıcıllarından biri olmuş, sonralar isə ona başçılıq etmişdir. Daha sonra Panetius Romaya köçmüş, orada fəaliyyətini davam etdirmiş, həmçinin tanınmış Roma dövlət xadimi və filosofu Siseronun müəllimi olmuşdur. Panetius həm də “Siyasət haqqında”, “Vəzifələr haqqında”, “Tale haqqında” kimi bir çox kitablar yazmışdır. Ancaq, zamanımıza onların yalnız bəzi fraqmentləri gəlib çatmışdır. == Fəlsəfəsi == Panetius orta dövrün stoaçısı olaraq, klassik stoa təliminə peripatetik və platonik məktəblərinin elementlərini də qatmışdır.
Buxar motoru
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Elektrik motoru
Elektrik mühərriki — elektromexaniki çevrici olub elektrik enerjisini mexaniki enerjiyə çevirir. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərriklər həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş maşınlarını hərəkət etdirmək üçün tətbiq olunur. = Təsnifatı = Sabit elektrik cərəyanla işləyən EM, Dəyişən elektrik cərəyanla işləyən EM,-Sinxron EM-lərin rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşür. -Asinxron EM-lərdə rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşmür.Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür. Ventil mühərriklər – EM mühərrikləri olub qapalı sistemdən ibarətdir.
Sofiya Rotaru
Sofiya Mixaylovna Rotaru (mold. Sofia Rotaru, ukr. Софiя Ротару; 7 avqust 1947, Marşintsı[d], Çernivtsı vilayəti) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı. Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası" və "Bu bizim dünyamızdır!" adlandırmışdı. 1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır. Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur.
Rodoslu Kolossun heykəli
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Rodoslu Kolosun Heykəli
Torlu Qaymaqçiçəyi
Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.
Torlu iridodiktum
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Torlu süsən
Torlu süsən (lat. Iris reticulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Abşeron (Altıağac kəndi), Şamaxı (Çuxurdyurd və Mərəzədə), Xaçmaz (Qusarçay kəndi), Ağsu (aşırım) rayonları. Azərbaycandan kənarda –Cənubi Dağıstan, Gürcüstan, Balkan yarımadası və Kiçik Asiyada yayılmışdır. Ortu, daşlı və çınqıllı yamaclarda, meşə kənarlarında bitir. == Çoxalması == Kökümsovu və toxumu vasitəsilə çoxalır. Antropogen amillər — Sahənin çalınması, otarılması və s. üzündən azalır. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir.
Nojan-le-Rotru (rayon)
Nojan-le-Rotru (fr. Nogent-le-Rotrou) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Er və Luar. Suprefektura — Nojan-le-Rotru. Rayon əhalisi 2006-cı ildə 37 323 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 46 nəf / km². Rayon ərazisi — 811 km².