İŞLƏK₁

sif.
1. Zəhməti, işləməyi sevən, çox işləyən, daim işləyən, vaxtını işdə keçirən; fəal, çalışqan. İşlək adam. Bu yerlərin camaatı işləkdir. – İşlək keçəl ərə gedər, pinti gözəl gora. ( Ata. sözü ).
Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi. S.S.Axundov.
[Əliqulu:] …Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. M.Süleymanov.

// Zəhmətkeş, fəhlə.
Qarı bir qədər susduqdan sonra: – Bəli, oğul, – dedi, – …o dustaq isə, bala, istəyir ki, işlək adamlar, fəhlələr heç olmasa günbatanda evlərinə qayıtsınlar… Ə.Məmmədxanlı.

2. Çox işləyən, gediş-gəlişli, hərəkət çox olan. İşlək küçə. İşlək yol.
3. İşləyən, iş görmək üçün olan, iş görən, təsərrüfatda istifadə olunan. İşlək heyvanlar. İşlək at.
– İşlək malı öyərlər; Tənbəlini söyərlər; Öküz cütə getməsə; Qaşqasına döyərlər. (Holavar).

4. tex. İşləyən, hərəkət edən, ya hərəkət etdirici. İşlək boru. İşlək çarx.
– Buruğun ortasında qoyulmuş rotor fırlanaraq, kvadrat işlək boru vasitəsilə quyudakı qazıma kəmərini də fırladır və beləliklə, hərəkət baltaya keçirilir. S.Quliyev.

// Saz (maşın və s. haqqında).

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞLƏK işlək bax Əməksevən
  • İŞLƏK əngəl — kələk
  • İŞLƏK fəal — çalışqan

Antonimlər (əks mənalı sözlər)

  • İŞLƏK İŞLƏK – TƏNBƏL Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. (M.Süleymanzadə); İş görməkdə tənbəl, amma yeməkdə alıcı quşdur
İŞLƏK₂
İŞLƏMƏ₁

Digər lüğətlərdə

архаи́ческий всполошённо мотора́лли наливно́й перевью́чить перевя́сло пересту́кнуть продохну́ть прыжко́м разво́дистый солёности антиалкого́льный взбу́чить изре́занность поцара́панный предрече́ние atchoo Ethiop frost-grape near beer банан накраситься отчего-нибудь ржавый санитарка