Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cüdələr
Cüdələr — Laçın rayonu ərazisində dağ. Cüdələr dağı Çorman kəndindən cənubda yerləşir. Şəlvəçay və Piçənisçay arasındadır. Hündürlüyü 2076 m. Dağ əvvəllər cüdələr adlı bir nəslin yaylaq yurdu olduğundan həmin nəslin adını daşıyır. Etnotoponimdir.
Sadəcə Mariya (teleserial, 1989)
Sadəcə Mariya (isp. Simplemente Maria) — Meksikada 1989-cu ildə "Televisa" tərəfindən istehsal olunmuş telenovella. Prodüserləri Valentin Pimşteyn, Salvador Mexiya və Veronika Pimşteyndir. == Rollarda == Victoria Ruffo — Maria Lopez de Carreno. Manuel Saval — Juan Carloz del Villar. Jaime Garza — Victro Carreno. Silvia Derbez — Matilde Carreno. Juan Carlos Serran — Roman Lopez. Adriana Parra — Rita Fernandez de Lopez. Gabriela Goldsmith — Lorena del Villar de Rivera.
Sadəcə birgə (film, 2007)
Sadəcə birgə (fr. Ensemble, c'est tout) — Fransız filmi. Film Anna Qavaldanın eyniadlı romanı əsasında çəkilib. Roman 2004-cü ildə satışa çıxsa da, onun əsasında çəkilmiş film yalnız 2007-ci ildə ekranlaşdırılmışdır. == Məzmun == Kamilla adında cavan bir qız öz qonşusu Filiberlə dostlaşır və bir müddətdən sonra onun mənzilinə köçür. Orada o nəinki fiziki, həmçinin səmimi və ruhi bir istilik tapır. Elə orada da o aşpaz Frank ilə tanış olur. Əvvəlcə Frank ilə Kamilla arasında münasibətlər elə də yaxşı olmasa da, sonradan onlar möhkəm dost olurlar.
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925 ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.
Sudoçe gölü
Sudoçe, Sudoçe körfəzi (özb. Sudochye ko‘li/Судочье кўли, qaraq. Sudochye ko‘li/Судочье көли) — Özbəkistanın tərkib hissəsini təşkil edən Qaraqalpaqıstanın Muynak rayonu ərazisində yerləşən göl. Amudərya çayının deltasında, dol sahilə yaxın ərazidə yerləşir. Suyun səviyyədinin azalması ilə əlaqədar olaraq bir-biri ilə əlaqələnən göllər sisteminə çevrilmişdir. == Coğrafi xüsusiyyətləri == Sudoçe gölü nə zamansa böyük bir ərazini əhatə edirdi. O deltanın ən böyük gölü idi. Göl dayazlığı ilə seçilirdi. Üstəlik demək olar ki, Aybuüir çökəkliyini tam örtürdü. Gölün mövcuddluğu Aleksey İvanoviç Butakovun tərtib etdiyi (1848-1849) dəniz xəritədində göstərilirdi.