Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Südabə Həsənova
Südabə Cəmşid qızı Həsənova (5 fevral 1947, Yengicə, Noraşen rayonu) — Azərbaycan hüquqşünası və dövlət xadimi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2017). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000), ədliyyə nazirinin birinci müavini (1987–1992, 1993–1998) vəzifələrində çalışmışdır. == Həyatı == Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə S. Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-ci ilin 27 martında S. Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-ci ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir. S. Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur.
Südabə İrəvanlı
Südabə İrəvanlı (Südabə Tofiq qızı Kazımova; 7 yanvar 1962, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair. == Həyatı == Südabə İrəvanlı 07 yanvar 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Taymır Yazıçılar Birliyinin üzvü, Aşıq Pəri Məclisinin üzvü və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra" , "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir. == Ailəsi == Ailəlidir, üç övladı var.
Sunqari çayı
Sunqari çayı (çin. 松花江) — Şimal-şərqi Çin ərazisindən axan, su miqdarı baxımından Amur çayının ən böyük qolu. amurun sağ qollarından biri. Sunqari çayı Çinin Qirin və Heylunszyan əyalətlərindən axır; axarı boyuncaə Qirin, Harbin, Szyamusi şəhərləri vardır. Çay axını su elektrik stansiyaları tərəfindən tənzimlənir. == Coğrafiya == Yuxarı Sunqari Koreya sərhəddinin yaxınlığındakı Canbayşan silsiləsinin əsas zirvəsin olan vulkanik Pektusan dağından hötürü. Onun qollarından biri Pektusan kalderasında yerləşən məşhur Çxeonci gölündən başlayır. Aşağı axınlarda Sunqari Mancuriya düzənliyi boyunca olduqca bərabər relyeflə axır. Bu çay yatağınln genuiş ərazidə meandrlaşdırır və onun dəyişkənliyinə səbəb olur. Sunqari çayında ÇXR üçün endemik olan iki növ suda-quruda yaşayana rastlanılır:S. tridactyla və S. keyserlingii.
Fransa Sudanı
Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir. == Tarixi == 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur. 11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir.
Sətəm əs-Suqami
Sətəm Məhəmməd Abdel Rəhman əs-Suqami (ərəb. سطام السقامي‎; 28 iyun 1976, Ər-Riyad – 11 sentyabr 2001) — Səudiyyə terrorçusu, təyyarə qaçıran, 11 sentyabr 2001-ci il terror aktını həyata keçirən 19 intiharçı-terrorçudan biri. Dünya Ticarət Mərkəzinin şimal qülləsinə koordinasiyalı hücum nəticəsində çırpılan American Airlines reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri. Suqami Əl-Qaidə tərəfindən cəlb olunanda hüquq tələbəsi idi. O, başqa təyyarə qaçıran Məjed Moqed ilə birgə Əl-Qaidəyə qoşuldu və onunla Əfqanıstana getdi. Orada 11 sentyabr terror hücumlarına qatılmaq üçün seçildi. 2001-ci ilin aprelində ABŞ-yə gəldi. == Öncəki həyatı və təhsili == Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad anadan olan Suqami, Kral Səud Universitetinin hüquq fakültəsində oxuyurdu. Orada Əl-Qaidə tərəfindən ehtimal olunan keçmiş tələbə yataq otağı yoldaşı Məjed Moqed ilə birlikdə cəlb olundu. Onlar İbn əl-Şeyx əl-Libi tərəfindən təşkil edilən Kabil yaxınlığındakı böyük bir təhsil müəssisəsi olan Haldenə gəldilər.
İngilis-Misir Sudanı
İngiltərə-Misir Sudanı — 1899-cu ildən 1956-cı ilə qədər Misir və Böyük Britaniyanın kondominiumu. == Tarixi == === Misir ilə ittifaq === 1820-ci ildə Misir valisi Məhəmməd Əli Sudanın şimalını fəth etdi. Bölgənin uzun müddət Misirlə dil, mədəni, dini və iqtisadi oxşarlıqları və əlaqələri var idi. Sudan fironların dövründən başlayaraq tez-tez Misir hakimiyyəti altına düşürdü. Məhəmməd Əli Osmanlı imperiyasından ayrılmaq üçün öz gücünü fəal şəkildə genişləndirməyə çalışırdı. Bunun üçün Sudanın ona tabe olmasını istəyirdi. Onun və xələflərinin hakimiyyəti dövründə “Nil vadisində birliyi” qorumaq üçün Misir və Sudan vahid bir qurum kimi idarə olunurdu. Bu siyasət, ilk növbədə, hakimiyyəti dövründə Sudanın qalan hissəsinin böyük hissəsi fəth edilən İsmayıl Paşa tərəfindən davam etdirilib və gücləndirilibdir. === Böyük Britaniyanın iştirakı === 1869-cu ildə Süveyş kanalının açılması ilə Misir və Sudanın iqtisadi və strateji əhəmiyyəti xeyli artdı və bu, böyük dövlətlərin, xüsusən də Böyük Britaniyanın diqqətini cəlb etdi. On il sonra, 1879-cu ildə İsmayıl Paşa hökumətinin böyük xarici borcu onun vəzifədən uzaqlaşdırılması və Kavalalı Tofiq Paşanın dövlətinin başçısı olması üçün bəhanə oldu.
M10 by PashaPay (Elektron pulqabı)