Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süleysün (personaj)
Süleysün - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Papaqçı və Mart pişiyi ilə çay içməyi xoşlayır.
Süleysin
Glis glis (lat. Glis glis) — Glis cinsinə aid heyvan növüdür. == Xarici görünüşü == Xarici görünüşcə sincaba oxşayır. Lakin qulaqlarının kənarları sincabın qulaqlarından fərqli olaraq dəyirmi şəkildə olub, uclarında uzun tüklərdən ibarət qotazlar olmur. Bədənin uzunluğu 186 mm, quyruğun uzunluğu 161 mm, qulağın uzunluğu 23 mm, pəncənin uzunluğu isə 32 mm-ə qədərdir. Çəkisi 174 q-dır. Əmcəklərinin sayı 10 ədəddir. Bel hissəsinin tük örtüyü bozumtul-qonur, qarın hissəsininki isə ağ rəngdədir. Quyruğu uzun və tüklüdür. Bu tüklər sanki hər tərəfdə yana daranmışdır.
Meşə süleysünü
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Setzer süleysünü
Setzer süleysünü və ya İran Sıçanabənzər süleysini(lat. Myomimus setzeri) — Gəmiricilər dəstəsinə, Sıçanabənzər süleysinlər cinsinə aid heyvan növü. Yayılma arealı: İran, Türkiyə, Azərbaycan. == Mənbə == Baillie, J. 1996. Myomimus setzeri . 2006 IUCN Red List of Threatened Species.