LƏZZƏTLİ

sif.
1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər.
– Məşədi İmaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. C.Məmmədquluzadə.
Xörəklər olduqca lətif və ləzzətli idi. M.S.Ordubadi.
Bütün nahar dəstgahı qızıl qablarda gəldi; Qızıl piyalələrdə ləzzətli mey verildi. B.Vahabzadə.

2. məc. Xoşagələn, xoş.
Sözü ləzzətli, şirindilli uşaqdır uşağım; Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım! M.Ə.Sabir.
[Əhməd:] Xeyr aa, elə adam deyil, ləzzətli oğlandır. N.Vəzirov.

3. məc. Ürəyəyatan, zövqverən, xoşagələn; xoşlanılacaq, şirin.
Ver pulunu dadlı, ləzzətli zad al! Qoy babalın boyuma, get arvad al! M.Ə.Sabir.
Ləzzətli xəyalatdan, bir söz də olsa, Əhməd yadında bir şey saxlamamışdı. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏZZƏTLİ LƏZZƏTLİ (dadı, tamı olan) ...yəni nə elə artıq ləzzətli, nə də elə artıq ləzzətsiz, yeni miyana (C.Məmmədquluzadə); DADLI Bəlkə [əmidostu] ömründə he
  • LƏZZƏTLİ zövqlü — nəşəli
  • LƏZZƏTLİ dadlı — tamlı
LƏZZƏTLƏNMƏK
LƏZZƏTSİZ

Digər lüğətlərdə