BOYUNARDI

BOYUNARDI [Qapıçı] cavab vermədən qabaq ikiqat baş eyib, iki barmağı ilə boynunun ardını qaşıdı. Boyunardı qaşımaq Rusiyada bir zəbani-haldır. Bunun mənası budur ki, “buraya gəlib-gedəndə kasıb-kusubu unutma!” (Ə.Haqverdiyev); PEYSƏR Müqim bəy: Sözümün əvvəlincisi budur ki, mən səndən ötrü bizim əmioğlu Gəray deyiləm ki, atılıb mənim peysərimə minəsən (S.Rəhimov); SÜYSÜN Elə bil onun süysünündən vurdular (Q.Xəlilov).

BOYUN
BOYUNBAĞI
OBASTAN VİKİ
Boyunardı
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. == Etimologiyası == "Peysər" farsmənşəli sözdür, "پس سر‎" (hərf. başın arxası) sözlərindən gəlmişdir. == Təbiətdə == Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. == Mədəniyyətdə == Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur. Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.

Digər lüğətlərdə