Süleysin
Glis glis (lat. Glis glis) — Glis cinsinə aid heyvan növüdür.
== Xarici görünüşü ==
Xarici görünüşcə sincaba oxşayır. Lakin qulaqlarının kənarları sincabın qulaqlarından fərqli olaraq dəyirmi şəkildə olub, uclarında uzun tüklərdən ibarət qotazlar olmur. Bədənin uzunluğu 186 mm, quyruğun uzunluğu 161 mm, qulağın uzunluğu 23 mm, pəncənin uzunluğu isə 32 mm-ə qədərdir. Çəkisi 174 q-dır. Əmcəklərinin sayı 10 ədəddir. Bel hissəsinin tük örtüyü bozumtul-qonur, qarın hissəsininki isə ağ rəngdədir. Quyruğu uzun və tüklüdür. Bu tüklər sanki hər tərəfdə yana daranmışdır.