Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırmızı ayaqlı sümsük quşu
Qırmızı ayaqlı sümsük quşu (lat. Sula sula) — Sümsük quşları cinsinə daxil olan quş növü. == Təsviri == Lələklərinin rəngi ağ, açıq-boz və açıq qəhvəyi, ayaqları qırmızımtıl, dimdiyi mavi rəngdə olur. Qanadlarının sonucları qara rəngdədir. Bədənlərinin uzunluğu 70 sm çatır. Qanadları arasında məsafə 1.5 km-dir. Cavan Qırmızı ayaqlı sümsük quşları Qonur sümsük quşlarına bənzəyirlər. == Yayılması və həyat tərzi == Adətən növ Sakit okean suları çevrəsində yayılmışdır. Ancaq onlara Tobaqo adası çevrəsində də rastlamaq mümkündür. Sakit okeanın tropik adalarında yuva qururlar.
Maviayaq sümsükquşu
Maviayaq sümsükquşu (lat. Sula nebouxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinin sümsükquşu cinsinə aid heyvan növü. 10 növü var. Bu nadir ayaqlı quşları ilk dəfə Qalapaqos adalarında Çarlz Darvin təsnif edib. 1882-ci ildən sonra elmə bu quşların varlığı haqqında məlumatlar daxil olub. Cənnət quşları kimi erkəkləri nikah oyunu zamanı öz gözəlliklərini nümayiş etdirməkdən çəkinmirlər. Təbii məskunlaşma arealları, Sakit okeanın tropik və subtropik məkanlarıdır. Həm də Mərkəzi və Cənubi Amerikanın qərb sahilləri Peruyla yanaşı, Kaliforniya körfəzində də tapmaq mümkündür. Qruplar şəklində ov edirlər, cütləşdikdən sonra dişi əsasən üç yumurta qoyur.
Sümsükquşu
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Sümsükquşukimilər
Sümsükquşukimilər (lat. Suliformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Sümsükquşular
Sümsükquşular (lat. Sulidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Aypara sümük
Aypara sümük (lat. os lunatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, başlı və qarmaqlı sümüklərəməxsus aşağı basıq səthi və qayığabənzər sümüyə məxsus bayır, üçvəcli sümüyə məxsus içəri səthi vardır. == Mənbə == Prof.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Noxudabənzər sümük
Noxudabənzər sümük (lat. os pisiforme) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun üçvəcli sümüyə məxsus arxa səthi vardır. Bu sümük aşağı doğru çıxıqdır və bayır tərəfdə şırıma malikdir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qayığabənzər sümük
Qayığabənzər sümük (lat. os scaphoideum, os naviculare manus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, trapesiyayabənzər, trapesiyaşəkilli, başlı sümüklərə məxsus aşağı və Aypara sümüyə məxsus içəri oynaq səthləri vardır. Qayığabənzər sümüyün bayır tərəfində lat. tuberculum ossis scaphoidei, tuberculum ossis navicularis — BNA adlı qabarcığa təsadüf edilir.
Sümük birləşmələri
Onurğa sütunu 27 sümüklə birləşib: 24 qabırğa, 2 çanaq, 1 ənsə sümüyü Döş qəfəsi 4 sümüklə birləşib: 2 körpücük, 7-ci boyun fəqərəsi, 1-ci bel fəqərəsi. Çiyin qurşağı 3 sümüklə birləşib: 2 bazu, 1 döş sümüyü. Kürək sümüyü 2 sümüklə birləşib: 1 körpücük, 1 bazu. Körpücük sümüyü 2 sümüklə birləşib: 1 kürək, 1 döş sümüyü. Bazu sümüyü 3 sümüklə birləşib: 1 kürək, 1 mil, 1 dirsək. Bud sümüyü 3 sümüklə birləşib: 1 çanaq, 1 qamış, 1 diz qapağı. Döş fəqərələri 4 sümüklə fəqərə və qabırğalar, axırıncı büzdüm fəqərəsi 1 sümüklə, yerdə qalan fəqərələr 2 sümüklə birləşib. Oma fəqərələri 4 sümüklə birləşir. Tək sümük birləşmələri: 2 diz qapağı, 4 qabırğa, 4 qulaq sümüyü, 20 ədəd axırıncı barmaq falanqası, 1 ədəd axırıncı büzdüm fəqərəsi. Gövdə skletində 5 sümük tək sümüklə birləşib: 4 qabırğa, 1 büzdüm sümüyü.
Sümük iliyi
Sümük iliyi — Qanın bütün formalı elementləri — Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar. Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60–65% i mieloid,10–15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 milyonlarla yetişmiş limfoid hüceyrələri qana ötürülür.Qandan sümük iliyinə keçən limfositlərin sayı isə təxminən 10 dəfə azdır.Sümük iliyindəki B limfositlərin sayı T limfositlərindən xeyli miqdarda artıqdır.Sümük iliyndə həmçinin 1–2% miqdarında immunoloji reaksiyalara cəlb edilmiş plazmatik hüceyrələr də mövcüddur.
Sümük sistemi
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. == Skelet haqqında ümumi məlumat == Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Sümük xəstəlikləri
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. == Skolioz == Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Sümük xəstəliyi
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. == Skolioz == Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Trapesiyayabənzər sümük
Trapesiyayabənzər sümük (lat. os trapezoideum, os multanglum minus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus yuxarı, ikinci daraq sümüyünə məxsus aşağı, trapesiyaşəkilli sümüyə məxsus bayır və başlı sümüyə məxsus içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Trapesiyaşəkilli sümük
Trapesiyaşəkilli sümük (lat. os trapezium, os multangulum majus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun birinci daraq sümüyü ilə calanmaya məxsusyəhərəbənzər bayır səthi, yuxarıda qayığabənzər və aşağıda trapesiyayabənzər sümüklərə məxsus içəri səthi vardır. Aşağıya doğru baxan kiçik oynaq səthi ikinci daraq sümüyünə məxsusdur. Ovuc səthinin bayır tərəfindəyuxarıya doğru çıxan qabarcıq — lat. tiberculum ossis trapezii (tuberculum ossis multanguli minus — BNA) vardır. == İstinadlar == == Mənbə == Prof.
Üçvəcli sümük
Üçvəcli sümük (lat. os triquertum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun oynaqarası qığırdağa məxsus yuxarı, aypara sümüyə məxsus bayır və noxudabənzər sümüyə məxsus ovuc səthləri vardır. == İstinadlar == == Mənbə == Prof.
Əsas sümük
Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır. == Cismi == Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat.
Sesamoid sümük
Sesamoid sümük (/ˈsɛsəmɔɪd/) — anatomiyada vətər və ya əzələ içərisində yerləşmiş sümük.Adı yunanca "küncüt toxumu" sözündən götürülmüşdür və səsamoidlərin əksəriyyətinin kiçik ölçüsünü göstərir. Çox vaxt bu sümüklər gərginliyə cavab olaraq əmələ gəlir, lakin anatomik quruluş kimi də mövcud ola bilərlər. Diz qapağı bədəndəki ən böyük sesamoid sümükdür. Sesamoid əzələlər vətərlərin sürüşməsi üçün hamar bir səth təmin edir, vətərlərin əzələ qüvvələrini ötürmə qabiliyyətini artırır. == Strukturu == Sesamoid sümükləri insan bədəninin bütün oynaqlarında tapıla bilər, o cümlədən: Dizdə —- diz qapağı (budun dördbaşlı əzələsinin içərisində). O, ən böyük sesamoid sümükdür. Əldə — 2 səsamoid sümük adətən birinci metakarpal sümüyün distal hissələrində baş barmağın adduktor əzələsi və fleksor pollicis brevisin vətərlərində) olur. İkinci metakarpal sümüyün distal hissələrində də adətən səsamoid sümük olur. Biləkdə — biləyin noxudabənzər sümük hissəsi küncütvari sümükdür (biləyi bükən dirsək əzələsi vətərinin daxilində). 9–12 yaşlı uşaqlarda sümükləşməyə başlayır.
Navikulyar sümük
Navikulyar sümük — (lat. nəˈvɪkjʊlər) əksər məməlilərin ayaqlarında olan kiçik sümük. == İnsan anatomiyası == İnsanlarda navikulyar sümük ayaqda yerləşən tarsal sümüklərdən biridir. Navikulyar sümük və ya əl navikulyar sümüyü termini əvvəllər biləyin sümüklərindən biri olan qayığabənzər sümüyü üçün istifadə olunurdu. İnsanlarda navikulyar sümüyü ayağın medial tərəfində yerləşir və proksimalda talus ilə, distalda üç mixi sümük ilə və yanal olaraq kuboid sümüyü ilə birləşir. Ossifikasiyaya başlayan ayaq sümüklərinin sonuncusudur və adətən qızlarda həyatın 3-cü ilinin, oğlanlarda isə 4-cü ilin əvvəlinə qədər baş vermir. Tibialis posterior navikulyar sümüyə bağlanan yeganə əzələdir. Əzələnin əsas hissəsi navikulyar sümüyün ortasına yapışır. Əlavə navikulyar sümük ümumi əhalinin 2-14%-də mövcud ola bilər. === Klinik əhəmiyyəti === İnsanın navikulyar sümükləri tez-tez qırılan sümük deyil və ancaq 2 səbəbə görə qırılır.
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Birinci metatarsal sümük
Birinci metatarsal sümük — ayaqda baş barmağın arxasındakı sümük. Birinci metatarsal sümük metatarsal sümüklərin ən qısası, ən qalını və ən güclüsüdür. == Hissələri == Digər 4 metatarsal sümüklər kimi, 3 hissəyə bölünə bilər: əsas, govdə və baş: Əsas — ayaq biləyinə ən yaxın hissə Baş — baş barmağa ən yaxın hissə Gövdə — ortadakı daralmış hissəSümük bir qədər yastı və 2 tərəflidir: plantar (ayaq dabanına doğru) və dorsal tərəf (ayaqda dayanarkən yuxarıya baxan sahə). Əsas hissəsində bir qayda olaraq, yan tərəflərdə oynaq fasetləri (oynaq səthləri) yoxdur, lakin bəzən yan tərəfdə oval faset var və onun vasitəsilə ikinci metatarsal sümük ilə birləşir. Plantar səthinin yanal hissəsində fibularis longusun vətərinin bağlanması üçün oval çıxıntı və ya yumruluq var. Birinci metatarsal orta mixi sümük ilə və az dərəcədə aralıq mixi sümüklər ilə birləşir (oynaqlar əmələ gətirir). Onun proksimal artikulyar səthi böyük və böyrək şəklindədir, ətrafı tarsometatarsal bağlar üçün yivlidir və medial olaraq tibialis anterior vətərinin bir hissəsinə daxil olur. Gövdəsi — güclü, yaxşı müəyyən edilmiş prizma şəklindədir. Başı — böyükdür onun plantar səthində səsamoid sümüklərin sürüşdüyü 2 yivli üz var Kənarları — hamar bir hündürlüklə ayrılır. == Əzələ əlavələri == Birinci metatarsal sümüyə 3 əzələ birləşir: tibialis anterior, fibularis longus və birinci dorsal interosseus.Birinci dorsal interosseus əzələsinin yan hissəsi sümüyün medial tərəfindən əmələ gəlir.
Ət və sümük (teleserial, 2015)
Ət və sümük (ing. Flesh and Bone) - Moira Uolli Bekket tərəfindən yaradılmış ABŞ dram miniserialıdır. Serialın premyerası 8 noyabr 2015-ci ildə Amerikan kabel televiziyası olan Starz-da baş tutmuşdur. Etan Steyfel serialın xoreoqrafı və məsləhətçisi olmuşdur. == Məzmunu == Amerikan Balet Kompaniyasının banisi və bədii direktoru Pol Qreyson bu məkanı dünyanın ən nüfuzlu balet şirkətlərindən birinə çevirmək istəyir. Lakin, iş ortağı və partnyorunun ölümündən sonra depressiya yaşayan Pol gənc balerun Treylə əlaqəyə girir. Bu dövrdə Pittsburqdakı evlərindən qaçaraq Nyu-Yorka gəlmiş gənc balerina Kler işə düzəlmək üçün şirkətə müraciət edir. İlk görüşdəcə Klerin istedadını başa düşən Pol balet truppasının uğurlu gələcəyini bu gənc qız üzərində qurmağa qərar verir. Mövsümün başlamasına az qalmasına baxmayaraq, Pol artıq planlaşdırılmış cədvəldən imtina edir. “Jizel” baleti təxirə salınır.
Şumşu
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan uçuşlar həyata keçirirdi.
Şumşu döyüşü
Şumşu döyüşü (Şumşu adasına desant çıxarılması) - Kuril desant çıxarılması əməliyyatı tarixinin mühüm mərhələsisir. Ancaq Yaponiya danışıqsız olmanı əməliyyat başlamazdan dörd gün öncə qəbul etmişdir. Əməliyyat beş gün davam etmiş və 1945-ci ilin 23 avqust]] tarixində bitmişdir. Ancaq bu döyüş sovet-yapon müharibəsi tarixində sovetlərin daha çox itki və yaralı verdiyi döyüş olmuşdur. 24 avqust tarixindən etibarən Sovet ordusu cənubda yerləşən adaların işğalına başlamışdır. == Öncəki vəziyyət == Peterburq anlaşması (1875) Kuril adalarının Yaponiya İmperiyasına verilməsini nəzərdə tuturdu. Bu anlaşma istər Rusiya imperiyası, istərsə də SSRİ üçün zamanın o dövrki şərtlərinə görə əlverişli olmuşdur. Müqavilə sayəsində Yaponiya 1200 km məsafədə yeni ərazilər edir, Rusiya isə faktiki olaraq Sakit okeana çıxışını itirmişdir. Rus-yapon müharibəsi zamanı yaponlar Şumşudan Kamçatkaya desant çıxartmışdılar. Öz sərhədlərinin lap yaxınlığında bu cür təhlükənin olması SSRİ rəhbərliyini daim gərginlikdə saxlayırdı.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Şimşək
İldırım — göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək — bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 500 min amper, gərginlik isə 109 volt ola bilir.İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək adlanır. == Mənbə == Coğrafiya ensiklopediyası (I cild).
Şümrüd
Şümrüd — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
Şümşad
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi.Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.