Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinemax
Cinemax — ABŞ kabel və peyk ödənişli teleşəbəkəsi. Telekanalın sahibi «WarnerMedia» mülkü olan «HBO» teleşəbəkəsidir. «Cinemax» əsasən bədii filmlər, sənədli filmlər və özünün istehsal etdiyi teleserialları yayımlayır. Teleşəbəkənin baş qəargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkə 1 avqust 1980-ci ildə təsis edilmişdir. 2015-ci ilin iyul ayında «Cinemax» teleşəbəkəsinin ABŞ-də təqribən 21.325.000 abunəçisi (ümumi telekanalların 18.3%-i) var idi və ən azından ölkədəki ödənişli televiziya xidmətinə sahib 20.785.000 abunəçinin (ümumi telekanalların 17.9%-i) əsas «Cinemax» teleşəbəkəsini izləmə imkanına malik idi.
Siqnax
Siqnax Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır. == Toponimkası == Siqnax- Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır.Mirzə Camal Cavanşir (XVIII əsr) "Sığnaq qalası kimi qeyd etmişdir.Qarabağın Gülüstan mahalında da bir kəndin Sığnaq adlandığı göstərilmişdir.Qarabağda Xankəndi rayonunda bir kənd indi Siqnaq adlanır.Qıpçaq çölündə (Dəşti Qıpçaqda) yaşamış qıpçaqların paytaxt şəhərinin adı Suqnax idi.V.V.Bartolda görə, şəhər Orta Asiyada Ətrar şəhərindən 24 fərsəng aralıda idi.Bu şəhərin xarabalıqları Suqnak Kurqan adı ilə Sırdərya çayının sahilindədir.Azərbaycan Sacilər dövlətinin əsasını qoymuş Əbu Saç Divdad da əslən Suqnak şəhərindən idi.XII əsrdə qıpçaqların Gürcüstan ərazisinə köçürülməsi ilə əlaqədar şəhərin adı da gətirilmişdir.Qazax qəzasında Siqnax dağ və Siqnax Daş qışlaq,Şuşa qəzasında Siqnax kənd,Qars əyalətinin Kaqızman dairəsində Siqnax dağ adları ilə mənşəcə eynidir.
Sığnax
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Sinema
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. == İstifadəsi == Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ).σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Sinema Filmi
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Sinema binası
Sinema binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. XIX əsrin ikinci yarısında tikilmişdir. Bina əvvəllər «modern sineması» adlandırılmışdır. Ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi, 60.
Sinqal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
İnqmar Berqman
Ernst İnqmar Berqman (isv. Ernst Ingmar Bergman [ˈɪŋmar ˈbærjman]; 14 iyul 1918[…], Uppsala[d] – 30 iyul 2007[…]) - İsveçli olan kino və teatr rejissoru, yazıçısı və ssenaristidir. İnqmar Berqman insanın təkliyini, müxtəlif səbəblərlə çəkdiyi ruhi ağrıları, cinsi problemlərindən qaynaqlanan filmləriylə tanınır. == Həyatı == İnqmar Berqman 14 iyul 1918-ci ildə İsveçin Uppsal şəhərində Lüteran kilsəsinin naziri Erik Berqman və tibb bacısı Karinin ailəsində doğulmuşdur. Onun düşüncə və əxlaq anlayışının formalaşmasına yetişdiyi dindar ətrafın böyük təsiri oldu. Onun yaşca böyük qardaşı Daq və Marqareta vardır. Berqmanın duyğu və düşüncələrini görüntüylə izah etmə meylinin doğulmasında, kilsədə gördüyü dini rəsmlərinin böyük əhəmiyyətli rolu vardır. Berqman Stokholm Universitetində sənət, tarix və ədəbiyyat üzrə şöbədə dərs alır. Tələbəlik illərində teatrla maraqlanır, oyunlar yazır və onlara rejissorluq edirdi. Ssenarisini yazdığı "Hets" (1944; "Əzab") filmi böyük maraqla qarşılandı.
Şıngay Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Şınqay xan

Sinema salonu
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Sinema teatrı

Sinema zalı

Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Simax Şeyda
Simax Şeyda —Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq. SSRİ "Əmək veteranı" medalı laureatı == Həyatı == Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.
Sinqa xəstəliyi
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Səssiz sinema (mahnı)
Səssiz sinema — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri şairə Leyli İsrafilovaya, musiqisi türkiyəli bəstəkar Hakan Erola aiddir. Mahnıya klipi türk rejissor Murat Küçük çəkmişdir. Klipi Türkiyədən 22 nəfərlik peşəkar heyət 2011-ci ildə lentə alınmışdır. Çəkilişlər beş müxtəlif kamera ilə Bakıdakı Kukla Teatrı və onun yaxınlığındakı keçiddə gerçəkləşmişdir.
Lal Sinqx Çadha
Lal Sinqx Çadha (hindcə:Laal Singh Chaddha) filmi Advait Çandan tərəfindən 2020-ci ildə çəkilişi bitəcək Hindistan Absurd Komediya filmidir.Film 1994-cü ildə çəkilən Forrest Qamp filminin hind versiyasıdır.Baş rolda Əmir Xan,Karina Kapur oynayırlar.Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq. == Məzmun == Film Hindistanda cərəyan edir.IQ-sü az olan,səfeh və sevimli Lal Sinqx Çadhanın həyatından bəhs edir.Forrest Qamp necədirsə,Lal Sinqx də elədir. == Film haqqında == 3 axmaq filmindən sonra ikinci Karina Kapurla Əmir Xanın kino işidir. Avqustda Əmir Xan filmin çəkilişi üçün Türkiyəyə getdi. Burada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşdü.
Lal Sinqx Çadha (film, 2020)