Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132–64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Sidama
Sidama — Efiopiyada yaşayan xalqlarından biri, sidamo dilində danışirlar. Sidamanın etnik ərazisi Efiopiyanın cənubunda, Avasa və Dilla şəhərlərin arasında yerləşir. Təxmini sayı — 3 milyon nəfərdir. Dindarların əksəriyyəti — monofizit xristiandır, qismən müsəlmandırlar. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Şivaşan (Sərdəşt)
Şivaşan (fars. شيواشان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (25 ailə).
Siyaman (Xudabəndə)
Siyaman (fars. سيامان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (44 ailə).
Siyamək Namazi
Siyamək Namazi (fars. سیامک نمازی‎; 14 sentyabr 1971) — iranəsilli ABŞ biznesmeni. Siyamək Namazi 14 sentyabr və ya 14 oktyabr 1971-ci ildə anadan olmuşdur. O, İranın Evin həbsxanasında saxlanılmış, 13 oktyabr 2015-ci ildə azad olunmuşdur. 22 fevral 2016-cı ildə İran hakimiyyəti Siyaməkin atası Bakir Namazini oğlunu ziyarət etmək üçün ölkəyə gələndə həbs etmişdir. 18 oktyabr 2016-cı ildə Bakir və Siyamək Namazi xarici hökumətlə əməkdaşlıq etdikləri üçün 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. "CNN" bildirmişdir ki, onun hüquq qrupuna görə, Namazi "İranda həbsdə olan ən uzun müddətdir həbsdə olan iranlı amerikalıdır". O, 1 oktyabr 2022-ci ildə qısamüddətli məzuniyyətə buraxılmışdır. 2023-cü il sentyabrın ortalarında "Reuters" xəbər vermişdir ki, ABŞ Namazi və digər 4 nəfərin azad edilməsi müqabilində İran İslam Respublikasına 2018-ci ildən Cənubi Koreyada dondurulmuş İran neftindən 6 milyard dollar gəlir əldə etməyə icazə verməyə razılaşmışdır. Pul Cənubi Koreyadan Qətərə və nəticədə İran hökumətinin hesablarına getmişdir.
Siarak (Urmiya)
Siarak (fars. سيارك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (8 ailə).
Şivaşan (Gavork-i Nalin dehistanı)
Şivaşan (fars. شيواشان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (4 ailə).