Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səğayiş (Azərşəhr)
Səğayiş (fars. صغايش‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (159 ailə).
Cəlayir
Cəlayir (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəlayir (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəlayir (Qax) — Azərbaycanın Qax rayonunda kənd.
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Cəlayir (Ağsu)
Cəlayir — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlair Ağsu rayonunun Kənd-oba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Cəlayir (Cəlilabad)
Cəlayir — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlair oyk., sadə. Ağsu rayonunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır; Cəlilabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri türkdilli cəlair/cəlayir tayfasının adını daşıyır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlayir (Meşkinşəhr)
Cəlayir (fars. جلاير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkin şəhərindən 27 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 714 nəfər yaşayır (165 ailə).
Cəlayir (Qax)
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Cəlayir (Əhər)
Cəlayir (fars. جلاير‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (16 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 22 km şimal-şərqdədir.
Cəlayir bələdiyyəsi
Cəlayir bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Cəlayir bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Cəlayir bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə.
Məlayir şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. == Ərazi == Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. == Əhali == Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Şuğayıb
Şuğayıb — İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Sonralar Qarabağlar rayonununda kənd. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
Cəlayir bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəlayir bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəlayir bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təhmasib xan Cəlayir
Təhmasib xan Cəlayir — Səfəvi imperiyasının son dövrlərinin və Nadir şah Əfşarın ən məşhur və ən böyük sərkərdələrindən biri. O, Nadirin Xorasandan başlatdığı fəaliyyətinin ən erkən dövrlərindən etibarən onunla birlikdə olmuş və Nadirin yürüşləri dönəmində ən seçilən sərkərdəsinə çevrilmişdir. == Həyatı == Təhmasib xan Cəlair Nadirin fəaliyyəti dövründə baş vermiş döyüşlərin bir çoxunda və Nadir şahın vəliəhd şahzadəsi Rzaqulu Mirzə Əfşarın özbəklərə qarşı həyata keçirdiyi yürüşdə önəmli rol oynamışdır. O, Nadir şahın böyük qələbə qazandığı Karnal döyüşündə Əfşar ordusunun sağ cinahına komandanlıq etmişdir. Nadir şahın hakimiyyətinin son dövrlərində onda paranoya və s. kimi psixoloji problemlər yaranmışdı. Nadir şahın onu xain elan etməsindən sonra Nadir şahın qardaşı oğlu və ondan sonra taxta keçəcək şəxs olan Əliqulu xan Əfşar Təhmasib xanı yeganə çıxış yolunun Nadir şaha qarşı üsyan qaldırmaq olduğuna inandırmağı bacarmışdı. Üsyan başladıldıqdan sonra əməlindən peşman olan Təhmasib xan Nadir şahla barışmaq istədi və buna görə də, Əliqulu xan tərəfindən zəhərlənərək qətlə yetirildi. Xain olmadığı halda üsyana məcbur edilən və üsyan qaldırıldıqdan sonra şahla barışmaq istədiyinə görə qətlə yetirilən Təhmasib xanın ölümü çox ironik idi. Təhmasib xan Cəlairin öldürülməsindən sonra Nadir şah Əfşar taxt-tacı böyük təhlükə altına düşdü.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Şəqaqi
Şəqaqi və ya Şəqqaqi (kürd. Şikakî) — Türk əsilli tayfa. Şəqaqilər İranın Şərqi Azərbaycan (Sərab, Həştrud, Miyana), Ərdəbil (Xalxal), Rəzavi Xorasan (Qoçan) və Şimali Xorasan (Bocnurd) ostanlarında yaşayırlar. Şəqaqilər Türkiyədən tarixi Azərbaycan ərazilərinə köçürülüblər.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
Cəlayır eli
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa. == Tarixi == Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər. Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb. Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü. Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır.
Hüseyn Cəlayır
Sultan Cəlaləddin Hüseyn Sultan Şeyx Üveysin oğlu Cəlayır (v. 1382)—Cəlayırlar dövlətinin sultanı. == Hakimiyyəti == Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Kəşfül-Həqayiq
Kəşfül-Həqayiq və ya tam adı ilə Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq (ərəb. کتاب کشف الحقایق عن نکت الایات والدّقایق‎; azərb. Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması‎) — Mirməhəmməd Kərim Bakuvinin yazdığı azərbaycanca ilk Quran təfsiri. Kitab 3 cilddə yazılmışdır. == Haqqında == Hicri-qəməri təqvimi ilə 15 Şaban 1322-ci (1905) ildə nəşr edilən və Azərbaycan türkcəsində yazılmış Bakuvi təfsirinin tam adı "Kitab Kəşf əl-Həqaiq ən-Nuqə əl-Ayət və əd-Dəqaiq"dir. Təfsirin orijinal olaraq daşbasması halında və mikrofilm olaraq Bakı şəhərində Əlyazmaları İnstitutunda saxlanılır. Təfsirin daş basqısı üç cild olub I cildi adıkeçən kitabxanada XIV-9, 1858; II cildi XIV-3, 8543; III cildi isə XIV-7, 1864 nömrəli rəfdə yerləşir. Bu əsərin hər cildində bir müqəddimə var. I cild (müqəddimə xaric) 745 səhifə olub "Fatihə-Tövbə" surələri arası surələri əhatə edir. Müəllif birinci cildin on səhifədən ibarət müqəddiməsində İslam dini, ehkamları və ümumi xüsusiyyətləri haqqında məlumat verir.
Ləcayır (Germi)
Ləcayır (fars. لجاير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (14 ailə).
Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Əhməd Cəlayır
Sultan Qiyasəddin Əhməd Cəlairi — Cəlairilər sülaləsindən olan Azərbaycan sultanı. == Həyatı == Əhməd Cəlayır Şeyx Həsən Cəlayırın oğludur. Qardaşı Sultan Hüseyn dövründə Ərdəbil və ətrafını idarə edirdi. Sultan Hüseyn zəif şəxsiyyətə malik olduğu üçün idarəetmə əmirlərdən Adil ağanın əlinə keçmişdi. Bu səbəbdən Əhməd Cəlayır 1382-ci ildə Təbrizə basqın təşkil edərək qardaşını devirdi və Cəlayır taxtını ələ keçirdi. Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Adil ağa tərəfindən hökmdar elan edildi. Digər qardaşı Şeyx Əli isə taxt üçün Bağdaddan Təbrizə doğru hərəkətə başlasa da, Qaraqoyunlu hökmdarı Qara Məhəmməd tərəfindən məğlub edildi. Bundan sonra Sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi. Digər qardaşı Bəyazidlə sülh bağlamağa nail olduqdan sonra isə Bağdada daxil oldu. Əhməd Cəlayır Təbrizin əvvəlcə Toxtamış, sonradan isə Əmir Teymur tərəfindən ələ keçirilməsi və ara müharibələri səbəbindən paytaxtı Bağdada köçürdü, lakin 1393-cü ildə Teymurun Bağdada yaxınlaşması ilə Məmlüklərə sığındı.
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Fəthi Şəqaqi
Fəthi İbrahim Əbdülləziz Şəqaqi (4 yanvar 1951, Qəzzə, Qəzzə zolağı – 26 oktyabr 1995, Slima[d]) — Fələstinli şəhid. == Həyatı == Fəthi İbrahim Əbdülləziz Şəqaqi 1951-ci ildə Fələstində dünyaya gəlmişdir. Ailəsi Zərnuqəlı idi. Zərnuqə Fələstindəki Yafaya bağlı olan kəndlərdən biridir. Şəqaqi dünyaya gəldikdən sonra ailəsi ilə birlikdə Qəzzə zolağındakı Rəfəhə köçdülər. Şəqaqi qaçqın düşərgəsində böyüdü. Hələ 15 yaşında ikən anasını itirdi. O, Bəyr Zeyt universitetinə daxil oldu və orada riyaziyyat təhsili aldı. Oranın bitirdikdən sonra Qüdsdəki məktəblərdə 4 il müəllimlik etdi. Daha sonra tibb üzrə təhsil almaq üçün Qahirəyə getdi.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Cəzayir-i bəhr-i səfid vilayəti
Cəzayir-i bəhr-i səfid vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1912–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Rodos idi.