TƏĞYİR

is. [ ər. ] Dəyişmə, dəyişiklik, dəyişdirmə, başqalaşma.
Balalar müəllimdə zühur edən təğyiri düşündülər və hamısının üzündə məyusluq əsəri göründü. Çəmənzəminli.

□ Təğyir etmək (tapmaq, vermək) – dəyişmək, dəyişilmək. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm.
İndi gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov.
Namazı qurtarıb [Xudayar bəy] üzünü tutdu Vəliquluya, amma surətinə təğyir vermədi. C.Məmmədquluzadə.

TƏFTİŞÇİLİK
TƏHARƏT

Digər lüğətlərdə