Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfaiyə
Səfaiyə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının Firdovs bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,961 nəfər və 499 ailədən ibarət idi.
Səfiyan
Səfiyan — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 9 noyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur. == Toponimikası == Yaşayış məntəqəsi keçən əsrin əvvəllərində Şuşa qəzasına daxil olmuş və Səfyanlı adı ilə qeydə alınmışdır. Səfyan bəzi türk dillərində "çəyirtkə" mənasında işlənir. Tədqiqatçıların bir qismi oykonimi Səfi şəxs adından düzəlmiş səfilər nəslinin adı ilə əlaqələndirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Səreyin
Səreyn (Sarıqaya) — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Səfayət Hümbətov
Səfayət Ələddin oğlu Hümbətov (17 fevral 1987, Yeni Daşkənd, Bərdə rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfayət Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.1994-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsil almağa başlamış, 2005-ci ildə orta məktəbi bitirmişdir. 2005-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağırılmış, 2007-ci ildə hərbi xidmətini başa vurmuşdur. 5 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu kimi xidmətə başlamışdır. 28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Tap Qaraqoyunlu istiqamətində şəhid olmuş, 29 sentyabr 2020-ci ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Ailəsi == Ailəli idi, iki övladı var.
Səğayiş (Azərşəhr)
Səğayiş (fars. صغايش‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (159 ailə).
Səfirin qızı
Səfirin qızı Televiziya serialı 16 dekabr 2019-cu il Emre Kabakuşak tərəfindən yaradılb Star TV yayımlanmışdı == Haqqında == Səfirin Qızı, O3 Medya və NG Medya filmlərinin birgə istehsalı, ilk bölümü 16 dekabr 2019-cu ildə yayımlandı, rejissor Emre Kabakuşak, ssenarisi Eylem Canpolat və Ozan Aksunqur ' Türk istehsalı dram televiziyası televiziya serialı. Serialın 36 bölümündə rol alan Neslihan Atagül xəstəliyi və Tuba Büyüküstün səbəbiylə serialdan ayrılmalı olub yerini tutdu.2 sezondan ibarət olan serial 11 may 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə sona çatdı. 17 may 2021-ci il tarixindən etibarən TV2 kommersiya kanalı tərəfindən Macarıstanda sinxron yayımlandı. İstehsal Macarıstan səsləri ilə də izlənilə bilən 50-ci türk serialıdır. == Aktyorlar və personajlar == == Çəkilişlər == Serialın çəkilişləri Muğlada aparılıb.
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. == Coğrafiyası == Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. == Mədəniyyət == Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Sayın
Sayın — Türk soyadı. Emel Sayın — Türk müğənni. Hulusi Sayın — Türk generalı.DigərSayın (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Şəfayət Mehdiyev
Mehdiyev Şəfayət Fərhad oğlu (15 dekabr 1910, İran – 15 dekabr 1993, Bakı) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş.Mehdiyev M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20-25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir.
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Səfalı Nəzərli
Səfalı Nəzərli (d. 14.12.1948, Ləmbəli, Ermənistan SSR, SSRİ) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri. == Həyatı və fəaliyyəti == Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb.
Yaralı şəfaçı
Yaralı şəfaçı — psixoloq Karl Yunq tərəfindən irəli sürülən termin. Terminin mahiyyəti odur ki, psixoanalist özü "yaralı" olduğu üçün özünü pasiyentləri sağaltmağa məcbur hiss edir. Bu ideyanın kökünün yunan mifologiyasından gəldiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, konsulerlərin ve psixoterapevtlərin 73,9%-i onların məhz bu peşəni seçmələrinə səbəb olan bir və ya daha çox yaralanma təcrübəsi yaşayıb.Psixoanalistlə pasiyent arasındakı münasibət fərqli ola bilər: Psixoanalist öz yaralarından xəbərdardır. Bu yaralar müəyyən vəziyyətlərdə, xüsusilə də pasiyentin yaraları özününkünə bənzəyirsə, aktivləşə bilər. Analiz olunan yaralar psixoanalistin öz yaralarına təsir edir. O, şüurlu və ya şüursuz şəkildə bunu pasiyentə ötürür, bu da öz növbəsində psixoanalist ilə pasiyent arasında şüursuz bir əlaqənin yaranmasına səbəb olur.
Zohreh Sefati
== Həyatı == Xanım Zöhrə Səfati qadın-Müctəhid. O, İranın Abadan şəhərində anadan olub və bu gün ölkənin ən güclü şəxsiyyətlərindən biri hesab olunur. Səfati İctimai-Mədəni Şuranın üzvü və Yüksək Mədəni İnqilab Şurasının nümayəndəsidir. Madam Səfati İranın Abadan şəhərində anadan olub və dindar ailədə böyüyüb. O, təqvalı, mehriban bir kişinin qızı idi və anası nəcib şəxsiyyəti və bütün Quranı əzbər bilməsi ilə məşhur idi. 1966-cı ildə ilahiyyat məktəbinə getməzdən əvvəl orta məktəb dərslərini evdə hazırlaşmışdır. Səfati Abadanda Fiqh, Ədəbiyyat və İslam elmləri üzrə ilkin kurslar alıb. 1970-ci ildə təhsilini davam etdirmək üçün Qum İlahiyyat Məktəbinə getdi. O, Ayətullah Şahidi, Ayətullah Həqqi, Ayətullah Əli Meşkini və Ayətullah Məhəmməd Həsən Əhmədi-Fakih (həyat yoldaşı) kimi məşhur alimlərin tələbəsi olub. Xanım Səfati ictihadın ən yüksək dərəcəsinə çatdı ki, bu da yalnız az sayda qadının əldə etdiyi nailiyyətdir.
Sezarın vətəndaş müharibəsi
Qədim Romada vətəndaş müharibələri — İctimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri. E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi, və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta dövlət xəzinəsini götürə bilməyərək Romadan qaçdılar. Pompeyin qoşunlarının mühüm hissəsi Korfini yaxınlığında təslim oldu, Pompeyin özü beş leqionla Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan və Dirraxi yaxınlığındakı məğlubiyətdən sonra o Pompeyi Farsalda(Fessaliyada) həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun yerə enməsinə belə imkan vermədilər: o sahilə yaxınlaşmaqda olan qayıqda öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada XII Ptolemeylə onun bacısı Kleopatra arasındakı sülalə mübarizəsinə qarışır. Ptolemeylə uzun və təhlükəli müharibədən qalib çıxan Sezar taxta Kleopatranı otuzdurur.
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Hulusi Sayın
Hulusi Sayın (28 aprel 1926, Elazığ – 30 yanvar 1991, Ankara) — Türk generalı. == Həyatı == Maltəpə Hərbi Liseyindən 1945, Quru Qoşunlarının Hərb Məktəbindən 1948, Jandarma Zabit Məktəbi 1952-ci il, Hərb Akademiyasından 1964-cü ildə məzun oldu. 1974-cü ildə General-mayor, 1978-də Tümgeneral və 1983-də General-leytenant oldu. Fövqəladə Hal Bölgəsində yaradılan Asayiş Birlikləri Korpusu Komandirliyindən 1 sentyabr 1989 tarixində təqaüdə çıxmışdır. Baş nazirlik baş müşavir vəzifəsini icra edərkən 30 yanvar 1991-ci il tarixində Ankarada evinin qarşısında uğradığı silahlı hücum nəticəsində öldürülmüşdür. Qəzetləri axtaran bir adam hərəkəti qeyri-qanuni nəhəng-Sol Silahlı İnqilab Birlikləri Təşkilatı adına boynuna götürərkən, Təhlükəsizlik Ümumi Müdiri Nəcati Bilican isə hadisə yerində Kürdüstan Milli Qurtuluş təşkilatının bir məlumatının tapıldığını açıqlamışdır.
Sayın (İcrud)
Sayın (fars. صايين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 247 nəfər yaşayır (83 ailə).
Əhmədiməhəmməd Şəfai
Əməl Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Şəfalı Əllər (1968)
== Məzmun == Film insanları yenidən həyata qaytaran əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zülfüqar Məmmədovdan, onun məharətindən, şəfalı əllərindən danışır. Filmdə əsas mövzu həkimin ümidinə verilmiş sağlamlıq, həyat və insan taleyidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: A.Sadıqov Səs operatoru: Şamil Kərimov == Mənbə == "Yeni sənədli filmlər" [Azərbaycanın sənədli kino ustalarının çəkdikləri "Şəfalı əllər" filmi haqqında] //Kino yenilikləri.- 1969.- 21 yanvar.
Yuli Sezarın vətəndaş müharibəsi
Qədim Romada vətəndaş müharibələri — İctimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri. E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi, və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta dövlət xəzinəsini götürə bilməyərək Romadan qaçdılar. Pompeyin qoşunlarının mühüm hissəsi Korfini yaxınlığında təslim oldu, Pompeyin özü beş leqionla Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan və Dirraxi yaxınlığındakı məğlubiyətdən sonra o Pompeyi Farsalda(Fessaliyada) həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun yerə enməsinə belə imkan vermədilər: o sahilə yaxınlaşmaqda olan qayıqda öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada XII Ptolemeylə onun bacısı Kleopatra arasındakı sülalə mübarizəsinə qarışır. Ptolemeylə uzun və təhlükəli müharibədən qalib çıxan Sezar taxta Kleopatranı otuzdurur.
Dərab (Sayın dehistanı)
Dərab (fars. دراب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (19 ailə).