Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərdarlı
Sərdarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidliyində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Sərdarlı oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. == Əhalisi == === Tanınmışları === İslam Rzayev Əziz Xələfov Fəridə Vəzirova Məmməd Orucov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Rahim Sərdarlı
Rahim Rafik oğlu Sərdarlı (3 avqust 1996, Canaxır, Xaçmaz, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahim Sərdarlı 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib. == Hərbi xidmətləri == Rahim Sərdarlı 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahim Sərdarlı, Cəbrayıl, Hadrut, Şuşanın azad edilməsində savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rahim Sərdarlı Xaçmazda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Rahim Sərdarlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rauf Sərdarlı
Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir. Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir.
Çobanlar-i Sərdarlı (Heris)
Çobanlar-i Sərdarlı (fars. شيخ رجب‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 427 nəfər yaşayır (92 ailə).
Yardarlıq
Yardarlıq — torpaq icarəsi forması; torpaq mülkiyyətçisinə icarə haqqı məhsulla ödənilir. Xırda kənd təsərrüfatı istehsalçılarının, əsasən, kapitalizməqədərki və zəif inkişaf etmiş kapitalist istismarı formasını xarakterizə edir. Kapitalist istehsal münasibətlərinin yaranması şəraitində yardarlıq feodal torpaq icarəsindən kapitalist torpaq icarəsinə keçid forması idi. Yardarlıq feodalizm qalığı kimi bir sıra inkişaf etmiş kapitalist ölkəsində (ABŞ, İtaliya, İspaniya) hələ də qalmaqdadır. Şərqin bir çox ölkəsində (məsələn, Hindistanda) yardarlıq icarə münasibətləri formaları arasında mühüm yer tutur. Oktyabr inqilabından əvvəl Azərbaycanda yardarlıq yarımicma formasında mövcud olmuşdur. == Mənbə == Јардарлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Sərkarlı
Sərkarlı (Göygöl) — Göygöl rayonunda kənd. Sərkarlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd.
Sərkarlı (Göygöl)
Sərkar — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sərkar oyk., sadə. Samux r-nunun eyniadlı i.ə.v.-də və Bolçalı i.ə.v.-də iki kənd. Yaşayış məntəqələri keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. XII əsrin əvvəllərində sərkarlarm bir neçə tirəsinin adı çəkilir və onlar haqqında məlumat verilirdi. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Sərkarlı (Xaçmaz)
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Sərdari xalçaları
Sərdari xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Əbdül Hüseyn Sərdari
Əbdül Hüseyn Sərdari Qacar (fars. عبدالحسین سرداری‎; 1914, Tehran – 1981, Nottinqem, Nottinqemşir[d]) – əslən azərbaycanlı olan İran diplomatı. İkinci dünya müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas etdiyinə görə "İranlı Şindler" ləqəbi ilə tanınır. Paris konsulluğunun rəhbəri olmuşdur. == Həyatı == İkinci dünya müharibəsi zamanı Paris nasistlər tərəfindən işğal olunandan sonra orada yaşayan İran yəhudilərin həyatı təhlükə altına düşmüşdü. Bunun qarşısını almaq üçün konsulluğun rəhbəri Əbdül Hüseyn Sərdari Qacar yəhudilərə İran pasportları paylayırdı. Bu, onların İran vətəndaşı kimi xilas olmaları demək idi. Çünki o zaman Almaniya ilə İran arasında nasistlərin heç bir İran vətəndaşına toxunmaması barədə razılaşma mövcud idi. Bu zaman Sərdari öz əlaqələrindən istifadə edərək, 2 mindən çox iranlı yəhudini xilas edə bildi. 1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı.
Ağabala xan Sərdari-Əfxəm
Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi. == Həyatı == Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı. Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir. Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artilleriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur. Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Əmir Əli Sərdari İrəvani
Əmir Əli Sərdari İrəvani (13 avqust 1974, Tehran) — Bəhmən xan Sərdari İrəvaninin oğlu və 7-ci nəsildə İrəvan Hüseynəli xanının nəsli və 6-cı nəsil İrəvanın Məhəmməd xandır. == İrəvan xanlığının varisi == Sardari İravani ailəsinin əcdadları 1755–1805-ci illər arasında İrəvan xanlığını idarə etmişlər. İrəvanın Məhəmməd xan Qacar padşahına itaət etmədiyi üçün 1805-ci ildə Fətəli şah Qacar ​​tərəfindən tutuldu və Tehrana sürgün edildi. Məhəmməd xanın nəsilləri İranda yaşayırdılar. Bundan sonra onun nəsilləri və kral Qacar ​​ailəsi arasında çox sayda çarpaz nikahlar olmuşdur. Oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı ilə evləndi. Məhəmməd xanın nəsilləri çox nüfuzlu və güclü şəxslər idi və Qacar ​​dövlətinin böyük hissələrini yerli qubernator kimi idarə edirdilər. Əhməd xan Müşir Hüzür Məhəmmədhəsən xan Sərdar İrəvaninin nəvəsi idi. Babasının titulunu seçdi və ailəsinə "Sərdari İrəvani" soyadını verdi. Əmir Əli Sərdari İrəvani Əhməd xanın büyük nəvəsi və Sərdari İrəvaninin sülaləsinin hazırkı rəhbəridir.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.