SƏRDARİ

f. başçılıq, sərdarlıq.

SƏRDAR
SƏRDƏFTƏR
OBASTAN VİKİ
Sərdari xalçaları
Sərdari xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Əbdül Hüseyn Sərdari
Əbdül Hüseyn Sərdari Qacar (fars. عبدالحسین سرداری‎; 1914, Tehran – 1981, Nottinqem, Nottinqemşir[d]) – əslən azərbaycanlı olan İran diplomatı. İkinci dünya müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas etdiyinə görə "İranlı Şindler" ləqəbi ilə tanınır. Paris konsulluğunun rəhbəri olmuşdur. İkinci dünya müharibəsi zamanı Paris nasistlər tərəfindən işğal olunandan sonra orada yaşayan İran yəhudilərin həyatı təhlükə altına düşmüşdü. Bunun qarşısını almaq üçün konsulluğun rəhbəri Əbdül Hüseyn Sərdari Qacar yəhudilərə İran pasportları paylayırdı. Bu, onların İran vətəndaşı kimi xilas olmaları demək idi. Çünki o zaman Almaniya ilə İran arasında nasistlərin heç bir İran vətəndaşına toxunmaması barədə razılaşma mövcud idi. Bu zaman Sərdari öz əlaqələrindən istifadə edərək, 2 mindən çox iranlı yəhudini xilas edə bildi. 1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı.
Ağabala xan Sərdari-Əfxəm
Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi. == Həyatı == Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı. Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir. Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artilleriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur. Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Əmir Əli Sərdari İrəvani
Əmir Əli Sərdari İrəvani (13 avqust 1974, Tehran) — Bəhmən xan Sərdari İrəvaninin oğlu və 7-ci nəsildə İrəvan Hüseynəli xanının nəsli və 6-cı nəsil İrəvanın Məhəmməd xandır. Sardari İravani ailəsinin əcdadları 1755–1805-ci illər arasında İrəvan xanlığını idarə etmişlər. İrəvanın Məhəmməd xan Qacar padşahına itaət etmədiyi üçün 1805-ci ildə Fətəli şah Qacar ​​tərəfindən tutuldu və Tehrana sürgün edildi. Məhəmməd xanın nəsilləri İranda yaşayırdılar. Bundan sonra onun nəsilləri və kral Qacar ​​ailəsi arasında çox sayda çarpaz nikahlar olmuşdur. Oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı ilə evləndi. Məhəmməd xanın nəsilləri çox nüfuzlu və güclü şəxslər idi və Qacar ​​dövlətinin böyük hissələrini yerli qubernator kimi idarə edirdilər. Əhməd xan Müşir Hüzür Məhəmmədhəsən xan Sərdar İrəvaninin nəvəsi idi. Babasının titulunu seçdi və ailəsinə "Sərdari İrəvani" soyadını verdi. Əmir Əli Sərdari İrəvani Əhməd xanın büyük nəvəsi və Sərdari İrəvaninin sülaləsinin hazırkı rəhbəridir.
Səməd Sərdariniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.