Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərkay Tütüncü
Sərkay Tütüncü (7 fevral 1991, İzmir) — Türkiyə TV serial aktyoru və idmançı. == Həyatı == Serkay Tütüncü 7 fevral 1991-ci ildə İzmir ilinin Tirə ilçəsində anadan olub. Təhsilini Egey Universitetində başa vurub. Serkay Tütüncü, İzmirspor, Balçovaspor, İzmir Safety və Alaçatıspor komandalarında çıxış edib. 2018-ci ildə yayımlanan "İnsanlığa qarşı cinayət" serialı ilə aktyorluğa başlayıb. Daha sonra 2019–2020-ci illər arasında Kanal D-də yayımlanan "Afili Ask" serialında Volkan obrazına həyat verən Serkay Tütüncü "Mr. Nəhayət, 2022-ci ilin fevral ayından beIN CONNECT platformasında yayıma başlayan "Hayaller ve Hayatlar" serialında Alaz rolunu oynayır.
Şekuy xaqan
Şekuy xaqan — Qərbi Göytürk xaqanı. == İlk dövrləri == Tardu xaqan dövründə indiki Sırdərya vilayətində yerləşən Şaş bölgəsinin idarəçisi idi. == Hakimiyyəti == 611-ci ildən Nuşibilər tərəfindən dəstəklənməyə başlanmışdı. Həmin il Taman xaqanı Çin dəstəyi ilə devirərək hakimiyyətə gəlmişdi. 616–617-ci illərdə II Xosrov Pərvizin hakimiyyəti altında olan İsfahanı yağmalamışdı. Hakimiyyət dövrü əsasən Şibi xaqanla müharibədə keçdi. 618-ci ildə vəfat etdi.
İrbis Şekuy xaqan
İrbis Şekuy xaqan (乙毗射匮可汗) — Göytürk hökmdarı. == Hakimiyyəti == 642-ci ildə Nuşibilərin dəstəyi ilə hakimiyyətə gəlmişdir. Bəzi tarixçilər onu Xəzərlərin birinci xaqanı sayır . Amma bu məlumatın dəqiqliyi bilinmir. Yükük şadı Künduzə qovaraq tam hakimiyyəti əlinə almış, Çin şahzadəsi ilə evlənmək istəmişdi amma imperatorun cehiz olaraq Xotan və Qaşqar daxil olmaqla 4 böyük şəhəri tələb etməsi bu evliliyi mümkünləşdirmədi. == Ölümü == 646-cı ildə üsyan edən Xallıq İşbaranı məğlub etmişdi. 650-ci ildə Çindən özünə ordu toplayan və şərqə gələn Xallıq İşbara tərəfindən öldürülmüşdü.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Sərkeş
Sərkeş (Culfa)
Sərpuş
Sərpuş — Qədim Azərbaycan məişətində işlədilən mis qapaq. Sərpuşla plov qazanı bağlanırdı. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.
Səkrəy (Baymak)
Səkrəy (başq. Сәкрәй, rus. Саксай) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. 2007-ci ilin 10 sentyabr tarixinə qədər Saksay Meşə sahəsi adlanırdı. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 63 km, kənd sovetliyindən (Teməs): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 122 km.
Sərkar (Göygöl)
Sərkar — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sərkar oyk., sadə. Samux r-nunun eyniadlı i.ə.v.-də və Bolçalı i.ə.v.-də iki kənd. Yaşayış məntəqələri keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. XII əsrin əvvəllərində sərkarlarm bir neçə tirəsinin adı çəkilir və onlar haqqında məlumat verilirdi. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Sərkar (Samux)
Sərkar — Azərbaycan Respublikasının Samux şəhərinin inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. == Tarixi == Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Səfərəliyev rayonunun, sonra isə Gəncə şəhərinin tərkibində idi. == Coğrafiyası və iqlimi == Sərkar kəndində olan Sarvan bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir. == Əhalisi == Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir.
Sərkeş (Culfa)
Sərkeş (fars. سركش‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Zərkub Təbrizi
Nəciməddin Əbu Bəkr Zərkub Təbrizi (?-1313)— arif, şair. == Həyatı == XII əsrdə yaşamış azərbaycanlı fütuvvət şeyxi idi. O, Təbrizdə Nəcməddin Zərkub adı ilə tanınmışdı. Bu da onun peşəsinin zərgərlik olduğunu göstərir. H. 640-cı (1242) ildə kubrəviyyə şeyxi Sə’dəddin Muhəmməd ibnü’l-Müəyyəd əl-Həmmuyə Cüveyninin (öl. 1252) Təbrizə gəlməsi ilə Nəcməddin Təbrizinin həyatı dəyişmişdi. O, şeyx Sə’dəddin Həmmuyəyə intisab etmiş, onun müridlərindən biri olmuşdu. Şeyx Nəcməddin Zərkub Təbrizi h. 712-ci (1313) ildə vəfat etmiş, Təbrizin Kəcil qəbristanında dəfn edilmişdi. Şeyx Nəcməddin Təbrizi farsca‚ "Risalə dər Bəyani-Fütuvvət" adlı əsərin müəllifi idi.
Əbdüləzim Sərkar
Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar (az.-əbcəd ابدولزیم سرکار‎) — XVII əsr Azərbaycan memarı. == Həyatı == Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Саламзаде, А. "Архитектура мавзолеев Азербайджана XVI–XIX вв" (rus) (№ 3). Изв. АН Азерб. ССР. 1961.
Berkut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Kərkük
Kərkük (ərəb. كركوك‎ kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi. == Tarix == Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi. == Əhali == Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624 nəfər qeydə alınmışdır. === Milli tərkib və dillər === İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.
Mərküz
Mərküz (digər adı: Marğız) — qədim əkinçilik aləti == Haqqında == Tarlanın əkinə hazırlanmasında, arx və ləklər arasında tirələrin çəkilməsində işlədilirdi. Əsasən, dördkünc, qismən oval formalı dəmir tiyədən, ağac sapdan və tiyənin üz tərəfindəki iki dəmirhalqadan ibarətdir. Dəmir halqalara kiçik ağac parçasına bağlanmış kəndir keçirilir və iki nəfər tərəfindən işlədilirdi. Azərbaycanda (xüsusilə, Naxçıvan diyarında) qədimdən geniş yayılmış Mərküzdən hazırda həyətyanı təsərrüfatlada istifadə edilir. == Ədəbiyyat == Cavadov Q.C., XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri,Bakı,1979 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Ratnikov — rejissor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov.İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Trotski — Ssenari Müəllifi. Aktyor.
Serium
Serium (Ce) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 58-ci element. 1803-cü ildə alman kimyaçı Martin Henrix Klaprot tərəfindən kəşf edilmişdir.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Polo Sərkan (Qürvə)
Polo Sərkan (fars. پلوسركان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 354 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Sekku
Sekku (節句) – Yaponiyada mövsüm dəyişikliyini bildirən əlamətdar günlər. == Terminologiya == "Sekku" termini əvvəllər mövsüm dəyişikliyinin ("seçi") baş verdiyi günlərdə hazırlanan yeməkləri ("ku") bildirirdi. Daha sonra bu söz həmin günləri bildirmək üçün istifadə olunmağa başlamışdır. "Monobi" və ya "monbi" sözləri sekkunu bildirmək üçün istifadə olunan alternativ sözlərdir. Belə ki, insanlar bu günlərdə ailə gerbinin ("mon") olduğu kimonolar geyinirdilər. == Tarixi == Yaponiya sarayında sekku adəti Çinin təsiri ilə yaranmışdır. İllik hadisələri qeyd etmək üçün istifadə olunan təqvimə bir neçə sekku daxil idi. Bu təqvim yapon mövsüm bölgüsünün Çin təqvim sistemi ilə sintezi nəticəsində yarandığı üçün bəzi günlər mövsüm dəyişikliklərini bildirirdi.Edo dövründə Tokuqava şoqunluğu bu günləri sekku elan etmişdi: 7 yanvar (Yeddi bitki festivalı), 3 mart (Kukla festivalı və ya Şaftalı festivalı), 5 may (Uşaqlar festivalı və ya Süsən festivalı), 7 iyul (Tanabata festivalı) və 9 sentyabr (Payızgülü festivalı). Bu sekkular Yaponiyada müasir dövrdə də qeyd olunur. Bu beş sekku birlikdə qosekku (五節句) adlanır.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır.Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Müqəddəs Sərkis kilsəsi (Gəncə)
Müqəddəs Sərkis kilsəsi — XVIII əsrdə bərpa edilən binanın dəqiq tikilmə tarixi məlum deyil. Məbədin tikintisində qırmızı kərpic və gil əhəng qatışığından istifadə olunub. Bina günbəzli və sütunludur. Gəncə şəhərinin Gəncə küçəsi döngə 9 ünvanında yerləşir və hal-hazırda Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13-14 nömrəli filialı olaraq fəaliyyət göstərir.
Məhəmməd ibn Şüeyb Zərkun
Məhəmməd ibn Şüeyb Zərkun Bəlluti, həmçinin Bizans mənbələrində Zerkun (yun. Ζερκουνῆς) — təqribən 895–910-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 895-ci ildən 910-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta qardaşı oğlu Yusif ibn Ömər ibn Şüeyb çıxmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Berkun Oya
Berkun Oya (3 mart 1977, Bursa) — Türk teatr yazıçısı, teatr və kino müdiri. == Həyatı == Qaraçay mənşəlidir. Orta təhsilini Özəl Koç Liseyində tamamladı. 1998-ci ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsini bitirib. Elə həmin il Krek Teatr Şirkətini qurdu. 2003-cü ildə İstanbul Dövlət Teatrının tələbi ilə Yakup Kadri Karaosmanoğlunun Yaban romanını canlandırdı . 2002-ci ildə televiziya üçün hazırladığı və TRT- də yayımladığı "Şapkadan Atam Çıxtı" serialının ssenari müəllifi və prodüseri idi. 2003-cü ildə CNN Türk kanalında Defakto və 2005-ci ildə NTV, kanalında İnfoman adlı Televizor proqramlarını hazırladı və təqdim etdi. 2007-ci ildə ekranlara çıxan "Yaxşı Yeni İllər London" adlı filmi idarə etdi. 44.
Cahid Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. == Həyatı == 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. == Diskoqrafiya == === Albomları === 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) === Digərləri === 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Cahit Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. == Həyatı == 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. == Diskoqrafiya == === Albomları === 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) === Digərləri === 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Endi Serkis
Endrü Klement Serkis (d. 20 aprel 1964[…] — İngilis aktyoru və film rejissoru. Üzüklərin hökmdarı üçləməsində Qollumu və Meymunlar planetindəki Sezarı canlandırmışdır. == Həyatı == Serkis, Midlseksin Ruislip Manor bölgəsində doğulub böyümüşdür. Onun anası Layl ingilisdir və əlil uşaqlara müəllimlik edir, atası Klement Serkis iraqda doğulub və ginekoloqdur. Serkisin tam soyadı Sarkisyandır və o, erməni əsillidir.
Herkul Puaro
Erkül Puaro (fr. Hercule Poirot) — ingilis yazıçısı Aqata Kristi tərəfindən yaradılmış ədəbi personaj, belçikalı detektiv, 1920–1975-ci illərdə yazılmış 33 roman, 51 hekayə və 1 pyesin, onlar əsasında çəkilmiş film, teleserial, teatr və radiotamaşaların baş qəhrəmanı. Erkül Puaro detektiv ədəbiyyatının sevilən personajlarından biridir. O, "Üç pərdəli faciə" əsərində öldürülmüşdür, lakin oxucular onu çox sevdiyi üçün bu əsər çox satılmır.
Kərkük (dəqiqləşdirmə)
Kərkük
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük”ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış “Kərkük“ daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı “Kərkük” 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Kərkük (el)
Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi. == Coğrafiyası == Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir. == Əhalisi == === Etnik tərkib === 1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin 45%-ni (təxminən 180 min nəfər) İraq türkmanları təşkil edirdi.
Kərkük döyüşü
Kərkük döyüşü bir neçə münaqişədə bir neçə tarixi döyüşə istinad edə bilər: Kərkük döyüşü (1733) — Nadirin yürüşlərinin bir hissəsi. Kərkük döyüşü (1991) — 1991-ci il İraq qiyamının bir hissəsi. Kərkük döyüşü (2014) — İraq müharibəsinin (2013–2017) bir hissəsi. Kərkük döyüşü (2015) — İraq müharibəsinin (2013–2017) bir hissəsi. Kərkük döyüşü (2016) — İraq müharibəsinin (2013–2017) bir hissəsi. Kərkük döyüşü (2017) — İraq müharibəsinin (2013–2017) bir hissəsi.