Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərttüklü boymadərən
Sərttüklü boymadərən (lat. Achillea setacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Sərttüklü ağ akasiya
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. == Təbii yayılması: == Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.