Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayanay
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Yapanay
Yapanay Xan — türk və altay mifologiyasında qır (bozqır) ilahı. Kənd bölgələri qoruyur. Yabanı mühitin və çöl heyvanlarının gözətçisidir. == Etimologiya == (Yap/Yab) kökündən törəmişdir. Yaban sözü çöl deməkdir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çağatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist.Yaşayış məntəqələriCığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.
Ağaçay
Ağaçay — Qubadlı rayonu ərazisində çay. == Toponimikası == Qubadlı rayonu ərazisində çay. Bazarçayın qoludur. Yerli məlumata görə, çay vaxtilə oradakı yaylaq yurdundan istifadə edən Ağa adlı pirani bir seyidin adını daşıyır. Hidronim ağa (böyük, enli, güclü) və çay (hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Cəfər Çağatay
Əli Cəfər Çağatay (1 yanvar 1899, Konstantinopol – 24 aprel 1991, İstanbul) — türk futbolçudur. 1924 Yay Olimpiya Oyunlarına qatılan heyətdə iştirak etdi. Futboldan çıxdıqdan sonra əczaçı kimi həyatına davam etdi. O, həmçinin Fənərbaxçanın idarə heyətində müxtəlif vəzifələrdə işlədi. Türk ud ifaçısı, violonçel ifaçısı, kemençe ifaçısı və bəstəkar və İstiqlal Marşının ilk bəstəkarı Əli Rıfat Çağatayın oğlu. == Klub karyerası == Futbola Saint-Joseph Liseyində tələbə olduğu illərdə Fənərbaxçanın infrastruktur komandalarında (2. və 3. komandalar) başladı, burada məşq etdi və A komandasına yüksəldi. Altınordu İdmanyurdu Klubu qurulduqda bu komandaya qoşuldu və çempion heyətində iştirak etdi. 1922-ci ildə yenidən Fənərbaxçaya qayıtdı, barışıq və işğal illərində işğalçı orduların futbol komandalarını bir-birinin ardınca pərişan edən və 1922–1923 mövsümündə 58 qol atıb, heç qol buraxmadan çempion olmaq kimi dünya çempionatı matçları tarixində bu günə qədər bənzəri görülməmiş misilsiz bir uğurun sahibi olan heyətin bütün matçlarında iştirak etmişdir.
Yapanay Xan
Yapanay Xan — türk və altay mifologiyasında qır (bozqır) ilahı. Kənd bölgələri qoruyur. Yabanı mühitin və çöl heyvanlarının gözətçisidir. == Etimologiya == (Yap/Yab) kökündən törəmişdir. Yaban sözü çöl deməkdir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çağatay Ulusoy
Çağatay Ulusoy (d. 23 sentyabr, 1990, Türkiyə, İstanbul) — Türk model və aktyorudur. == Həyatı == 1990-cı ildə İstanbul Bakırköydə anadan olub.
Çağatay dili
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. == Adı == Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir.Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir.1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi. == Tarixi == Ekmann (1959) Çağatay dilini üç dövrə bölürdü: klassik-qabaq, klassik və post-klassik. Köpürlü (1981) isə beş dövrə: başlanğıc dövrü, birinci klassik dövr, ikinci klassik dövr, üçüncü klassik dövr və məhsulsuz tənəzzül dövrü.
Çağatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Çağatay şəhristanı
Çağatay şəhristanı və ya Coğatay şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çağatay şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,970 nəfər və 11,534 ailədən ibarət idi.
Samana körfəzi
Samana körfəzi (isp. Bahía de Samaná) — Atlantik okeanda Dominikan Respublikasının şimal-şərq sahilində, eyniadlı şəhərdən və burundan cənubda yerləşən körfəz. Onu əhatə edən əsas şəhərlər: Santa Barbara de Samana, Sançes, Sabana de la Maar. Körfəzi şəxsən Xristofor Kolumb adlandırmışdı — Golfo de las Flechas. Şimaldan cənuba qədər uzunluğu — 65 km, şərqdən qərbə isə — 25 km. Körfəz sahilində «Yuna» çayının mənsəbi yerləşir. Körfəzin akvatoriyasında çoxlu riflər var, hansı ki çoxlu turist cəlb edir. Cənub-qərb sahilində «Los Xaytites» milli parkı var, bu guşə tropik bitkilərlə və heyvanlarla boldu. Samanada delfinlərə, qozbel balinalara (yanvar ayının sonundan mart ayının əvvəlinə qədər) rast gəlmək mümkündür. XIX əsrdə Fransa, İngiltərə, ABŞ bir neçə dəfə körfəzi ələ keçirmək üçün danışıqlar aparırdı.
Samana yarımadası
Samana yarımadası — Haiti adasının şimal-şərqində yerləşən yarımada. == Qısa məlumat == Yarımada ərazisi Dominikan Respublikasının Samana vilayəti ərazisində yerləşir. Yarımada dağlıq relyefə malikdir. Ərazisinin böyük hissəsi meşələrlə örtülüdür. Sahillərində çoxlu meşəlik vardır.Əsasən avtomobil yolu — DR-5 və DR-133. Yarımadada üç hava limanı vardır: Samana El-Catey. == Yaşayış məntəqələri == Yarımadada yerləşən yaşayış məntəqələri: == Su ehtiyyatları == Şimaldan və şərqdən Atlantik okean suları, cənubdan isə Samana körfəzi ilə əhatələnmişdir.
Sanana adası
Sanana adası (ind. Pulau Sanana) — İndoneziya ərazisinə daxil olan ada. Sula adaları qrupunun ən böyük adasıdır. Qrupda öz növbəsində Molukk adalarına daxildir. Adada eyni adlı iri yaşayış məntəqəsi vardır. Manqole adasından cənubda yerləşir. Sahəsi 558 km²-dir. Sanana hava limanından Ambon və Ternate şəhərləri arasında Trigana Air Service şirkəti reyslər təşkil edir1999-cu ildə, o dövrdə Maluku bölgəsində olduğu kimi, Sananada müsəlmanlar və xristianlar arasında ciddi dini və etnik gərginliklər yaşanmışdır.
Səadət İshaki Cağatay
Səadət İshaki Cağatay (27 iyul 1907, Kazan – 24 iyun 1989, Ankara) — Türkiyə türkoloqu, professor, Folologiya elmləri doltoru. == Həyatı == Səadət İshaki 1907-ci ildə Rusiya imperiyasının Kazan şəhərində anadan olmuşdu. Məşhur tatar yazıçı-publisisti, ictimai xadimi Qayaz İshakinin qızıdır. Berlin universitetində fəlsəfə və türkologiya təhsili almış, dövrün məşhur alman filosoflarının mühazirələrini dinləmişdi. 1925-ci ildə Həmdullah Sübhi Tanrıövərin yardımı ilə Türkiyə vətəndaşlığını qəbul etmişdi. Səadət İshaki Cağatay 1989-cu ildə Ankarada vəfat edib. == Əsərləri == Denominale Verbbildungen in den Türkspachen (Dissertation), Roma, 1953 Türk Lehçeleri Örnekleri VIII. yüzyıldan XVIII. yüzyıla kadar Yazı Dili, Ankara Üniversitesi Dil ve Tarih Coğrafya Fakültesi Yayınları, Ankara, 1977, 3.
Çağatay (Rəzəvi Xorasan)
Çağatay və ya Coğətay — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Çağatay şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,027 nəfər və 1,636 ailədən ibarət idi.
Şaqonar
Şaqonar — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Haqana
Haqana (ivr. ‏הַהֲגָנָה‏‎) — 1920–1948-ci illər arasında Britaniya Fələstinində yəhudi əhalisinin əsas sionist yarımhərbi təşkilatı. Bu, 1948-ci ildə ləğv edilmiş və İsrail Müdafiə Qüvvələrinin fundamentinə çevrilmişdir. Əvvəllər mövcud olan milislərdən yaradılan Haqananın ilkin məqsədi yəhudi yaşayış məntəqələrini ərəb hücumlarından qorumaq idi. Təşkilat Britaniya mandatı dövründə Fələstindəki yəhudi icmasına cavabdeh olan rəsmi dövlət orqanı olan Yəhudi Agentliyinin nəzarətində idi. İkinci Dünya müharibəsinin sonuna qədər Haqananın fəaliyyəti orta səviyyədə idi. Qrup Polşadan gizli hərbi dəstək almışdır. Haqana Ox dövlətlərinin Şimali Afrikadan Fələstinə hücum etməsi halında britaniyalılarla əməkdaşlıq etməyə çalışmışdır. İkinci Dünya müharibəsinin sona çatması və Birləşmiş Krallığın yəhudi immiqrasiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etməsi ilə Haqana Britaniya hakimiyyətinə qarşı təxribatçı fəaliyyətə keçmişdir. Birləşmiş Millətlər Təşkilatı 1947-ci ildə Fələstinin bölünmə planını qəbul etdikdən sonra Haqana Fələstin yəhudiləri arasında ən böyük döyüş qüvvəsinə çevrilmiş və vətəndaş müharibəsi zamanı ərəb qüvvələri üzərində qələbə əldə etmişdir.
Afrika savana fili
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. == Tarixi == Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Azərbaycan–Çağatay ədəbi əlaqələri
Azərbaycan-Çağatay ədəbi əlaqələri (az.-əbcəd آزربایجان–چاغاتای ادبی الاقلری‎) — Azərbaycan və Çağatay (qədim özbəkçə) dilləri və ədəbiyyatlarının bir-biri ilə əlaqəsi və bir-birinə təsiri. == Dil == Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür.Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkçəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir. == Ədəbiyyat == XVI əsrə qədər Azərbaycan, Çağatay və Osmanlı ədəbiyyatları coğrafi olaraq bağlı olduğu ərazidə qalmır, bu ədəbiyyatları sevənlər də ancaq ədəbiyyatın ortaya çıxdığı bölgədən olmurdu. Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi də başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Çağatay və Osmanlı ədəbiyyatlarına keçmişdir.XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Əlişir Nəvai çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər.
Saqakat kilsəsi
Saqakat məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Üçkilsə (12. 03. 1945 – ci ildən Eçmiədzin) rayonu ərazisində, Üçkilsə kilsəsindən şimal – şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşən ərmən – türk xristian məbədi. == Tarixi == III əsrin sonlarında Ərməniyyəyə qaçan bakirə Ripsime öz rəfiqələri və dayəsi Qayana ilə Ərməniyyənin paytaxtı Vağarşabaddakı şərab anbarında gizlənmişlər. Lakin onlar Ərməniyyə çarı Trdat tərəfindən tapılıb qətlə yetirildikdən sonra Maarifçi Qriqorinin təşəbbüsü ilə Ərməniyyədə tikilən ilk üç sovmədən biri də məhz həmin anbarın yanında ucaldılmışdır. 483 – cü ildə həmin sovmə daş kilsə ilə əvəzlənmiş, sonrakı yüzillərdə dəfələrlə bərpa olunaraq, ona yeni tikililər əlavə edilmişdir. === Adın etimologiyası === Məbədin Saqakat (Saq + ak // ağ + at, yəni Ağ saqalar) adı onun, Qərbi Azərbaycanın ən qədim sakinlərindən olan və Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış saklara məxsus olduğunu birmənalı olaraq sübut edir. Məbədin ətrafında tarix boyu türk tayfaları yaşamış, bu ərazilərə ermənilərin ilk gəlişi XV əsrin ortalarında baş vermişdir. == Memarlıq xüsusiyyətləri == === İlkin tikililər === Bu günkü Saqakat məbədi VI – VII əsrlərdə inşa edilmiş məbədin bərpa edilmiş hissəsidir. Mütəxəssislər bu məbəd binasının daha qədim binanın özülləri üstündə inşa edilməsini düşünürlər.
Antonio Saqona
Antonio (Toni) Cüzeppe Saqona (1956, Tərabülüs əl-Qərb – 29 iyun 2017) — Avstraliyanın Viktoriya əyalətindəki Melburn Universitetində dərs demiş arxeoloq və klassik professor. Toni Saqona, 30 aprel 1956-cı ildə Tripolidə, Liviyada anadan olmuşdur. Valideynləri, Salvatore və Mariya ilə birlikdə 1960-cı ildə Avstraliyaya köçmüş, əvvəlcə Vilhelmstaun, Viktoriyaya yerləşmişdir. Saqona ilk təhsilini Emmanuel Kolleci, Altonada aldı, orta təhsilini 1973 cü ildə bitirdi və Melburn Universiteti Humanitar elmlər bölməsindən məzun oldu. Namizədlik mövzusu 1984-cü ildə tamamladığı Qafqaz bölgəsinin erkən Tunc dövrü Kür-Araz mədəniyyətinin arxeologiyası idi. 1984-cü ildə Erkən Tunc dövründə Qafqaz bölgəsi olaraq nəşr edilmişdir. Doktorantura namizədliyi müddətində Saqona Humanitar Elmlər Bölməsində müəllimlik edirdi. Müəllimi və onun üçün model olan Bill Culicanın qəfil vəfat etməsi ilə Culican kursunu təhvil aldı və Arxeologiya müəllimliyi etməyə başladı. 1989-cu ildə baş müəllim vəzifəsinə irəli çəkildi, 1995-ci ildə dosent və 2006-cı ildə professor vəzifəsinə təyin edildi. 2017-ci ildə ölümündən bir müddət əvvəl ona Emeritus professor adı verildi.Yaxın Şərqin arxeologiyasına dair bir sıra kitablar yazmış, bu sahədəki işləri Anadolu, Qafqaz və Suriyadakı qədim yaşayış yerləri, mənzərələr və qəbiristanlıqlar üzərində cəmləşdirmişdir.
Botrys pagana
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Nikolas Maqana
Nikolas Maqana (18 iyun 1996) — Perulu üzgüçü. Nikolas Maqana Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikolas Maqana birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.53 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
İrqanay su anbarı
İrqanay su anbarı — Rusiyanın Dağıstan Respublikasında yerləşə süni su hövzəsi. Su anbarı Avar Göysu çayı üzərində İrqanay SES tikilməsi nəticəsində yaranmış. İrqanay su anbarı Unsuqul rayonu ərazisinə aiddir. Su anbarı sahillərində Şamilkala qəsəbəsi, İrqanay (Yeni İrqanay) kəndi, Zirani və Maydanski kəndləri yerləşir. == Ümumi məlumat == Su anbarının sahəsi normal su dolma səviyyəsi zamanı 18 km² olur. Uzunluğu isə 21 km-dir. Tam və faydalı su həcmi 601 və 371 milyon m³-dir. O üzdən su anbarında suyun səviyyəsi mövsimi olaraq nizamlanır. Su səviyyəsinin normal olduğu zamanı su anbarının dəniz səviyyəsindən hündürlüyü 547 metr olur (Baltik dəniz səviyyəsi). Maksimal su tutumu zamanı isə hündürlük 548,5 metr, ən aşağı su səviyyəsində isə 520 metr olur .