İmam Sahibəzzaman
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam.
Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir.
Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).