Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saleon
Saleon (fr. Saléon, oks. Saleon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05159. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Hélices Halter, pilotsuz uçuş aparatları üçün pervaneler istehsalında dünya lideridir.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salomon Smaliyanov
Salomon Smaliyanov Rusiyada anadan olan məşhur saxtakar və Bernhard Əməliyyatının iştirakçısıdır. O həmçinin Nasist həbs düşərgəsindən xilas olmağı bacarmışdır. Müharibə öncəsi saxta valyutalar hazırlayan Smaliyanov Nasist milisləri tərəfihndən həbs olunmuşdur. Haqqında Avstriya istehsalı olan və 2008-ci ildə xarici dildə ən yaxşı film nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş "Saxtakarlar" (The Counterfeiters) filmi çəkilmişdir.
Salomon qızılböcəyi
Salomon qızılböcəyi (lat. Ancylocheria salomonii) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. == Təsviri == Böcəyin bədəni yaşılımtıl – firuzəyi rəngdədir. Qanadüstlükləri və ön döş üzərində narıncı ləkələr vardır, ətrafları yaşıl rəngdədir. == Yayılması və Sayı == Çin, İran, Türkiyə, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan (Zaqatala, Qəbələ, Şəki, Göyçay, Yevlax, Naxçıvan MR) ərazilərində rast gəlinir. 1919-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1928-ci ildə M.Axnazarov tərəfindən Naxçıvanda 1 fərd, 1929-cu ildə E.Hauser tərəfindən Ordubadda 2 fərd, qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir. == Həyat tərzi == Cənubi Qafqaz qovağından ibarət olan çaykənarı tuqay meşələrində məskunlaşır. Növün ekologiyasına dair məlumat yoxdur.
Katolikos II Salomon
Katolikos II Salomon - Albaniyanın XXXI katolikosu.
Katolikos I Salomon
Katolikos I Salomon - Albaniyanın XXIX katolikosu.
Şalon (İzer)
Şalon (fr. Châlons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38066. Kommunanın 1999-cu il üçün əhalisi 164 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 35 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Galion
Qatıqotu, dilqanadan, ətgətirən (lat. Galium) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Aparinanthus Fourr. (1868) Aparine Guett. (1754) Aparinella Fourr. (1868) Aspera Moench (1794) Bataprine Nieuwl. (1910) Chlorostemma Fourr. (1868) Eyselia Neck. (1790) Galion St.-Lag. (1880), orth.
Kalmon
Kalmon (port. Calmon) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4069 nəfərdir. Ərazisi 639,528 кm²-dir. Əhalinin sıxlığı 6,4 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 9 yanvardır.
Sablon
Sablon (fr. Sablons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38349. Kommunanın 1999-cu il üçün əhalisi 1 539 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 135 ilə 154 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Sacodon
Zöhrəçiçəyi (lat. Cypripedium)- səhləbkimilər fəsiləsindən çoxillik ot cinsi. Hündürlüyü 20—60 sm-dir. Tamkənarlı yarpaqları növbə ilə düzülür. Müxtəlif rəngli iri çiçəkləri gövdənin uçunda yerləşir. Şimali Amerika, Avropa və Asiyanın mülayim zonalarında təqrqribən 50, Azərbaycanda 1 növü — Əsl zöhrəçiçəyi (Cypripedium calceolus) yayılmışdır. Dekorativ bitki kimi beçərilir.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Salorno
Salorno— Bolzanonun təxminən 30 kilometr cənub-qərbində, İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. Salorno Cənubi Tirolda italyan dilində danışan 5 əsas bələdiyyələrdən biridir. == Həmçinin bax == Cənubi Tirol Montan Kapriana == Ədəbiyyat == Oscar Benvenuto (ed.): "South Tyrol in Figures 2008", Provincial Statistics Institute of the Autonomous Province of South Tyrol, Bozen/Bolzano 2007, p.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. == Haqqında == Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Sauron
Sáuron (kv. Sauron) — Con Ronald Ruel Tolkinin uydurma Orta Dünya haqqında yazdığı əsərlərində Qaranlıq hökmdarı və ya Üzüklərin hökmdarı olaraq adlandırılan maia. == Annatar == Annatar Sauronun birinci çağın başlarında elflərin bildiyi adıdır. Keleborn və Elrond Annatarın kim oldugunu bildikləri üçün Mordordakı pisliyin dəyişməyəcəyindən əmin idilər. Ancaq bir qrup elf Annatara aldanmiş və onun sozdə yardımını qəbul etdilər. Annatar dəmirçilik bilgisini elflər ilə paylaşdı və onlara bu elmin incəliklərini öyrətdi. Annatar 300 il boyunca elflər ilə dostluq qurdu. Ən sonunda elflərə güc üzüklərini düzəltməyi öyrətdi və elflər bu üzüklər ilə Orta Dünyada böyük işlər eləməyə başladılar.
Sayqon
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.
Galeon
Galeon köhnə Gecko əsaslı veb brauzerdir. GNOME-da təkmilləşdirmə məqsədləri üçün Marco Pesenti Gritti və komandası tərəfindən hazırlanmışdır. 2000-ci illərdə populyarlıq qazandı və paralel olaraq, çeviklik və yeni xüsusiyyətlərlə təkmilləşdirmələr edildi. 2002-ci ildə inkişaf qrupu fikir ayrılıqlarına görə ayrıldı. İnkişaf 2008-ci ilin sentyabrından dayandırılıb.
Şalon-an-Şampan
Şalon-an-Şampan (fr. Châlons-en-Champagne), 1998-ci ilə qədər Şalon-sür-Marn (fr. Châlons-sur-Marne) — Fransanın Qrand Est regionunda şəhər. Marna departamentinin inzibati mərkəzidir.
Şalon-sür-Marn
Şalon-an-Şampan (fr. Châlons-en-Champagne), 1998-ci ilə qədər Şalon-sür-Marn (fr. Châlons-sur-Marne) — Fransanın Qrand Est regionunda şəhər. Marna departamentinin inzibati mərkəzidir.
Şalon-sür-Son
Şalon-sür-Son (fr. Chalon-sur-Saône [ʃa.lɔ̃.syʁ.soːn]) — Fransanın şimalında, Sona və Luara departamentimda şəhər. Sona çayı va Mərkəzi kanal sahilindədir. Metallurgiya və maşınqayırma sənayesi, metal konstruksiyalar, fotoplyonka müassisəlari, şəkər zavodu var. 2007-ci ildə əhalisi 52,260 nəfər idi. == Əhalisi == == İstinadlar == == Əlavə ədəbiyyat == Шалон на Соне // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Şalon-an-Şampan (rayon)
Şalon-an-Şampan (fr. Châlons-en-Champagne) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Marna. Suprefektura — Şalon-an-Şampan. Rayon əhalisi 2006-cı ildə 101 220 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 57 nəf / km². Rayon sahəsi — 1778 km².
Şalon-sür-Son (rayon)
Şalon-sür-Son (fr. Chalon-sur-Saône) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sona və Luara. Suprefektura — Şalon-sür-Son. Rayon əhalisi 2006-cı ildə 196 311 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 114 nəf / km². Rayon sahəsi — 1726 km².
Solomon
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.Onun həmçinin 45-50 arası xanımla ailə həyatı qurduğu tarixi kitablarda yazılımışdır.
Almon
Almon (kommuna)
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. == Növləri == === Mühasibat Uçotunda === Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. === Tədiyə Balansında === Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). === Demoqrafiyada === Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. === Milli hesablar statistikasında === Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Aleks Salmond
Aleksandr Eliott Anderson Salmond (ing. Alex Salmond) — Şotlandiya Milli Partiyasının keçmiş lideri, 2007-2014-cü illərdə Şotlandiyanın Birinci naziri. == Həyatı == === Siyasi fəaliyyəti === === Şəxsi həyatı === Salmondun sevimli hobbisi at yarışıdır.
Anri Vallon
Anri Vallon (15.06.1879 — 01.12.1962) - fransız psixoloqu. Əməllə idrakın əlaqəsini göstərmişdir. Ontogenetik inkişafın mərhələlərinin sxemini təklif etmişdir.
Antonio Saloso
Antonio Saloso (4 sentyabr 1940) — Filippinli keçmiş üzgüçü. Antonio Saloso Filippini 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antonio Saloso birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:53.3 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.
Eşallon
Eşallon (fr. Échallon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01152. == Administrasiya == == Əhalisi == 2010-ci ildə əhalinin sayı 772 nəfər təşkil edirdi. == Qalereya == == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Eşallon ilə əlaqəli mediafayllar var. Rəsmi sayt (fr.) "Eşallon" (fransız). Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu.
Şannon
Şannon çayı (ing. Shannon, irl. An Sionainn) — İrlandiya adasında ən böyük çay. Uzunluğu 368 kilometrdir. Şannon çayının hövzəsinin sahəsi 15,7 min kvadrat kilometrdir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır, Atlantik okeanına tökülür. Karrik, Atlon, Killalo, Limerik şəhərləri Şannon çayının sahilindədir. Limerik şəhərinədək gəmiçiliyə yararlıdır. Kanallar çayı Dublin şəhəri ilə əlaqələndirir. Çay üzərində Su Elektrik Stansiyası vardır.
Şanson
Şanson (fr. chanson - mahnı) — vokal musiqi janrı. == Xarici keçidlər == Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Сhanson.
Şaolin
Şaolin (Çincə: 少林寺, pinyin: Shàolínsì) - Sunşan dağında yerləşən, mərkəzi Çin Büdpərəst məbədidir. == Tarix == Şaolin məbədi 464-cü ildə Çinə səyahət edən ilk hind rahiblərindən biri olan Bodhidharmanın fəaliyyəti sayəsində, 495-ci ildə Sunşan dağı ətrafında tikilmişdir. 1928-ci ildə Şi Yuan (ing. Shi Yousan) adlı ordu başçısının əmri ilə Şaolin məbədi yandırılmışdır. Bu vaxtda artıq məbəddə döyüş sənətləri ilə məşğul olan ustalar olmur. Bir müddət sonra Tszi Tsinin oğluna bura yenidən qayıtmaq və rahiblərə döyüş sənətlərini öyrətmək təklif olunur. Müasir Şaolin ustaları məhz ondan döyüş sənətinin sirlərini öyrənmişlər. Şaolin Kunq-fu döyüş növü bu məbəddə yaranmışdır.
Şatodön
Şatodön (fr. Châteaudun) — Ör və Luar departamentinin ən böyük şəhərlərindən biridir. Parisdən cənub-qərbdə yerləşir.
Şavnon
Şavnon (fr. Chavenon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03070. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 145 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.