Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salto (Uruqvay)
Salto (isp. Salto) — Uruqvayın şimal-qərbindəki Salto Departmanının paytaxtıdır. 2011 siyahıya almasına görə əhalisi 104.028-dir və Montevideo və Siudad de la Kostadan sonra Uruqvayın ən böyük üçüncü şəhəridir. Şəhər, Rute 3 üzərində, Montevideonun təxminən 496 km (308 mil) şimal-qərbində və Rio Uruqvayın şərq sahilində, Argentinadakı Konkordia şəhərinin qarşısında yerləşməkdədir. Şəhərin təxminən 12 km (7,5 mil) şimalında, Salto Qrande su anbarının üzərine inşa edilən Salto Qrande Körpüsü iki sahili birləştirir. Təpələr və qayalıqlar üzərinə inşa edilmiş olan şəhər, eyni zamanda Salto Qrande su anbarının da yerləşdiyi Rio Uruqvayın 'böyük tullanma' şəlalələrinin yaxınında yer almaqtadır . Ərazi, dəniz səviyyəsindən 48 metre (157 fit) yüksəklikdə, çay sahilinin yanında alçaqdır. Salto, günəşli və isti yayları, ara-sıra şiddətli yağışları və mülayim qışları ilə bölgəyə xas subtropik dəniz iqliminə sahipdir. Gənclər arasındakı məşhur aktivitələr arasında mate (bitkisəl bir içəcək) içmək, gecələri rəqsə getmək və həftə sonları Koncordiada alışveriş etmək üçün Argentinaya keçmek yer alır. Maraq doğurucu yerlərdən biri də şəhrə yaxın kordinatdakı termal hovuzlardır.
Balto
Balto — bir vaxtlar Alyaskada yaşayıb. Balto it olmuşdur. O 1919-cu ildə nomda (alyaskada) doğulmuşdur. O bir çox insanın həyatını xilas edib. 1925-ci ildə nomda dəhşətli epidemiya yayıldı. Bu epidemiya bütün şəhəri xəstəliyə yoluxdurmuşdur. Həmin ildə nomdan nenenaya qatar göndərdilər. O qatar qarlı hava üzundən nenenaya çata bilmədi. Reyslər donmuşdu. Oraya it dəstasi göndərdilər.
Palto
Palto — Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi.
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Salmo
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Sayto
Sayto — ad Kiyoşi Sayto — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Kazuo Sayto — keçmiş Yaponiya futbolçusu. Keyko Sayto — keçmiş Yaponiya qadın futbolçusu. Sayzo Sayto — keçmiş Yaponiya futbolçusu. Toşihide Sayto — keçmiş Yaponiya futbolçusu. Manabu Sayto — keçmiş Yaponiya futbolçusu. Akane Sayto — Yaponiya qadın futbolçusu.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Sato
Sato (V əsr) — qədim türkcə satay, saday "sevimli", "yaxın " sözündən; VII əsrdə uyğurların da bir xaqanının Sato adlanması məlumdur (Azərbaycanda bir sıra türkdilli xalqlarda geniş yayılmış Saday şəxs adını xatırlayın).
Kazuo Sayto
Kazuo Sayto (d. 27 iyul 1951) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Keyko Sayto
Keyko Sayto (d. 24 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kiyoşi Sayto
Kiyoşi Sayto (斎藤清, Sayto Kiyoşi, 30 sentyabr 1962) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Kiyoşi Sayto Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub.
Manabu Sayto
Manabu Sayto (d. 4 aprel 1990) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Pentti Aalto
Pentti Aalto(fin Pentti Aalto; 22 iyul 1917 - 30 noyabr 1998)—Finlandiya dilçisi. Pentti Aalto 1917-ci ildə anadan olmuşdur. 1935-ci ildə Helsinki Universitetində klassik ədəbiyyat, sanskrit dili və müqayisəli dilçilik, Altay ədəbiyyatını öyrənmişdir. 1949-cu ildə həmin universitetdə doktorluq işini müdafiə etmişdir. 1949-1958-ci illər arasında müqayisəli dilçilikdən mühazirələr oxumuş və 1958-ci ildə professor adı almışdır. O, tədqiqatları ilə bağlı Monqolustan, Türkmənistan, Hindistan və Koreyada ekspedisiyalarda olmuşdur. Onu daha çox Altay dilləri maraqlandırmışdır. 1951-ci ildə o, Q. Ramstedtin və mühazirələrini, 1952-1966- cı illərdə isə «Einfuhrung in die altaische Sprachwissenschaft» adlı böyük əsərini çap etdirmişdir. Bunlardan başqa Q. Ramstedtin «Additional Korean Etymolögies», «Torgutische Lieder» əsərləri ilə yanaşı həm onun, həm də G. Granönün qədim türk abidələri ilə bağlı əsərlərini də çap etdirmişdir. O, həmin əsərdə özünün topladığı materialları tədqiq etmişdir.
Saara Aalto
Saara Sofiya Aalto (fin Saara Sofia Aalto; d. 2 may 1987, Oulunsalu, Finlandiya) — Finlandiya müğənnisi və bəstəkarı. Saara 2012-ci ildə Finlandiyanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. Müğənni eyni zamanda Finlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turlarında iki dəfə iştirak etmiş və hər iki cəhdində ikinci yerdə qərarlaşmışdır. Saara ilk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə Avroviziyada ölkəsini təmsil etmək üçün Finlandiyanın Euroviisut mahnı müsabiqəsində iştirak etmişdir. Daha sonra isə 2016-cı ildə müğənni yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi UMK mahnı müsabiqəsində iştirak etmiş və Saara hər iki müsabiqədə ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir. Saara eyni zamanda bir çox xarici cizgi filmlərinin və teleserialların dublyajlarında iştirak etmiş və müxtəlif obrazları səsləndirmişdir. O, Disneyin Donmuş cizgi filminin fin dilindəki versiyasında Şahzadə Anna obrazını səsləndirib. Saara Aalto Adam Lambertlə duet ifa etmiş və eyni zamanda Andrea Boçelli, Xose Karreras və pianoçu Robert Uellslə birlikdə konsertlərdə iştirak etmişdir. Saaranın indiyədək 5 albomu işıq üzü görüb.
Salmo clarki
Al-əlvan qızılxallı, Mikija ,Poladbaş qızılxallı? (lat. Oncorhynchus mykiss) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Göy qurşağı qızılbalığı və ya Polad baş (Oncorhynchus mykiss), 1882-ci ildə Şimal Amerikadan Avropaya gətirilmiş olan bir alabalıq növü. Balıq istehsalı üçün Avropalı alabalıq növlərindən çox daha uyğundur (25 dərəcə su istiliyi belə problemi olmaz) və ləzzətli və az sümüklü ətindən ötəri yemək balığı olaraq çox sevilər. Göy qurşağı qızılbalığı 80 sm uzunluğa və 10 kq ağırlığa vara bilər. Qaranlıq bir mənzərənin qarşısında dayansa yan tərəfindəki qırmızı xətti ilə gözə dəyər, amma işıqlıq bir mənzərənin qarşısında haradasa heç görülməz. Dərə qızılbalığına çox bənzər amma qırmızı nöqtələri onunkindən daha diqqətə çarpandır, başı daha qısadır və çənəsinin alt qisimi daha önə çıxıntılıdır. Polad başlar balaykən sürü olaraq yaşayarlar. Ancaq 3 kilo ağırlığa vardıqlarından sonra tək başlarına, özlərinə aid olaraq mənimsədikləri bir alan/sahə içərisində ovlanmağa başlarlar.
Salmo mykiss

Salmo penshinensis

Salmo salar
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Salmo trutta
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Saltu-Velosu
Saltu-Velosu (port. Salto Veloso) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4206 nəfərdir. Ərazisi 105,042 кm²-dir. Əhalinin sıxlığı 40,0 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 15 dekabrdır.
Santo-Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Santo Dominqo

Santo Kyoden
Santo Kyoden (山東 京伝, 13 sentyabr 1761, Kiba[d], Tokio – 27 oktyabr 1816) – Edo dövründə yaşamış Yaponiya yazıçısı, ukiyo-e sənətçisi, illüstrator, antikvar və mağaza sahibi. Əsl adı İvase Samuru (岩瀬 醒) olan Kyoden yaradıcılığında Kitao Masanobu (北尾 政寅) təxəllüsündən istifadə etmişdir. Əsasən kibyoşi və şarebon janrlarında yazsa da, kokkeybon, hanaşibon, qokan və yomihon janrlarında da əsərlər yaratmışdır. Bütün həyatını Edo şəhərində keçirmişdir. 1761-ci ildə Edo şəhərində bir lombardın oğlu kimi dünyaya gəlmişdir. Ev və terakoya təhsili almışdır. 29 yaşında Yoşivara rayonundan olan Okiku ilə evlənsə də, həyat yoldaşı 4 il sonra ölmüşdür. 1800-cü ildə ikinci dəfə evlənmiş, bu dəfə də həyat yoldaşını Yoşivara kurtizankaları arasından seçmişdir. İkinci həyat yoldaşı Yuri 1818-ci ildə ölmüşdür. Cütlüyün heç vaxt uşağı olmamışdır.
Sayzo Sayto
Sayzo Sayto (24 sentyabr 1908 - 2004) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Toşihide Sayto
Toşihide Sayto (d. 20 aprel 1973) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.