Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salxımşəkilli rododendron
Salxımşəkilli rododendron (lat. Rhododendron racemosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Çində dəniz səviyyəsindən 2500-3000 m hündürlükdə rast gəlinir. Hündürlüyü 1 m-ə çatan həmişəyaşıl koldur. Zoğları elastik, sallaq, ətirlidir. Yarpaqları uzunsov-ellipsvarı, ucları biz, uzunluğu 2-6 sm, eni 1-2 sm, alt tərəfi göyümtül qabıqlarla örtülmüşdür. Çiçəkləri ağ və ya al-qırmızı, qıfvarı, 5 ləçəkli, üstdən qabıqlarla örtülmüş, tükcüksüz, uc çiçək qruplarında 2-3 ədəd toplanmışdır. Erkəkcikləri 10 ədəddir. Mayın ikinci yarısında, iyunun əvvəlində bol və uzun müddət çiçəkləyir. Sərt qışda donur, ancaq yazda özünü bərpa edir.