Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sadaklar
Sadaklar — Azərbaycanda (Qafqaz Albaniyasında) yaşamış və Alban tayfa ittifaqında daxil olan türk mənşəli tayfalardan biri. Moisey Kalankatlı Qafqaz Albaniyasının bir tayfasının adını Savdey kimi çəkir Müəllifin yazdığından belə çıxır ki, bu tayfa I əsrdən bu ərazidə yaşamışdır. Azərbaycan tədqiqatçılarının bəziləri[kimlər?] bu tayfanı Qafqazmənşəli, bəziləri[kimlər?] isə türkmənşəli sayırlar. Əslndə Kalankatlının Savdey kimi göstərdiyi (əslində Kalankatlının etnonimi necə yazması məlum deyil. Erməni kilsə xadimləri[kimlər?] alban dilində yazılmış bütün əsərləri məhv edərkən[nə vaxt?] Kalankatlının əsərinin də orijinalını məhv etmişlər və biz bu əsərin qrabarcaya tərcüməsindən istifadə edə bilirik) bu etnonim sadak türk tayfasının adının qrabarca təhrifidir. Sadak türk tayfası qədim tarixə malikdir. Orta Asiyada bu tayfa e.ə. 519-cu ilə aid Bisutun qaya yazısında saklarla yanaşı xatırlanır. Daha sonra belə tayfa hunların arasında məlum olur. Qiyasəddin Qeybullayev qeyd edir ki, ehtimal ki, Azərbaycandakı sadaklar e.ə.
Sasanlar
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Sisaklar
Sisakanda (indiki Zəngəzur ərazisi) yaşayan saklar tarixi ədəbiyyatda sisaklar adlanırlar,çünki indi çox hissəsi Ermənistanın,az hissəsi Azərbaycanın tərkibində olan Zəngəzur mahalı tarixən Sisakan adlanmışdır.Sisakan toponimini ilk dəfə Suriya müəllifi Zaxariy Ritor 554-cü ildə çəkmişdir və V əsr erməni mənbələrində Syuni adı ilə məlumdur."VII əsr erməni coğrafiyası"nda bu toponim Sisakan kimi yazılır.Moisey Kalankatlı da "Alban ölkəsinin tarixi"ndə bu toponimi Sisakan kimi işlətmişdir.Sisakan erkən orta əsrlər Qafqaz Albaniyası tarixində mühüm rol oynamışdır,çünki branın öz hökmdar sülaləsi olmuşdur.Sisakan toponiminin sak etnonimini əks etdirdiyini ilk dəfə iddia edənlərdən biri akademik N.Y.Marr olmuşdur.Lakin hətta sakların türk mənşəli olduqları sübut edilmədiyi bir dövrdə belə erməni tarixçiləri Sisakanı erməni vilayəti sayır və onun çarlarını da etnik mənsubiyyətcə erməni olduğunu yazırlar.(Hətta Sisakandakı əhalinin etnik mənsubiyyətcə erməni olduqları qəbul edilsə belə bunun indiki ermənilərə-haylara heç bir aidiyyatı yoxdur.Çünki tarixdə yad olunan ermənilər-ərmənlər türk mənşəli bir etnos olmuş,Böyük Ermənistan adı ilə öz dövlətlərini qurmuşlar.Sonradan ərmənlərin ərazisində məskunlaşan köçəri və vəhşi haylar bu türk etnosunun adını mənimsəmişdir) İlk öncə qeyd edilməlidir ki,Sisakan vilayəti ermənilərin əvvəldən məskunlaşdığı vilayət olsaydı sakların etnik adını daşımazdı.İkincsi Syuni hakimləri Aranşahlar adını daşımazdılar.Üçüncüsü "Alban ölkəsinin tarixi"ndə yazılır ki,Alban kilsəsi ilə Erməni kilsəsi arasında 607-ci ildən ixtilaflar kəskinləşdikdə syunilər erməni kilsəsindən aralanaraq Qafqaz albanlarına qoşulmuş və Alban kilsəsinin tabeliyinə keçmişdi.Ermənilərin Sisakana gəlməsi VIII əsrdən sonra ərəb xəlifəsinin Alban kilsəsini Erməni kilsəsinə tabe etməsindən sonra başlamışdı. Sisakan toponimi "Si" və "sakan" (Balasakan toponimində olduğu kimi) hissələrindən ibarətdir."Sakan" komponenti Sak etnoniminə və "-an" şəkilçisinə ayrılır.Deməli bu ad "Si sakları" anlamını verir və indiyədək Ermənistanda Sisyan rayonunun adında qalır.Adın birinci komponenti olan Si sözü Sisakanda hakimiyyətdə olmuş sülalənin adıdır.(Kirzioğlu M.Fahrettin,Kars tarihi,I cilt,İstanbul,1953) Başqa sözlə Si sülaləsi sakların içərisində bir tayfanın adı idi.Qədim türklərdə Si (Çin mənbələrində Xi) tayfasının adı məlumdur.Erkən orta əsrlərdə bu tayfa Altayda və Tuva ərazisində Dalay-Nor gölü vadisində yaşayırdı.Göstərilir ki,Si tayfası orada hunların qədim bir qolunun adıdır.(Tuva tarixi,Moskva,1964) Q. Qeybullayev qeyd edir ki,güman ki,sak tayfalarından olan Si tayfasının bir hissəsi Mərkəzi Asiyada qalmış və sonra hunların tərkibinə daxil olmuş,sakların tərkibində qalan hissəsi isə Sisakan adlı əyalətdə hakim sülüləyə çevrilmişdir.Ona görə də ,burada məskunlaşmış saklar Si sakları adlanmış və beləliklə də ,Sisakan adı yaranmışdı.Qədim erməni mənbələrində və "Alban ölkəsinin tarixi"ndə Si-sakan etnonimi qısaldılmış şəkildə Sisak kimi yazılmışdır.Lakin erməni mənbələrində Sisakan adı çəkilmir,əvəzində Syuni (əslində Siuni olmalıdır,"s" səsindən sonra "i" səsinin düşməsi və "y" səsinin əlavə olunması qrabar dili əsasında baş vermişdir.) adı verilir ki,bu da məhz Si etnonimindən və qrabar dilində mənşəcə urartu dilinə aid olan ,yer və tayfa adlarına əlavə edilən "-uni" şəkilçisindən ibarətdir. Erməni tədqiqatçıları Siuni adının mənşəyini izah edə bilməmiş və ona görə də bu adı Urartu mənbələrində Göyçə gölünün ətrafının adı kimi çəkilən Etiuni (qədim erməni mənbələrində Uti) adı ilə eyniləşdirmişlər.Halbuki müxtəlif ölkələrdən olan tədqiqatçılar dəfələrlə qeyd etmişlər ki,bu iki söz müxtəlif mənşəli sözlərdir. Q. Qeybullayev qeyd edir ki,Sisakan toponimi erməni dilində deyil və həm də bu adda İran mənşəli "kan" şəkilçisi yoxdur."Alban ölkəsinin tarixi"ndə qeyd olunur ki,bu adı farslar deyirlər.Buradan belə nəticə çıxır ki,Sisakan adında "an" şəkilçisi farscadır. Sakların məskunlaşdığı bu ərazidə Si sülaləsinin hakimiyyəti hələ eramızdan əvvəlki dövrlərdə başlamışdı.Çünki eramızın I əsrinin 60-cı illərində Qafqaz Albaniyasında hakimiyyətə keçmiş Ərən (Aran,Eran) "Alban ölkəsinin tarixi"ndə yazıldığına görə məhz Sisak sülaləsindən idi.Eramızın əvvəllərində Ermənistan Parfiya dövlətinin tərkibinə daxil edildikdən sonra Parfiya hökmdarı öz qardaşı Valarşakı Ermənistana çar göndərmişdi.Valarşak isə Qafqaz Albaniyasına Sisak nəslindən olan Ərən adlı bir nəfəri hökmdar təyin etmişdi.Buradan aydın olur ki,Sisak sülaləsi I əsrdə artıq tanınmış hakim sülalə idi.Ərən şəxs adının türkcə olması Sisak sülaləsini türk mənşəli olduğunu göstərən tutarlı faktlardandır.Sisak sülaləsinin Ərəndən sonrakı hökmdarlarının adları bəlli olmadığından bu sülalənin Qafqaz Albaniasındakı sülalə şəcərəsini izləmək mümkün deyildir. Q.Qeybullayev qeyd edir ki,görünür bu sülalənin hakimiyyəti IV əsrdən bu yana keçməmişdir.V əsr erməni tarixçisi Yegişe (Yegişe,V fəsil) albanlarda çar nəslinin Qnuni adlandığını yazmışdır.(451-ci ildə Sasanilərə qarşı üsyanda iştirak etmiş alban hökmdarı Vahan bu nəsildən idi) Qnuni qrabar dilində əlavə olunmuş,Urartu mənşəli şəkilçidir. Q.Qeybullayev və Y.Yusifov qeyd edir ki,qrabarcada təhrifə uğramış "qn" sözü qun-hun kim bərpa edilə bilər və deməli hakimiyyətdə hun mənşəli sülaləni olması ehtimal edilə bilər.Həmin hun sülaləsi isə eranın əvvəllrində Qafqaz Albaniyasının Şimal-Şərqində yaşamaqda olan maskutlardan idi.Təsadüfi deyil ki,alban hökmdarı II Vaçe hakimiyyətdən əl çəkdikdə məhz Maskut əyalətinə çəkilmişdi. IV əsrdə bütün Qafqaz Albaniyası əhalisi ilə birgə Sisakan əhalisi də xristian dinini qəbul etmişdi.Bu sülalənin nümayəndələri saklı (ərəb mənbələrində Səhl) ləqəbini daşıyırdılar.Səhl (Sisak) nümayəndəsinin ən məşhur nümayəndələrindən biri də Səhl ibn Sunbat idi.O,Babəki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəkki qalası idi. Ərəblərin Azərbaycanı fəthindən sonra Sisakın xristian hakimləri "məlik" adlandırıldılar.Səhl ibn Sunbat da məlik idi və Kitabi Dədə Qorquddakı Şökülü Məlik (Şəkili Məlik adının təhrifi) güman ki,məhz Şəkki hakimi Səhl ibn Sunbatdır.Qeyd edilməlidir ki,Bəzz qalasının hakimi ,xürrəmilərin başçısı Cavidan da ərəb mənbələrində Cavidan ibn Səhlək adlandırılmışdır.Cavidanın qəbrinin Zəngəzurda Pir-Davidan adı ilə indiyədək qalması da bununla bağlıdır.
Bataklar
Bataklar (İndoneziya dilində oranq-batak, oranq tapanuli) İndoneziyada etnik birlik. == Etnik birliyə daxil olan xalqlar == Bataklar ənənəvi olaraq Batak yastı dağlığında və ondan cənubda yerləşən Sumatra adasında (Şimali Sumatra əyaləti) məskunlaşmışlar. Cənubi Bataklardan -tobalar (Sumaşir adasında və Toba gölündən şərqdə, cənubda və qərbdəki ərazilərdə 2,5 milyon nəfər, XXI əsrin əvvəlləri), anqkolalar, yaxud anakolalar (tobalardan cənubda, Sipirok şəhəri yaxınlığında 924 min nəfər), mandaylinqlər (anqkolalardan cənubda 470 min nəfər); şimali Bataklardan - dairilər (Sidikalanq şəhəri yaxınlığında, Toba gölündən şimal-qərbdə pakpak yarımqrupu da daxil olmaqla 1,6 milyon nəfər), karolar (Toba gölündən şimalda 740 min nəfər), alaslar (Kutaçane şəhəri yaxınlığında və Taraktuan şəhərindən şimalda və və şimal-şərqdə 94 min nəfər; qayoların təsiri altındadırlar); həmçinin simalunqunlar, simalunqanlar, yaxud timurlardan (Toba gölündən şimal-şərqdə 1,2 milyon nəfər) ibarətdirlər. XX əsrdə tobalar Sumatra və Yava adalarındakı şəhərlərdə geniş yayılmışlar. Batak dilləri Avstoneziya dillərinin Malayya-Polineziya yarımailəsinin qərb qoluna aiddir. Yazıları latın qrafikası əsasındadır; palma yarpaqları üzərində Cənubi hind əlifbası əsasındakı ənənəvi yazıları (Filippin, bugi-makasar və recanq yazılarına yaxındır) qorunub saxlanılır. == Bataklar arasında geniş yayılmış dinlər == Tobalar, dairilər, karolar, simalunqunlar və pakpakların əksəriyyəti xristiandır, alaslar, mandaylinqlər və anqkolaların əksəriyyəti müsəlmandır; ənənəvi etiqadlarını saxlayanlar da var. Şimali Sumatranın yerli əhalisi olan Bataklar qədim İndoneziya (protomalayya) mədəniyyətinin tipik nümayəndələridir; Yava və Sumatranın hinduist dövlətlərinin (Şrivicaya, Macapahit və s.) təsirinə məruz qalmışdır. XIX əsrədək Batakların xarici əlaqələri zəif olmuşdur. XIX əsrin əvvəllərində mandaylinqlər minanqkabauların təsirilə islamı qəbul etmişlər, XIX əsrin ortalarından tobalar və anqkolalar arasında protestant missiyaları fəaliyyət göstərmişdir; yalnız 1930-cu illərdə karolar xristianlaşmağa başlamışlar.
Dayaklar
Dayaklar (protoavstroneziya dilində Daya – “qurunun daxili, sahildən uzaq hissələri”) — Kalimantan adasının daxili rayonlarında (İndoneziya, Malayziya, Bruney) yaşayan Avstroneziya xalqlarının ümumiləşdirici adı. == Tarixi == Ənənəvi olaraq dayaklara tala əkinçiliyi ilə məşğul olan və İslamı qəbul etməyən adanın yerli sakinləri aid edilir; sahilyanı rayonlarda suvarma çəltikçiliyi ilə məşğul olan müsəlman malayyalılar, həmçinin cəngəlliklərdə ovçuluq və yığıcılıqla məşğul olan punanlar dayakladan fərqləndirilir. Ümumi sayları 4–5 mln. nəfərdir (2006). == Dilləri == Avstroneziya dil ailəsinin müxtəlif qollarına aid dillərdə (bax Kalimantan dilləri) danışırlar. Ayrı-ayrı dayak tayfalarında mnemonik piktoqrafiya mövcud idi. İban, nqacu və s. dillərdə 19-cu əsrin ortalarında xristian missionerlər tərəfindən işlənib hazırlanmış, yaxud İndoneziyada tətbiq edilən latın əlifbasının təsiri altında 20-ci əsrin ikinci yarısında yaranmış yazı sistemləri meydana gəldi. İndoneziya dayaklar arasında yayılmış nqacu dili, Saravakda isə iban dili etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunur. İndoneziya dili (İndoneziyada) və ədəbi Malayya dili (Malayziya və Bruneydə) də yayılmışdır.
Kaskalar
Kaskalar (ing. Kaska) və ya Kaska Dena — Kanadada hindi tayfası. Onlar əsasən Britaniya Kolumbiyasının şimalı və Yukonun cənub-şərqində yaşayırlar. Kaska dili Atabask dilləri qrupuna aiddir. 2005-ci ildə fransız rejissoru Co Berance "Çoxlardan biri" filmini çəkmişdir. Bu filmin baş qəhrəmanı öz mədəni kimliyini axtaran kaska mənşəli Salli Tisinadır.
Kazaklar
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Salarlar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Saqaylar
Saqaylar (xak. саға́й) — xakasların etnoqrafik qrupu. Əsasən Abakan çayının vadisində Uybat çayından başlayaraq yuxarı qollarına qədər olan ərazidə yaşayırlar. Onlar xakas dilinin saqay dialektində danışanlar. İndiki mərhələdə saqay subetnosu üstünlük təşkil edir, onlar xakasların ümumi sayının 70%-dən çoxunu təşkil edirlər. Ehtimal olunur ki, onlar ilk dəfə Fəzlullah Rəşidəddinin monqol istilaları haqqında yazılarında xatırlanır. Tədqiqatçılar saqayları kereyt tayfa birliyinə daxil olan sakay tayfası ilə eyniləşdirməyi mümkün hesab edirlər. == İstinadlar == == Əlavə ədəbiyyat == Потапов, Леонид Павлович, Из поездки к «сагайцам» // Краткие сообщения Института этнографии им. Н.Н. Миклухо-Маклая АН СССР. — Вып. IV. — М.-Л.: Издательство АН СССР, 1948.
Sarallar
Sarallar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. == Tarixi == Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır!
Seraklar
== Seraklar == Seraklar (fr.serac-latın serum-sulu maye sözündən)-buzlaq dilinin qeyri-bərabər əriməsi nəticəsində onun səthində əmələ gələn buz çıxıntılarına, buz sütunlarına deyilir. Seraklar ən çox "buzlaq şəlaləsi" sahələrində müşahidə edilir.
Siraklar
Saraylar
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. == Etimologiya == Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Azaklar
Azaklar - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı. == Toponimikası == Azaklar - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azaklar kəndin əsasını qoymuş nəslin adıdır. Ehtimal ki, eranın əvvəllərində Şimali Qafqazda yaşamış Yazık tayfasının adındandır. İosif Filavi yazır ki, Yazık peçeneqlərin bir tayfasıdır.
Basklar
Basklar, euskaldunak — İspaniyanın şimalında (Basklar ölkəsi, Navarra) və Fransanın cənub-qərbində (Atlantika Prineyləri departamentinin qərbindəki Labur, Sul və Aşağı Navarra rayonları) yaşayan xalq. == Yaşadıqları ərazilər == İspaniyada sayları 0,6 milyondan 2,8 milyon nəfərədək, Fransada isə 75 mindən 250 min nəfərədəkdir. (XXI əsrin əvvəlləri). Həmçinin ABŞ-də (6,9 min), Meksikada (20 min), Uruqvayda (10 min), Çilidə (9 min), Kosta-Rikada (8 min), Braziliyada (5 min), Venesuelada (5 min), Filippində (8 min), Avstraliyada (9 min) və s. ölkələrdə yaşayırlar. Bask dilində danışırlar, ispan və fransız dilləri də onlar arasında yayılmışdır. Dindarları xristiandır. == Tarixi == Vaskonlar, vardullar, karistilər və b. tayfalar baskların əcdadlarıdır, iberlərlə qohumluqları mübahisəlidir. Roma dövründə romanlaşmaya məruz qalmayan basklar İspaniyada XIX əsrədək muxtariyyətlərini qoruyub saxlamış və yerli əhalinin seçdiyi Baş əyalət xuntaları tərəfindən idarə olunmuşdur.
Kasklar
Kasklar və ya kaşklar (het mətnlərində "Gašga", "Kašga", "Kaška"; II Ramzesin kitabələrində "Kškš"; Assuriya mənbələrində "māt Kašku"; Uqarit mənbələrində "ktk") — e.ə. II minilliyin əvvəlləri ilə e.ə. VIII əsr arasındakı bir dövrdə Anadoluda, Pont regionunun şərqində yaşamış, təsnif edilməmiş kask dilində danışmış qeyri-Hind-Avropa mənşəli yarımköçəri tayfa və ya tayfalar icması. Kaskların yazı dili yoxdur və şəhər salmamışdılar. Onlar arxeoloqlara məlum deyillər və bu səbəbdən kask mədəniyyəti haqqında çox az məlumat mövcuddur. Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adına rast gəlinməsə də, onların Het dövlətinin daha əvvəlki dövrlərində mövcud olması III Xattusili və IV Tudxaliyanın hakimiyyət dövrünə aid kitabələrdə qeyd edilir. Kasklar Het dövləti mövcud olduğu dövr boyu padşahlıq üçün bir problem olmuşdur. Münaqişənin kritikləşməsi səbəbilə kask basqınları hətta dövlətin ucqar bölgələrinə də yayılmışdır. Tarixçilər güman edirlər ki, Het dövlətinin süqutundan sonra kasklar Assuriya sərhədlərinə qədər irəliləyərək ətrafdakı padşahlıqlarla ittifaq qurmuş, nəhayət Assuriyadan gələn hücumlar və kimmerlərin istilası nəticəsində məhv olmuşdular. == Tarixi == === Mənşəyi === Kaskların əslən yerli Anadolu xalqı olub-olmadığı bilinmir.
Saxalar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. == Etimologiyası == Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Bataklar (xalq)
Bataklar (İndoneziya dilində oranq-batak, oranq tapanuli) İndoneziyada etnik birlik. == Etnik birliyə daxil olan xalqlar == Bataklar ənənəvi olaraq Batak yastı dağlığında və ondan cənubda yerləşən Sumatra adasında (Şimali Sumatra əyaləti) məskunlaşmışlar. Cənubi Bataklardan -tobalar (Sumaşir adasında və Toba gölündən şərqdə, cənubda və qərbdəki ərazilərdə 2,5 milyon nəfər, XXI əsrin əvvəlləri), anqkolalar, yaxud anakolalar (tobalardan cənubda, Sipirok şəhəri yaxınlığında 924 min nəfər), mandaylinqlər (anqkolalardan cənubda 470 min nəfər); şimali Bataklardan - dairilər (Sidikalanq şəhəri yaxınlığında, Toba gölündən şimal-qərbdə pakpak yarımqrupu da daxil olmaqla 1,6 milyon nəfər), karolar (Toba gölündən şimalda 740 min nəfər), alaslar (Kutaçane şəhəri yaxınlığında və Taraktuan şəhərindən şimalda və və şimal-şərqdə 94 min nəfər; qayoların təsiri altındadırlar); həmçinin simalunqunlar, simalunqanlar, yaxud timurlardan (Toba gölündən şimal-şərqdə 1,2 milyon nəfər) ibarətdirlər. XX əsrdə tobalar Sumatra və Yava adalarındakı şəhərlərdə geniş yayılmışlar. Batak dilləri Avstoneziya dillərinin Malayya-Polineziya yarımailəsinin qərb qoluna aiddir. Yazıları latın qrafikası əsasındadır; palma yarpaqları üzərində Cənubi hind əlifbası əsasındakı ənənəvi yazıları (Filippin, bugi-makasar və recanq yazılarına yaxındır) qorunub saxlanılır. == Bataklar arasında geniş yayılmış dinlər == Tobalar, dairilər, karolar, simalunqunlar və pakpakların əksəriyyəti xristiandır, alaslar, mandaylinqlər və anqkolaların əksəriyyəti müsəlmandır; ənənəvi etiqadlarını saxlayanlar da var. Şimali Sumatranın yerli əhalisi olan Bataklar qədim İndoneziya (protomalayya) mədəniyyətinin tipik nümayəndələridir; Yava və Sumatranın hinduist dövlətlərinin (Şrivicaya, Macapahit və s.) təsirinə məruz qalmışdır. XIX əsrədək Batakların xarici əlaqələri zəif olmuşdur. XIX əsrin əvvəllərində mandaylinqlər minanqkabauların təsirilə islamı qəbul etmişlər, XIX əsrin ortalarından tobalar və anqkolalar arasında protestant missiyaları fəaliyyət göstərmişdir; yalnız 1930-cu illərdə karolar xristianlaşmağa başlamışlar.
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Qırmızı-Saqallar
Qırrmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı-Saqqallar kənd inzibati ərazisi hazırda erməni təcavüzkarları tərəfindən işğal altındadir. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib. 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Basklar ölkəsi
Basklar ölkəsi (isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniya nın şimalında avtonom bölgədir. Sahəsi 7,234 km ² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Bizim Mayaklar (1961)
Bizim mayaklar qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. == Məzmun == Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Filmdə Qax rayonunda dağlar qoynunda yerləşmiş Sarıbaş kəndinin timsalında kənd zəhmətkeşlərinin həyatı və əmək fəaliyyəti, qayğıları öz geniş əksini tapmışdır.Müəlliflər burada bir neçə qabaqcıl adamın portretini yaratmışlar. Bunlar tanınmış sağıcılar Kəklik İsmayılova və Minayə Quliyeva, təcrübəli qarğıdalı yetişdirən Məmmədtağı İsmayılov, çobanlar-Nəcməddin və Şəmsəddin Sofiyev qardaşları, kolxoz sədri Həsən Mirzəyev və 107 yaşlı çoban Fətəlidir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Salatlar və qəlyanaltılar
== Salatlar və qəlyanaltılar ==
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Saatlar (film, 2002)
"Saatlar" (ing. The Hours) — Stiven Doldrinin filmi, Maykl Kanningemin eyniadlı romanın ekranizasiyası. == Məzmun == Hekayə 3 qadının həyatından bir günü — onların oyanışından axşama gədər olan müddəti təsvir eləyir. Onların həyatı 100 illiklər bölür: Nikol Kidman depressiyalardan əziyyət çəkən və buna görə özünəqəsd etmək istəyən Britaniyalı yazıçı Virciniya Vulfu oynayır; Culianna Mur 1951-ci ildən Los-Ancelesdə yaşayan, eyni həyat tərzindən bezən Lora Braun adlı evdar qadın rolunu oynayır, Meril Stripin qəhrəmanı — homoseksual nəşr evinin redaktorudur. O 2001-ci ildən Nyu-Yorkda yaşayır, bütün bunlardan belə o əvvəlki sevgilisi — QİÇS xəstəliyindən əziyyət çəkən, Lora Braunun oğlu Riçarda baxır. Bütün bu, il baxışdan bir-birindən fərqli həyatlar əslində Virciniya Vulfun "Missis Dellouey" romanında qarşılıqlı əlaqəyə malikdirlər: Vulfun günü onla başlayır ki, o öz romanı ilə işləməyə başlayır, Lora Braun özünün "ideal malikanəsində" bu romanı oxuyur və nəhayət, Missis Delouey — bu Meril Stripin oynadığı qəhrəmana verildiyi addır. Bütün bu hadisələr finalda qəribə şəkildə və bununla belə təəccüblü, parlaq süjetə çevrilir: 3 qəhrəmanın taleləri zamansal və məkan fərqlərinə baxmayaraq identik saplarla bağlanılır. == Rollarda == == Mükafatlar == Film aşağıda adı çəkilən mükafaları qazanmışdı: == İstinadlar == == Xarici keçidlər == Часы — Internet Movie Database saytında. Часы AllMovie saytında "Рецензия в журнале [[Искусство кино (журнал)|«Искусство кино»]]" (ingilis). 2008-10-03 tarixində arxivləşdirilib.
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osm. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.