kazaklar

kazaklar
kazakxana 2021
kazaklıq
OBASTAN VİKİ
Kazaklar
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
Ukrayna Kazakları
Ukrayna Kazakları (ukr. Українські Козаки) — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün Aero L-39 Albatros təlim təyyarələri istifadə olunurdu. Komanda 1995-ci ildə yaradılmışdır. Komandanın ilk çıxışı 1997-ci il 24 avqustda Ukraynanın Müstəqillik Günü baş tutmalı idi. Bayrama bir aydan az vaxt qalmış, təlim uçuşu zamanı qəza baş verdi və 2 pilot həlak oldu. Baş vermiş faciəyə baxmayaraq 24 avqsutda uçuş baş tutdu. Daha sonra isə komanda ləğv olundu. Komandanın ləğvindən bir neçə il sonra isə Ukraynanın digər aerobatika komandası olan Ukrayna Şahinlərinin ləğv olunmasına səbəb olan qəza baş verdi.
Zaporojye kazakları
Zaporojye kazakları və ya qısaca zaporojyelilər (ukr: Запорожці Zaporojtsi) Dnepr çayının şəlalələrindən kənardakı Zaporojye regionunda yaşayan kazaklar idi. Bu gün Mərkəzi Ukraynada “Böyük çəmənlik” kimi tanınan bu ərazi sovet dövründə Kaxovka su anbarının altında qalmışdı. Zaporojye siçi XV əsrdə Polşa-Litva İttifaqından qaçan təhkimçilərlə birlikdə sürətlə böyümüşdür. O, parlament sistemi yaratmış hörmətli siyasi təşkilata çevrilmişdir. Zaporojya kazaklarının (Zaporojtsi) adı onların istehkamlarının (Sic) yerləşdiyi Zaporojyadan gəlir. Zaporojya “şəlalələrdən kənardakı torpaq” deməkdir (za “kənar”, “o tərəf”, poróhy “şəlalələr”). XVI, XVII və XVIII əsrlər boyunca Zaporojye kazakları Polşa-Litva İttifaqının, Osmanlı imperiyasının, Krım xanlığının və Rusiya Çarlığının nüfuzuna meydan oxumağa qadir olan güclü siyasi və hərbi qüvvəyə çevrildilər. Üç böyük dövlət arasındakı münaqişələr və ittifaqlar arasında qalan Xost XVIII əsrin sonunda Rusiya İmperiyası tərəfindən zorla dağıdıldı. 1917-ci ildəki Böyük Oktyabr İnqilabından sonra Ukrayna kazakları Sovet hökumətini devirmək üçün Ağ Orduya qoşuldu və qırmızılara qarşı qırğınlarla məşğul oldular. Kazak atamanları, xüsusilə Rusiyanın şərqində və cənubunda Ağ Terror adlanan qırğınlara səbəb oldular.