Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samurçay
Samurçay (lezgi. ЧӀвехер вацӀ) — Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də, Samurçay aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samurçayın uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km2-dir. Samurçay Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayırıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir. Samurçayın qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur.
Samuray
Samuray (yapon. 侍, yapon dilində "buşi" (武士) sözü də işlənir) — feodal Yaponiyasında — onna-buqeyşa istisna olmaqla, iri suveren şahzadələrdən (daimyo) kiçik zadəganlara qədər dünyəvi kişi feodalları; dar və ən çox işlədilən mənada — xırda zadəganların hərbi-feodal sinfi. "Samuray" və "buşi" sözləri mənaca çox yaxın olsa da, "bu" (döyüşçü) hələ də daha geniş anlayışdır və həmişə samuraylara aid edilmir. Çox vaxt samuraylar və Avropa orta əsr cəngavərliyi arasında bir bənzətmə aparılır, lakin belə bir müqayisə əsasən düzgün deyil. "Samuray" sözünün özü "xidmət et" felinin köhnə qeyri-müəyyən formasından gəlir (yap. 侍 ふ saburau)[1]; yəni samuray xidmət adamıdır. Samuraylar təkcə döyüşçü cəngavərlər deyil. Onlar həm daimyolarının və ya ağalarının cangüdənləri, həm də gündəlik həyatda onun xidmətçiləri idilər. Samurayların əsas silahı iki yapon qılıncı — daisho idi. XIV–XIX əsrlərdə bunlar katana və vakizaşi idi.
Samurçay (Xaçmaz)
Samurçay — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə - qartal.
Samurçay (dəqiqləşdirmə)
Samurçay — Azərbaycanın şimal-şərqində ən iri çaylardan biri. Samurçay (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonuda kənd.
Samuray Cek
Samuray Cek (ing. Samurai Jack) — ABŞ cizgi serialı. Samuray Cek hekayəsi, Feodal Yaponiyada Cek (Fil LaMarr səsləndirir) adlı bir gənc şahzadənin atasının imperiyası cild dəyişən cin Aku (Mako İvamatsu) tərəfindən məhv edilməsindən bəhs edir. Samuray Cek — Internet Movie Database saytında.
Samuray Çamplu
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Samurai Champloo — Internet Movie Database saytında.
Sonuncu samuray
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Kəndli samuray
Qoşi (郷士) – Tokuqava dövründə aşağı rütbəli və kəndli samuraylara verilən titul. Qoşi titulu bəzən kənd başçılarına da verilirdi. Qoşilər Tosa və Satsuma hanlarının sosial həyatında vacib yer tutmuşdurlar. Sakomoto Ryoma kimi qoşilər Meyci islahatı zamanı Tokuqava şoqunluğuna qarşı gələrək imperatoru dəstəkləmişdirlər. == Tarixi == Qoşi titulunun yaranma səbəbləri müxtəlifdir. Bəzi samuraylar öz torpaqlarında qalaraq döyüşçü və əkinçi sinifləri arasındakı sosial yeri tutmuşdurlar. XVI əsrin sonlarında Toyotomi Hideyoşi kimi kimi hökmdarlar və daymyolar samurayları torpaqlarından uzaqlaşdırıb qəsrlərə çəkməyə çalışsalar da, qoşilər bu sistemin istisnaları idilər. Bəziləri gördükləri meliorasiya işlərinə görə bu statusa layiq görülmüşdülər. Varlı kəndlilər və tacirlər isə qoşi titulunu pulla alırdılar. 1872-ci ildə Böyük Dövlət Şurası qoşilərin çoxunu şizoku (keçmiş samuray) kimi təsnif etmişdir və nəticədə, Edo dövründəki qeyri-üstünlükləri yox olmuşdurlar.
Saturnda ağ ləkə
Saturnda ağ ləkə — Saturnu müşahidə edən astonomlar 1990-cı ilin sentyabr- oktyabr aylarında bu planetin atmosferində güclü hadisələrin şahidi oldular. ABŞ-da S. Uilber 25sm-lik teleskopla saturnun cənub ekvatorial zolağında parlaq ağ ləkə müşahidə etdi. Bir az sonra R. Tatum (ABŞ) söylədi ki, o, bu ləkəni daha kiçik 10sm-lik teleskopda da müşahidə edib. Nəhayət, bir neçə müşahidəçiyə əsasən bu törəmənin ölçüləri təyin olundu və onun böyük yarımoxunun 1700–1000 km planetin oxuna nəzərən fırlanma periodunun isə 10 saat 15 dəq 45-49 san olması müəyyənləşdirildi. Lakin 21 saatdan sonra ləkənin yarımoxlarının ölçüləri 20%-dək artdı. 4 oktyabrda ləkənin ölçüləri böyüyərək 240 uzunluq dairəsinədək uzandı və 10 oktyabrda isə uzanaraq Saturnun bütün diskini tutdu. Bundan sonra ləkənin yerinin dəqiq təyin etmək və izləmək çətinləşdi. Daha sonra O. Qonsales və V. Qonsales /kanar adaları/ tərəfindən Uilber ləkəsinin olduğu yerdə ikinci ləkənin meyfana çıxdığı söylənildi. Üçüncü və nisbətən daha böyük ləkə Saturnun şimal ekvatorial zolağının bütün enini tutdu. Belə oxşar hadisə saturnyn atmosferində 1876, 1903, 1933, 1960-cı illərdə baş vermişdir.
Sonuncu Samuray (film, 2003)
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Yeddi samuray (film, 1954)
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Şatura
Şatura — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.