Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhraların hidromorf torpaqları
Şoranlar səhralarda formalaşan xarakterik hidromorf torpaqlardır. Şoran torpaqlar torpağın üst qatında suda asan həll olan duzların miqdarı 1% və çox olan torpaqlar nəzərdə tutulur. Səhra zonasında bu torpaqlar 10%-ə yaxın ərazini əhatə edir. Şoranlıqların əmələgəlməsi hidrotermin, hidrogeoloji, geokimyəvi şəraitlə bağlıdır. Belə ki, şoranların yaranmasında qrunt sularının dərinliyi əsas rol oynayır. Qrunt sularının səthə yaxınlığı və buxarlanmanın olması bu prosesi sürətləndirir. Ona görə də qrunt sularının kimyəvi tərkibi və dərinlliyi əsas hesab olunur. Əgər qrunt sularının dərinliyi 2 m-ə yaxın olduqda minerallaşma sürətlə çoxalır. V. A. Kovdaya görə birinci mərhələdə sular natrium karbonatlı olur və duzların miqdarı 1–3 q\l təşkil edir. İkincidə kalsium karbonat olur və duzların miqdarı 3–5q\l yaxınlaşır.
Səhraların dünyada sahəsinə görə sıralaması
Səhraların dünyada sahəsinə görə sıralaması - bu siyahıda sahəsi 50 000 km² olan səhralar öz əksini tapmışdır.