Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nekroloq
Nekroloq (q.yun. νεκρός – ölü, q.yun. λόγος – söz) — hansısa bir şəxsin vəfatı barədə xəbər verən və adətən həmin şəxsin həyat, fəaliyyəti, eləcə də dəfn mərasimi haqqında məlumat verən xəbər məqaləsi. Nekrologiya hansısa bir təşkilat, qrup və ya sahəylə əlaqədar olan şəxslərin ölümü barədə verilən nekroloqların siyahısıdır. Tarixi nekroloqlar əhəmiyyətli mənbə hesab edilir. == Həmçinin bax == Epitafiya == İstinadlar == == Ədəbiyyat == Baranik, Alana; Şiler, Cim; Miller, Stefen. Life on the Death Beat: A Handbook for Obituary Writers. Oak-Park: Marion Street Press. 2005. ISBN 1-933338-02-4.
Nekroloq (film, 2001)
== Məzmun == Film institut işçisi Şamil müəlimin (Fərhad İsrafilov) başına gələn yarı gülməli, yarı faciəli əhvalatdan bəhs edir. İnstitutun şöbə müdiri Abdulla müəllimin xəstələnməsi xəbəri ildırım sürəti ilə bütün instituta yayılır. Onun vəziyyətinin tamamilə pis olduğunu doktor Məmişdən eşidən Şamil başlayır Abdulla müəllim üçün nekroloq hazırlamağa, hətta, özünü onun vəzifəsinə təyin etdirmək üçün digər vəzifəli adamlara müraciət edir. Film qəribə sonluqla tamamlanır... == Film haqqında == Filmdə müğənni Aygün Kazımovanın "Tı i ya" klipindən istifadə edilmişdir.
İkram Kərimov (seysmoloq)
İkram Kərimov (Azərbaycan SSRİ - Şabran) — ilk tektonik silahın yaradıcısı, zəlzələşünas alim. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. == Bioqrafiya == İkram Hacı oğlu Kərimov Şabran rayonunda (Dəvəçi) anadan olmuşdur. İkram Kərimov 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovunun tövsiyəsi ilə seysmologiya ixtisasını seçmişdir. Professor dərəcəsi alan Kərimovun 1968-ci ildə "Merkuri-18" məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib.SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etdi. Sonralar “Soverşenno sekretno” qəzeti yazırdı: "1970-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər". Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən "Merkuri" kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı.
Arif Həsənov (seysmoloq)
Arif Həsən oğlu Həsənov (6 iyun 1939, Bakı – 24 yanvar 2008, Azərbaycan) — Azərbaycanlı; geologiya-mineralogiya elmləri doktoru; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor == Həyatı == Arif Həsənov 1939-cu il iyun 6-da Bakı şəhərində böyük ictimai-siyasi xadim Həsən Məmməd oğlu Həsənovun ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakıda 160 saylı orta məktəb]i bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə bitirmişdir. Arif Həsənov seysmologiya və zəlzələnin proqnozu sahələrində görkəmli mütəxəssis və tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsinə, seysmoloji məlumatlara əsasən respublika ərazisinin seysmikliyinin, seysmik sahənin kinematik və dinamik parametrlərinin, zəlzələ ocağı meхanizmlərinin öyrənilməsinə, seysmotektonik elementlərin və seysmogen bölgələrin neftli-qazlılıq perspektivlərinin dəqiqləşdirilməsinə yönəldilmişdir. == Elmi fəaliyyəti == Arif Həsənov elmi fəaliyyətə 1961-ci ildə "Neft və qaz yataqlarının geokimyası" laboratoriyasında baş laborant kimi başlamışdır. Həmin ildən kiçik elmi işçi kimi "Aşağı Kür çökəkliyi Abşeron yarusunun neft-qaz yataqlarının öyrənilməsi" mövzusu ilə məşğul olmuşdur. 1967-ci ildə "Kürovdağ, Qarabağın, Babazənən sahələrində geoloji struktur və litofasial xüsusiyyətləri ilə əlaqədar neft və qazın Abşeron çöküntülərində yatım şəraiti" mövzusunda dissertasiya işini müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. A.H.Həsənov Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə məşğul olmağa başlamışdır. Tədqiqatların nəticəsi Azərbaycan EA-nın elmi nəşrlərində, keçmiş SSRİ EA-nın mərkəzi nəşrlərində və xarici ölkələrdə dərc olunmuşdur. A.Həsənova 1991-ci ildə Respublikanın neftli-qazlı yataqlarının tədqiqatlarında olan xidmətlərinə görə "Azərbaycan SSR-nin neft və qaz sənayesinin əməkdar işçisi" Fəxri adı verilmişdir.
Bernard Martin (ekoloq)
Martin Bernard (ing. Bernard Martin) — Kanadalı balıqçı və ekoloq. 1999-cu ildə Ətraf Mühitin Mühafizəsi üzrə Qoldman mükafatına layiq görülüb. == Bioqrafiya == Martin Nyufaundlend ştatının Petti Harbor Maddox Kouv şəhərində balıqçı ailəsində anadan olub. Ailəsi artıq dörd nəsildir ki, treska ovu ilə məşğul olmağa davam edir. == Treska ovuna qoyulan moratorium == Treska ovu uzun əsrlər boyu Nyufaundlenddə həyat tərzi olmuşdur, lakin İkinci Dünya müharibəsindən sonra sənaye həddən artıq balıq ovu və ətraf mühitin deqradasiyası balıqçılıq sahəsinə ciddi ziyan vurur. Nəticədə treska balıqlarının sayı kəskin şəkildə azalır. Martin və digər balıqçılar ovların azaldığını görür və vəziyyətlə bağlı hökuməti xəbərdar edirlər. Onlar ümid edirlər ki, treska ovu kvotalarının azaldılması ovların azalmasının qarşısını almağa kömək edəcək. Onlar Petti Harbor Maddox Kouv şəhəri ətrafında qorunan balıqçılıq ərazisi qururlar və 1983-cü ildə treska balıqlarının kommersiya ovlanmasına nəzarət etmək üçün Balıqçılar Kooperativini təşkil edirlər.
Arif Həsənov (Seysmoloq Alim)