NOTICE

notice1

n 1. bildiriş, bildiriş vərəqəsi; məlumat vermə; xəbərdarlıq, xəbərdarlıq məktubu; formal ~ rəsmi xəbərdarlıq məktubu / bildirişi; ~ of receipt almaq haqqında qəbz; This is to give notice, Notice is hereby given... Bununla xəbər verilir ki,...; 2. müqaviləni pozmaq haqqında xəbərdarlıq; The servant was given notice Xidmətçi işdən çıxarılması barədə xəbərdar edildi; to get a month’s ~ işdən getmək haqqında bir ay əvvəl xəbərdarlıq almaq; to give in one’s ~ işdən getmək haqqında ərizə vermək (işə götürənə); 3. diqqət, fikir; etina; to take no ~ of smb. bir kəsə diqqət yetirməmək / fikir verməmək; to be below / beneath ~ diqqət yetirməyə layiq olmamaq; to meet with public ~ ictimaiyyətin diqqətini özünə cəlb etmək; to escape ~ diqqətdən qaçmaq / kənarda qalmaq; This work cannot escape the notice of historians Bu əsər tarixçilərin diqqətindən kənarda qala bilməz; 4. elan; to publish a marriage ~ evlənmə haqqında elan dərc etmək; death ~ ölüm / matəm elanı; qısa nekroloq; 5. icmal, resenziya (bir əsər, tamaşa və s. haqqında yazılmış tənqidi rəy); mətbuatda dərc olunan rəy; The play had favourable notices Qəzetlər pyes haqqında müsbət rəylər verdilər

notice2

v 1. görmək, fikir vermək; diqqət yetirmək; Did you notice me leave /leaving my house Evimdən çıxıb gedəndə məni gördünmü? / gördünüzmü?; I was not noticing Mən diqqət /fikir vermirdim; to get oneself ~d diqqəti özünə cəlb etmək; 2. qeyd etmək, yada salmaq, xatırlamaq; to ~ smb.’s usefulness bir kəsin verdiyi faydanı qeyd etmək (məruzədə və s.); 3. icmal vermək, resenziya / rəy yazmaq (kitaba və s.); to ~ a book kitaba rəy yazmaq; 4. hüq. xəbərdarlıq etmək, xəbər vermək; bildirmək; The workers were noticed on Friday Fəhlələr cümə günü xəbərdarlıq aldılar (işdən çıxarılma haq.)

NOTHINGNESS
NOTICE-BOARD