Seysmik təhlükə
Seysmik təhlükə — zəlzələ nəticəsində qruntun titrəyişləri və bu titrəyişlərin təsiri ilə əmələ gələn sürüşmə yanğın və s. dolayı hadisələri özündə birləşdirir.
Zəlzələ zamanı fiziki obyektlərin dağılması və zədələnmələri, əsasən qrunt titrəyişləri ilə əlaqədardır. Qrunt titrəyişləri isə amplitut-tezlik tərkibləri və davamiyyəti ilə səciyyələnir. Seysmik təhlükənin müəyyən edilməsi üçün hesablamalar ilk dəfə 1968-ci ildə C. Allin Cornell tərəfindən tərtib edilmişdir onların əhəmiyyətindən və istifadə səviyyəsindən asılı olaraq olduqca mürəkkəb ola bilər. Regional geologiya və seysmologiya mühiti əvvəlcə seysmometr qeydlərindən həm dərinlikdə, həm də səthdə zəlzələnin baş vermə mənbələri və nümunələri üçün araşdırılır; ikincisi, bu mənbələrdən təsirlər yerli geoloji süxur və torpaq növlərinə, yamac bucağı və qrunt sularının şəraitinə nisbətən qiymətləndirilir. Beləliklə, oxşar potensial zəlzələ zonaları müəyyən edilir və xəritələrdə çəkilir. Tanınmış San Andreas qırığı, Sakit okean atəş halqası ilə əlaqəli kontinental kənarlar boyunca bir çox sahələr kimi, daha böyük potensial hərəkətə malik uzun dar elliptik zona kimi təsvir edilmişdir.
Seysmik təhlükə dedikdə verilən ərazidə kifayət qədər böyük zaman intervalında (50, 100, 500 il və s.) müəyyən səviyyəli seysmik effektin baş verməsi ehtimalı nəzərdə tutulur. Uzun müddətli seysmik təhlükənin qiymətləndirilməsi, Azərbaycanın da aid edildiyi seysmik cəhətdən aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını (şəhərsalma, torpaqdan istifadə insanların həyatlarını və əmlaklarını sığortalama və s.