Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selkuplar
Selkuplar — Krasnoyarsk diyarında və Tomsk vilayətində yaşayan şimal xalqı. Selkupların Rusiyada illərə görə sayları Selkupların (2002 il.) yerləşimlərə görə saylarının durumu: Yamalo-Nenets Muxtar Dairəsi: Krаsnоsеlkup kəndi — 581; Tolkа rayonu — 491; Ratta kəndi — 153; Tolkа kəndi — 136; Tаrkо-Sаlе şəhəri — 103; Tomsk vilayəti: Kаrgаsоk kəndi — 190; Kоlpаşеvо şəhəri — 153; Krasnoyarsk diyarı: Fаrkоvо kəndi — 237. XIX əsrədək selkup dili Ob və Yenisey çayları arasında yaşayan evenklər, xantılar və ketlər arasında lingua franca rolunu oynayırdı. Selkup adına ilk dəfə XVI əsr yazılı mənbələrində rast gəlinir.
Səlcuqlar
Səlcuqlular və ya Səlcuqilər — 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş, Böyük Səlcuq imperiyasını və digər kiçik dövlətləri idarə etmiş sülalə. Səlcuq türkləri Oğuz türklərinin Qınıq boyuna mənsub olmuşlar. Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. X əsrin ikinci yarısında Türküstanda Qınıq boyunun başçısı Səlcuq bəy tərəfindən oğuz tayfalarının ittifaqı yarandı. İslam dinini qəbul etmələri Türküstanda onların nüfuzunu daha da artırıdı. Səlcuq bəyin vəfatından sonra Qəznəvi hökmdarları səlcuqları sıxışdırmağa başladılar. Səlcuqlar Qaraxanlılar və Qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar. Azərbaycan və İran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər. Daha sonra Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar. Səlcuqlar əvvəlcə, Xorasanda məskunlaşdılar.
Səlcuqlar dövləti