Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sellulit
Sellulit (ing. cellulitis) – dərialti toxumanın qeyri-iltihabi zədələnməsidir. Morfoloji olaraq piy toxumanın hidrofilidir. Etioloji: infeksiya, allergiya, venoz qan dövranının pozulması. Çox vaxt qadınların klimakterik dövrünə düşür. Klinika: spontan diffuz, qeyri-müəyyən ağrılar, müxtəlif ölçü və konsistensiyalı düyünlər və infiltratlar, dəri düyün üzərində apelsin qabığına oxşayır, qızdırma və digər ümumi əlamətlər olmur.
Selülit
Sellülit - dəridə portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gəlir. Ən çox omba və sağrı nahiyələrində rastlansa da bəzən ayaqlarda, sinədə, hətta qollarda da olur. Sellülit dərialtı əzələ liflərinin kökəlmə zamanı boşalması nəticəsində yaranır. Bu problemin aradan qaldırılması üçün birinci həll yolu müntəzəm idmanla məşğul olmaq və arıqlamaqdır. Bununla yanaşı lazer və liposaksiya kimi müalicə vastələrindən də istifadə olunur. Selülit multifaktorial bir vəziyyətdir və bir sıra müalicələrə davamlı ola bilər. "Topikal" məhsullardan (kremlər, məlhəmlər) və enjeksiyonlar (kollagenaz) ilə yanaşı, selülit üçün müalicələrə mexaniki emiş və ya mexaniki masaj kimi qeyri-invaziv terapiya daxildir. Enerji əsaslı cihazlara dərinin dərinliyinə nüfuz edən radio tezliyi, ultrasəs, lazer və impulslu işıq cihazları daxildir.
Sellüloz
Sellüloza bitki aləmində ən geniş yayılmış homopolisaxariddir. Karbon birləşmələrinin yarıdan çoxunu sellüloza təşkil edir. Bu ən çox kətanda (80-90%), çətənədə, samanda, bitkilərin oduncağında (40-50%) və pambığın lifində (90-98%) olur. Kimyəvi düsturu aşağıda: (C6H10O5)n Bitkilər ildə 1011 ona yaxın sellüloza sintez edir. Bitkilərdə sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin və s.) birlikdə olur. Sellüloza hidroliz edilərkən D─qlükozanın β─forması əmələ gəlir. Sellülozanın molekul kütləsi 10-20 milyon arasında dəyişir, qlükoza qalıqlarının miqdarı 3000-dən 10 000-ə qədər olur və zəncirvari şaxələnir. Qlükoza qalıqları biri digəri ilə birinci və dördüncü karbonlar arasında β─1─4 qlükozid rabitələri hesabına birləşir. Təbiətdə sellüloz ən geniş yayılmış maddədir. Bitkilərin hüceyrələri ondan qurulmuşdur.
Sellunia
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.