Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Semuel Kramer
Samuel Nuh Kramer (ukr. Сімха Ной Крамер, ing. Samuel Noah Kramer, 28 sentyabr 1897[…] – 26 noyabr 1990[…], Filadelfiya, Pensilvaniya—ABŞ şərqşünası. == Həyatı == == Fəaliyyəti == Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III–II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlanır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır.
Semüel Bekket
Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[…] – 22 dekabr 1989[…], 14-cü Paris dairəsi[d]) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir. Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir.
Penuel
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. == Müəyyənləşdirilməsi == 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Samuel
Samuel — Bibliya hakimlərindən Şaulun dövründə İsrail Birləşmiş Krallığına keçiddə və yenidən monarxiyanın Şauldan Davuda keçməsində əsas rol oynayan ibranicə İncil rəvayətlərində əsas fiqurlardan biri.
Requl
Requl α Şir bürcünün ən parlaq ulduzlardan biri olan Günəşdən təxminən 79 işıq ili uzaqlıqda olan Alpha LEONIS (α LEONIS, qısaldılmış Alpha Leo, a Leo) olaraq da adlandırılır. Regulus, iki cüt şəklində təşkil dörd ulduzdan ibarət olan misilli ulduz sistemidir. Requl A açıq-mavi əsas ulduzdan və digər komponenti birbaşa müşahidə etmək olmur, ancaq ağ cırtdan olduğu təxmin edilən spektroskopik qoşa ulduzdur. Daha uzaqda yerləşən Requl B, C və D ulduzları da baş ardıcıllıq ulduzlarıdı. Requl, "Aslanın Ürəyi" olaraq da bilinər. == Terminalogiya == Α LEONIS (Alfa Leonis'e Latinceed) ulduzun Bayer adıdır. Ənənəvi adı Regulus "şahzadə" və ya "kiçik kral" kimi Latıncada qeydə alınır. Beynəlxalq Astronomiya Birlik 2016-cı ildə ulduzlar üçün uyğun adları kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu təşkil etdi. WGSN'nin iyul 2016 ilk bülletenində, WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Bu ulduz üçün Requl qeydə alındı. Bu anda IAU Ulduz Adlarının kataloquna daxil edilmişdir.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. == Coğrafi mövqeyi == Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. == Tarixi == Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Annika Seibel
Annika Seibel (30 noyabr 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Annika Seibel Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Katolikos Samuel
Katolikos Samuel - Albanların XXXVI katolikosu. == Katolikosluğu == Katolikos I Yovsepdən sonra kürsüyə qalxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Samuel də sələfi kimi Böyük Kolmank yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir: O, katolikosluğu özü mənimsəmişdi, sonra erməni katolikosu Qeorqinin (Katolikos II Georgi) köməyi ilə devrilmiş, sonra isə Dvində yenidən təyin edilmişdi. Onun dövründə erməni Katolikos II Georgi Məhəmməd ibn Əbil-Sac tərəfindən həbs olunmuş və Paytakaranda buraxılmışdı.
Meqrel dili
Meqrel dili - Kartvel dillərindən biridir. Gürcüstanın qərbində yayılmışdır. 400 minə qədər daşıyıcısı vardır. İki dialektə bölünür: senak və samurzakan-zuqdid. Hallanma paradiqmində 9 hal mövcuddur. Nominativ quruluşlu dildir. Yazısız dildir.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. == Həyatı == Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulmuşdur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Samuel Fuller
Samuel Fuller (12 avqust 1912[…], Vuster[d], Massaçusets – 30 oktyabr 1997[…], Hollivud, Kaliforniya) — əsasən qorxu, macəra və şiddət janrına üstünlük verən ABŞ senaristi və rejissoru. 12 yaşında olarkən bir qəzetdə kuriyer kimi işləməyə başladı. 17 yaşında müxbir oldu. Böyük Böhran illərində qatarla ölkəni gəzdi. Bu zaman romanlar yazdı. 1936-cı ildə bir dostu ilə ilk film senarisini yazdı. İkinci dünya müharibəsində döyüşdü və bir çox medalla təltif olundu. Müharibədən sonra ilk filmi "Mən Cessi Ceymsi vurdum" (1949) oldu. Çoxunun senarisini yazdığı dar büdcəli filmlərindəki gərçəkçi üslubundakı şiddəti fransızlar tərəfindən bəyənilmişdi. Filmlərinin əsas mövzusu əsgərlikdə yaşadığı hadisələr, jurnalistika və avaraçılıq olmuşdu.
Samuel Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Semyuel Bekket
Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[…] – 22 dekabr 1989[…], 14-cü Paris dairəsi[d]) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir. Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir.
Samuel Hantinqton
Samuel Hantinqton (ing. Samuel Phillips Huntington; 18 aprel 1927[…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 2008[…]) — məşhur amerikalı sosioloq və politoloq, müqayisəli politologiya və avtoritarizmdən demokratiyaya keçid prblemləri üzrə tanınmış mütəxəssis. 1996-cı ildə yayımladığı "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürmüşdür. Bundan əlavə, o çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) və "Biz kimik? Amerika milli kimliyinə çağırışlar" adlı məşhur əsərlərin müəllifi, "Foreign Policy" jurnalının həmtəsisçisi və Harvard Universitetinin strateji araşdırmalar institutunun direktoru olmuşdur. 24 dekabr 2008-ci ildə 81 yaşında Massaçusets ştatındakı Martas-Vinyard qəsəbəsində dünyasını dəyişib. == İdeyaları == Hantinqtonun araşdırmalarının əsas problemlərindən biri, onun sosial-iqtisadi modernləşmədən ayırdığı siyasi inkişafdır. Amerikalı alim institutlaşmanı siyasi inkişafın əsas göstəricisi kimi görürdü. "Dəyişən cəmiyyətlərdə siyasi quruluş 1968" adlı əsəri bu problemlərə həsr olunmuşdu. "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) adlı kitabında Hantinqton 70-ci illərin sonu və 80-ci illərdə bir çox ölkələrdəki demokratiyaya keçişi demokratikləşmənin qlobal prosesi olaraq dəyərləndirirdi.
Samuel Holmen
Samuel Holmen (28 iyun 1984, İsveç) — isveçli futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da forma geyinir.
Samuel Koen
Samuel Koen (ing. Samuel Theodore Cohen; 25 yanvar 1921 - 28 noyabr 2010) — ABŞ fiziki, Neytron bombasının yaradıcısı. Samuel Koen neytron bombasının konsepsiyasını 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb. Mədə xərçəngindən əziyyət çəkən 89 yaşlı alim Los-Ancelesdə evində vəfat etmişdir.
Samuel Kolt
Samuel Kolt (19 iyul 1814[…], Hartford – 10 yanvar 1862[…], Hartford) — Amerikalı ixtiraçı və sənayeçi. Bir dəfə doldurma ilə çoxlu mərmi ata bilən altıaçılan tipli bir tapança kəşf etmiş və bununla da, silah sənayesində yeni cığır açmış və silah istifadəsi daha da geniş yayılmışdır. 1847-ci ildə ABŞ-nin Konnektikut bölgəsində Kolt silah istehsalı şirkətini yaratmışdır. Müasir dövrdə adını daşıyan modern tapança növləri ABŞ başda olmaq şərti ilə bir sıra dünya ölkələrinə ixrac edilir. == Müasir mediada == Samuel Kolt “Supernatural” adlı bir qorxu serialında özünün yaratmış olduğu “kolt” adlı tapançası ilə məşhurdur.
Samuel Kramer
Samuel Nuh Kramer (ukr. Сімха Ной Крамер, ing. Samuel Noah Kramer, 28 sentyabr 1897[…] – 26 noyabr 1990[…], Filadelfiya, Pensilvaniya—ABŞ şərqşünası. == Həyatı == == Fəaliyyəti == Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III–II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlanır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır.
Samuel Mors
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…] – 2 aprel 1872[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. == Haqqında == Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Samuel Morze

Samuel Qarman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Samuel Reşevski
Samuel Herman Reşevski - Şahmatçı. 2 yaşı olduqda lövhə üzərində şahmat fiqurları çəkməyə başlamışdır. 4 yaşında əyalətdə şahmat oyunu üzrə özünə rəqibi olmayıb. Əlifbanı belə bilməməsinə baxmayaraq 4 yaşında şahmat ustalarını asanlıqla “mat” etməyi bacarırmış. 8 yaşında 8 qat Amerika çempionu olmuşdur. Heyvanları ayırd edə bilmir, riyaziyyat və digər elmləri bilmirmiş. == Həyatı == 1911-ci ilin noyabr ayında Rusiya İmperiyasının, Ozorkuv adlı qəsəbəsində dünyaya gəlmişdir. Onun artıq 2 yaşı olduqda lövhə üzərində şahmat fiqurları çəkməyə başlamış, 4 yaşında isə əyalətdə şahmat oyunu üzrə özünə rəqib tanımamışdır. Bir qədər sonra o ailəsi ilə Polşanın Lodz şəhərinə köçmüşdür. Məhz burada onun dahi Salye ilə görüşü baş tutmuş və bu görüş Samuelin şahmat karyerasına böyük təkan vermişdir.
Samuel Riçardson
== Həyatı haqda == İngilis roman yazıçılığının bünövrəsini təşkil edən qələm sahiblərindən olan Samuel Riçardson, 19 Avqust 1689-cu ildə anadan olmuşdur. Doqquz uşaqlı bir aildə həyata göz açmış yazıçının anası evdar qadın, atası isə bacarıqlı bir dülgər idi. O, kasıb bir uşaqlıq keçirdiyi üçün təhsildə irəli gedə bilməmiş, sadəcə qısa bir müddət Qrammatika üzrə təhsil almışdır. Riçardson, onu rahib kimi görmək istəyən atasının arzusundan fərqli olaraq, əlverişsiz təhsilindən dolayı bu sənətə yiyələnə bilməmiş və öz istəyi yöndə irəliləyərək kiçik yaşlarından John Wildenin mətbəəsində köməkçi işçi olaraq fəaliyyətə başlamışdır. On yaşlarından etibarən bu mətbəədə işləyən yazıçı, 17 yaşına çatdıqda isə şəxsi mətbəəsini qurmağı bacarmışdır. Məktub yazmaqda xüsusi bir istedada sahib olan Riçardson, həmçinin olduqca gözəl bir yazı xəttinə sahib idi. Odur ki, yaxınlarına məktub yazmaq istəyən əksər insanlar məhz ona müraciət edərdi. O, 1721-ci ildə müdürünün qızı Martha Wilde ilə ailə həyatı qurmuşdur. On il müddətində davam edən bu izdivaçdan dünyaya gələn övladlarını ardıcıl olaraq itirən yazıçının, 1731-ci ildə isə xanımı vəfat etmişdir. Daha sonra həyatını Elizabeth adlı başqa bir xanımla birləşdirən Riçardson, bir neçə qız övladı sahibi olmuşdur.
Samuel Sosa
Samuel Alexandro Sosa Kordero (17 dekabr 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Sosa Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. Vanuatu millisi ilə görüşdə Sosa yeddinci qolun müəllifi olmuş və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
Sessüel
Sessyuel (fr. Seyssuel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38487. Kommunanın 2012-ci il üçün əhalisi 2013 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 85 km şimal-qərbdə yerləşir.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Təsnifatı == 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır.İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı. == İstifadə == Səthin şaquli olub olmamasını təyin etmək lazım olan hallarda istifadə olunur.
Şezel
Şezel (fr. Chezelle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03075. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 162 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 98 yaş arasında (15-64 yaş arasında) 65 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,3%, 1999-cu ildə 67,6%) idi. Fəal olan 65 nəfərdən 64 nəfər (34 kişi və 30 qadın) çalışdı, 1 qadın işsizdi. 33 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Fridrih Şlegel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrih Şleqel

Fridrix Şleqel

Hans Şlegel
Hans Şlegel (alm. Hans Wilhelm Schlegel‎; 3 avqust 1951) — alman fiziki və astronavtı, Avropa Kosmik Agentliyinin kosmonavtı.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Seyfəl Həsənov
Seyfəl Həsənov (tam adı: Həsənov Seyfəl Həsən oğlu; 16 may 1955, Qusar, Azərbaycan SSR) — Azərbaycanda rusca-azərbaycanca və azərbaycan-rusca olan ilk sinxron tərcüməçilərdən biri kimi tanınır. == Həyatı == 1955-ci il mayın 16-da Qusar rayonunda anadan olmuşdur. 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri namizədi, dosentdir. Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 2000 - 2004-cü illərdə yeni yaradılmış Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olmuşdur. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu (Universiteti) nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olmuşdur. 2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosentidir.