Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serpentes
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Serpentin
Serpentin – Mg3 (OH)4 [Si2O5] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Xrizotil-asbest (paralel-lifli) və sermatit (dolaşıq-lifli) aqreqatlar; serpofit–mum parıltılı opalabənzər sıx növ müxtəlifliyi. Rəng – müxtəlif çalarlı yaşıl, bəzən ağ, qara, qızılı çalarlı yaşılımtıl-sarı, bozumtul-yaşıl, nadir hallarda yasəməni-göy, pozulmuş şəkildə – qar kimi ağ (xrizotil-asbestdə); solğun, sarımtıl-zeytunu-yaşıl (serpofitdə); Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, sədəfi, mum; Şəffaflıq – qeyri-şəffafdan şəffafadək; Sıxlıq – 2,5- 2,7; Sərtlik – 2,5-3; lifləri əyilgəndir, lakin elastik deyil, bəzən asanlıqla sınır; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – sıx kütlələrdə hamar və qabıqlı, asbestdə – tikanlı; Başqa xassələr – xrizotil-asbest üçün istiyədavamlılıq, elektrik cərəyanını və səsi pis keçirmək, yüksək adsorbsion qabiliyyəti səciyyəvidir; Morfologiya – mineral aqreqatları: massiv gizlikristallik, paralel- və dolaşıq-lifli. Hiperbazitlərin dəyişilmə məhsulu olub, olivin və enstatitin, nisbətən az hallarda diopsid və hornblendin hesabına əmələ gəlir. Karbonat süxurlarının kontakt dəyişilmələrinin məhsulu kimi onların turş intruzivlərlə kontakt zonalarında əmələ gəlir. Serpentin qrupu minerallarının, xüsusilə onların nikelli növ müxtəlifliklərinin əmələ gəlməsi üçün əlverişli mühit hiperbazitlərin aşınma qabığıdır. Birlikdə rast gəldiyi minerallar: olivin, talk, brusit, karbonatlar. Mineralın tapıldığı yerlər: Teyford-Mayns (Kanada); Skarnum (Norveç); Zabaykalye, Uralda Bajenov yatağı, Alapayev, Krasnoural, Rejevski rayonları (Rusiya); Transvaal (CAR) və b. Azərbaycanda hiperbazitlərin dəyişilmə məhsulu kimi Kiçik Qafqazın ofiolit zonasında geniş yayılmışdır.
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.