Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silikatlar
Silikatlar böyük mineral qrupunu əhatə edir. Onlar üçün mürəkkəb kimyəvi tərkib və kompleks elementlərin digərləri ilə izomorf əvəzlənməsi səciyyəvidir. Silikatların tərkibinə daxil olan əsas kimyəvi elementlər bunlardır: Si, O, Al, Fe2+, Fe3+, Mg, Mn, Ca, Na, K, həmçinin Li, B, Be, Zr, Ti, F, H, (OH)− və ya H2O formasında. Silikatların mineral formalarının ümumi miqdarı 800-dür. Litosfer minerallarının tərkibinin 90%-ində silikalara rast gəlinir. Dağ suxurlarının böyük hissəsi onlardan təşkil olunmuşdur: şpatlar, kvars, amfobol, qarğaduzu, piroksin, olivin və s. Ən geniş yayılmışları şpatlar və kvartslardır, ikincinin payına bütün mineralların 12 % -i düşür. Hər bir silikatın struktur tərkibi siliumoksid və oksigen birləşməsindən ibarətdir. Bu birləşmə kristal-kimyəvi prinsipə söykənir, əsasən də Si (0.39Å) və O (1.32Å) ionlarının radiusu ilə bağlıdır. Beləliklə bütün silikatların əsasında [SiO4]3 qrupu durur.