Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simiran (Əsədabad)
Simiran (fars. سمیران‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 191 nəfər yaşayır (60 ailə).
Samir
Samir — Kişi adı. Samir Xasıyev — Azərbaycanın Milli Qəhrəmanı. Samir Şərifov — Azərbaycan Respublikasının Maliyyə naziriSamir ƏliyevSamir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid.Samir Cavadzadə — azərbaycanlı müğənni. Samir Ələkbərov — Azərbaycanın məşhur futbolçusu. Samir Musayev — azərbaycanlı futbolçu. Samir Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Samir Abbasov — azərbaycanlı sabiq futbolçu, müdafiəçi. Samir MəmmədovSamir Məmmədov (boksçu) Samir Məmmədov (kiçik çavuş)Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
İmir
İmir (Sarvan)
Andras Simor
Andras Simor (17 may 1954, Budapeşt) — Macarıstan Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Dilaltı sinir
== İstinadlar ==
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Nikola Simiç
Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad – 9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru. == Həyatı == Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı. Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu.
Orchis simia
Meymun səhləbi (lat. Orchis simia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir. Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir. Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür. May ayında çiçəkləyir və meyvə verir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Samir Abasov
Samir Abbasov (1 fevral 1978, Sumqayıt) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş baş məşqçisi. == Karyera == Samir Ramazan oğlu Abasov 1978-ci il fevral ayının 1-də Sumqayıtda anadan olub. Karyerasında yalnız Azərbaycan klublarında çıxış edib.
Samir Abbasov
Samir Abbasov (1 fevral 1978, Sumqayıt) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş baş məşqçisi. == Karyera == Samir Ramazan oğlu Abasov 1978-ci il fevral ayının 1-də Sumqayıtda anadan olub. Karyerasında yalnız Azərbaycan klublarında çıxış edib.
Qapayıcı sinir
Qapayıcı sinir (lat. Nervus obturatorius) bel kələfiniə aid II - IV bel sinirlərinin (L2 - L4) liflərindən təşkil olunmuşdur.
Samir Şərifov
Samir Rauf oğlu Şərifov (7 sentyabr 1961, Azərbaycan) — Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor. == Həyatı == Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. Evlidir, üç övladı var. == Təhsili == 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi almışdır. == Fəaliyyəti == 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı, 1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışmışdır. 1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləmişdir. 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır.
Samir Əliyev
Samir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid.
Samir Ələkbərli
Samir Şamil oğlu Ələkbərli (2 iyul 2002; Qaradəmirçi, Bərdə rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Ələkbərli 2 iyul 2002-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşdur. Əslən Şuşadan idi. == Hərbi xidməti == Samir Ələkbərli 2020-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Samir Ələkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Samir Ələkbərli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Samir Ələkbərov
Samir Ələkbərov (8 oktyabr 1968, Bakı) — Azərbaycanın məşhur futbolçusu. Hücumçu olub. Futbol karyerasının böyük bir hissəsini Neftçi Bakı klubunda keçirib. Azərbaycan futbol üzrə yığma komandasının üzvü olub. Futbol karyerasını 2001-ci ildə başa vurub. Hal-hazırda Xəzər-Lənkəran futbol klubu nəzdində uşaq-yeniyetmə məktəbinin direktor köməkçisidir.
Samir Ələsgərov
Samir Ələsgərov (1972, Bakı) — Aktyor, rejissor, ssenari müəllifi. == Həyatı == Samir Ələsgərov Bakı şəhərində 1972-ci ilde dünyaya gəlib. Azərbaycan Bakı Dövlət universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1999-cu ildən səhnədədir. İlk işlərindən biri Atv telekanalında yayımlanan "Həftəbecər" adlı yumoristik layihədə Səfqulu obrazi olub. Vegeteryandı. Evlidir. == Filmoqrafiya == Bəyaz həyat (film, 2003) Ümid (film, 1995) Səhərə inan...
Samir Abdullayev
Samir İlham oğlu Abdullayev (28 iyul 1998; Gəncə, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Abdullayev 28 iyul 1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2016-cı ildə Gəncə şəhər 37 nömrəli tam orta məktəbi bitirmişdir. == Hərbi xidməti == Samir Abdullayev 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Samir Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abdullayev 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 28 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Samir Abdullayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Samir Əsgərxanov
Sаmir Eldar oğlu Əsgərхаnоv - Azərbaycan publisisti, Həsənəli bəy Əsgərxanovun nəticəsi. == Həyatı == Sаmir Еldаr оğlu 1962-ci ildə Bakı şəhərində dünyаyа gəlmişdi. Əslən Füzuli rayonunun Yağlıvənd кəndindəndir. Аzərbаycаn Dövlət Tеlеrаdiо Vеrilişləri şirкətində “Хəzər” rеdакsiyаsının bаş rеdакtоru vəzifəsində işləyirdi. Aktual mövzuda publisistik yazıları ilə tanınırdı. Sаmir Əsgərхаnоv 1998-ci ildə vəfаt еdib. Milli Təhlüкəsizliк Nаzirliyi оnun şərəfinə «Sаmir Əsgərхаnоv» müкаfаtı təsis еdib. Münsiflər heyətinin sədr müavini Məmməd Cəfərlinin sözlərinə görə, S.Əsgərxanov adına müsabiqə artıq bir neçə ildir ki, keçirilir və məhz bu il müsabiqəyə çoxlu maraqlı kitablar, monoqrafiyalar, elmi-tədqiqat məqalələri və işləri, heykəltəraşlıq nümunələri, şəkillər, sənədli filmlər və s. təqdim olunub.
Samir Əsədli
Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri. == Həyatı == Samir Şakir oğlu Əsədli 1 iyun 1983-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2000-ci ildə Bakı şəhəri, 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bitirib. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələri (Daxili Qoşunlar) sıralarında həqiqi hərbi xidmətdə olub. Evlidir. 3 oğlu, 1 qızı var. == Siyasi fəaliyyəti == 2011-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2012-ci ildən İctimai Palatanın və 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub. 2010–2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri olub. === Partiya fəaliyyəti === 2001-ci ilin iyun ayının 1-dən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd.
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Sığır
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Samir Mehdiyev (gizir)
Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993; Xəzər rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Adi Şamir
Adi Şamir (ivr. ‏עדי שמיר‏‎; 6 iyul 1952, Tel-Əviv) — İsrailli kriptoqrafdır. O, RSA alqoritminin ixtiraçılarından biridir (digərləri Ron Rivest və Len Adleman. Bundan başqa, O, diferensial kripto-analizin yaradıcılarındandır, ümumiyyətlə, kriptoqrafiya və informatikanın bir çox sahəsinə onlarla töhfələr veribdir. == Həyatı == Adi Şamir (Adi Shamir) 6 iyul 1952-ci ildə Təl-Əvivdə anadan olmuşdur. == Təhsili == O bakalavr dərəcəsini riyaziyyat üzrə Tel-əviv universitetində 1973-cü ildə almışdır. O, magistratura və doktorantura dərəcələrini informatika üzrə Veiçman institutunda uyğun olaraq 1975 və 1977-ci ildə bitirmişdir. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış israilli alim, kriptoanalitik, Veysman institutunun informatika və tətbiqi riyaziyyat üzrə professoru Adi Şamir 2002-ci ildə Ronald Linn Rivest (Ronald Linn Rivest) və Leonard Adlemanla (Leonard Adleman) birgə açıq açarlı şifrləmə sisteminin praktiki faydalarının artırılmasına verdiyi əvəzsiz töhfəyə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Qımır (Zaqatala)
Qımır — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir.
Samir Mehdiyev (kiçik gizir)
Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993; Xəzər rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Elmir Məmmədov (baş gizir)
Elmir Nadir oğlu Məmmədov (5 oktyabr 1988; Göytəpə, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. == Hərbi xidməti == Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.