ŞAMİLƏ
ŞAMİRAN
OBASTAN VİKİ
Adi Şamir
Adi Şamir (ivr. ‏עדי שמיר‏‎; 6 iyul 1952, Tel-Əviv) — İsrailli kriptoqrafdır. O, RSA alqoritminin ixtiraçılarından biridir (digərləri Ron Rivest və Len Adleman. Bundan başqa, O, diferensial kripto-analizin yaradıcılarındandır, ümumiyyətlə, kriptoqrafiya və informatikanın bir çox sahəsinə onlarla töhfələr veribdir. == Həyatı == Adi Şamir (Adi Shamir) 6 iyul 1952-ci ildə Təl-Əvivdə anadan olmuşdur. == Təhsili == O bakalavr dərəcəsini riyaziyyat üzrə Tel-əviv universitetində 1973-cü ildə almışdır. O, magistratura və doktorantura dərəcələrini informatika üzrə Veiçman institutunda uyğun olaraq 1975 və 1977-ci ildə bitirmişdir. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış israilli alim, kriptoanalitik, Veysman institutunun informatika və tətbiqi riyaziyyat üzrə professoru Adi Şamir 2002-ci ildə Ronald Linn Rivest (Ronald Linn Rivest) və Leonard Adlemanla (Leonard Adleman) birgə açıq açarlı şifrləmə sisteminin praktiki faydalarının artırılmasına verdiyi əvəzsiz töhfəyə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Yitzhak Şamir
Yitzhak Şamir (ivr. ‏יצחק שמיר‏‎; 22 oktyabr 1915 – 30 iyun 2012[…], Herzliya, Təl-Əviv dairəsi) — 1983-2004 və 1986-1992-ci illərdə iki müddət xidmət edən bir İsrail siyasətçisi və İsrailin yeddinci Baş naziri idi. İsrail dövləti qurulmazdan əvvəl Şamir sionist yaraqlı Lehi qrupunun lideri idi. İsrail dövləti qurulandan sonra 1955-1965-ci illər arasında Mossada Knesset üzvü olaraq xidmət etdi. Knessetin 6-cı spikeri və xarici işlər naziri vəzifələrini icra etdi. Şamir, David Ben-Gurion və Benyamin Netanyahudan sonra ölkənin üçüncü ən uzun müddət işləyən baş naziri idi.