SİMİN

f. 1) gümüş, gümüşdən düzəldilmiş; 2) gümüş kimi ağ və parlaq.

SİMHAQ
SİMİNBƏDƏN
OBASTAN VİKİ
Simin Behbahani
Simin Behbəhani (fars. سیمین بهبهانی‎; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist. 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Simin Behbəhani

Simin Daneşvar
Simin Daneşvar (28 aprel, 1921 – 8 mart, 2012) - iranlı akademik, romançı, tərcüməçi. O, ilk əsas iranlı qadın romançı olaraq tanınır. Bir çox ilklər onun adı ilə bağlıdır. Fars dilində nəşr olunan hekayələr toplusunun (1948) müəllifi olan ilk iranlı qadındır. Onun bestseller olan "Savuşun" ("Siyavuşun ağıçıları", eyni zamanda "İranın matəm musiqisi" olaraq da tanınır) (1966) romanı iranlı qadın tərəfindən yazılmış ilk romandır. 5 hekayə və 2 avtobioqrafik əsərdən ibarət "Teatr" adlı toplusu iranlı qadın yazıçı tərəfindən yazılan ilk topludur ki, xarici dilə tərcümə olunmuşdur. O, iranlı yazıçı Cəlal Ale-Əhmədlə evlənmiş, onun yaradıcılığına güclü təsir göstərmişdir. Eyni zamanda çox yaxşı tərcüməçi olan Simin Anton Çexovun "Albalı bağı" və Nataniel Hotornun "Qırmızı ləkə" əsərləri daxil olmaqla, bir sıra əsərləri tərcümə etmişdir. Hal-hazırda son kitabının harada olduğu bəlli deyil və bunun Siminin trilogiyasının son hissəsi olduğu güman olunur. Simin Daneşvar 1921-ci il 28 apreldə İranın Fasa şəhərində anadan olmuşdur.
Ağtəpə (Siminərud)
Ağtəpə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Şəra kəndistanında, Həmədanindən 36 km cənub-şərqdədir.
Nadirin Simindən ayrılması (film, 2011)
Nadirin Simindən ayrılması, (fars. جدایی نادر از سیمین‎) ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Məadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran dram filmi. Boşanmış bir orta sinif İranlı cüt və həyat yoldaşın yaşlı atası üçün alt sinif bir sorğu tutmasını izləyən çəkişmələri mövzu edinmektedir.61.Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film sahəsində Qızıl Ayı və ən yaxşı aktyor ilə ən yaxşı aktrisa sahələrində Gümüş Ayı qazandı, beləcə Qızıl Ayı qazanan ilk İran filmi oldu. 2012 ildə 69.Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dil film mükafatın qazandı. Film həmçinin İran film seçimi şurası tərəfindən 2012 Oskar mükafatlarının, ən yaxşı xarici dil film mükafatında iştirak etmək üçün təqdim edilmişdir və Oskar mükafatını əldə etmişdir. Nadir və Simin 11 yaşlı qızları Tirmə ilə birlikdə Tehranda yaşayırlar. Şəhərli orta sinif xarakterə sahib olan ailə dağılmaq üzrədir. Simin qızı Tirmənin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün nigarandır.
Siminşəhr
Siminşəhr — İranın Gülüstan ostanının Türkmən şəhristanının Gümüşan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13545 nəfər və 2762 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir, türkmən dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
İrina Siminyagina
İrina Siminyagina (29 noyabr 1984) — Azərbaycanı təmsil edən voleybolçu. İrina Siminyagina, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatına qatılıb və 13-cü yeri tutub. İrina Siminyagina 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. İrina Siminyagina daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. İrina Siminyagina bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
İrina Siminyaqina

Digər lüğətlərdə