Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çilədağı
Phlomoides (lat. Phlomoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
İnəkdağı
İnəkdağı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. İrəvаn qubеrniyаsının Аlеksаndrоpоl qəzаsındа kənd аdı. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 19 km məsаfədə yеrləşir. İnəkdağı kəndinin yaranma tarixi aldığımız mənbələrə görə XVIII əsrin başlanğıcında (1715–1720) Dərişdilər tayfasından olan Qazax Məmmədin adı ilə bağlıdır. Kəndin ilk adı İnəkdağı sözünün mənası kəndin şimal hissəsindəki yüksəklikdə yerləşən İnək formasında olan dağın adı ilə bağlıdır. Deyilənlərə görə dağın ətrafındakı meşəlikdə vaxtilə maral sürüləri yaşayırmış. Marallardan biri kəndin Dərişdilər tayfasından Aişə nənənin qapısına gələrək sağılardı. Kəndin ilk adı 1976-cı ilə qədər İnəkdağı, ikinci adı isə erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində dəyişdirilərək Yenikənd qoyulmuşdur. Həmin ad 1988-ci ilin dekabrına qədər olmuşdur.19 аprеl 1991-ci ildə isə kəndin adı Tretuk qoyulmuşdur. 13 aprel 1919-cu ildə tayqulaq Andronikin başçılıq etdiyi daşnak terror qrupları Göyçə mahalının 22 kəndinə, Inəkdağı və ətraf kəndlərə basqın etmiş, əhalisini yurd-yuvasından didərgin salmışlar.
Cırımlı çilədağı
Gürcü çilədağı
İriyarpaq çilədağı
Phlomoides molucelloides (lat. Phlomoides molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü. Eremostachys molucelloides Bunge Eremostachys macrochila Jaub. & Spach Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys pyramidalis Jaub.
Şinadağ
Şinadağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir. Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün qədim fonetik forması olan tağ sözü əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milqram sınağı
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
2016 Şimali Koreya nüvə sınağı