İMTAHAN

is. [ ər. ]
1. Hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı. Yaz-yay imtahanları. İmtahana hazırlaşmaq. İmtahan komissiyası.
– İmtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət.
İmtahan söhbəti indi hər yerdə ən şirin söhbətdir. Mir Cəlal.
…Səhər saat doqquzda riyaziyyatdan yazılı imtahan başlandı. İ.Əfəndiyev.

□ İmtahan eləmək (etmək) – hər hansı bir fənn üzrə tələbənin, şagirdin biliyini yoxlamaq. Tələbələri imtahan etmək.
– Dərs demək istəyirəm; İmtahan edin məni. B.Vahabzadə.

İmtahan vermək (tutmaq) – hər hansı fənn üzrə yoxlama sınağından keçmək.
Elm öyrən, imtahan ver; Öz fəzlini nişan ver. M.Ə.Sabir.
“Həblülmətin” yazır ki, Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə, axırda imtahan tuta və şəhadətnamə ala. C.Məmmədquluzadə.
[Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu. S.Rəhimov.

2. məc. Sınaq, sınama, yoxlama, sınaqdan keçirmə.
Məni zındıq oxurlar cümlə aləm əhli, lakin mən; Mücərrəd cövhərəm kim, imtahana ehtiyacım yox. S.Ə.Şirvani.

□ İmtahan ayağında – gərgin zamanda, çətin vəziyyətdə, bərk ayaqda, sınaqda.
Ellərin qarşısında imtahan ayağında; Rəvamıdır mən solum açılmamış çiçək kimi. S.Rüstəm.

İmtahan eləmək – sınamaq, yoxlamaq, sınaqdan keçirmək, təcrübə eləmək.
Eşq əhli məhəbbət etsə izhar; Əvvəl onu imtahan edər yar. Füzuli.
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl, eylə imtahan, ölürəm. X.Natəvan.
[Qətibə:] Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm. M.S.Ordubadi.

İmtahana çəkmək – bax imtahan eləmək.
Sən demə, əmisi doğrudan da İbrahimi imtahana çəkmək istəyirmiş ki, görsün İbrahim nə deyəcək. (Nağıl).
Qədim əyyamda bir qıza elçi gəlsəydi, o qızı bir neçə imtahana çəkərdilər. R.Əfəndiyev.
[Hacı Murad:] Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. S.S.Axundov.

İmtahana düşmək – yoxlanmaq, sınanmaq, sınaqdan keçirilmək.
Eldən yana düşmüşəm; Nahaq qana düşmüşəm; Yar məni bərkə çəkib; İmtahana düşmüşəm. (Bayatı).

İmtahandan çıxmaq – sınaqdan yaxşı çıxmaq, yoxlamadan keçmək.
Qorxub çəkilmədik ölümdən, qandan; Çıxdıq illər boyu çox imtahandan. S.Vurğun.
Dostluq var ki, zamanın imtahanından çıxa bilmir. R.Rza.
Hər şeyə qadir insan; Yer üzündə beləcə; Çıxdı min imtahandan. B.Vahabzadə.

// məc. Həyati çətinliklər, ağır günlər.
İrəlidə hələ böyük imtahanlar var. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İMTAHAN yoxlama — sınaq
İMSİLƏNMƏK
İMTAHANEDİCİ
OBASTAN VİKİ
İmtahan
İmtahan — insanın biliyinin qiymətləndirilməsi prosesi. Əsas cəhəti müəyyən dövrdən bir keçirilməsidir. Müxtəlif növ imathanlar mövcuddurlar: orta məktəb, ali məktəb, kurs , test, işə qəbul və s. Onların hamısı müəyyən dövrdə əldə edilmiş biliyin qiymətləndirilməsi üçün keçirilir. hər hansı bir (müəyyən) fənn üzrə keçirilən yoxlama sınağı. Məsələn, imtahan komissiyası; şagird və tələbələrin bilik, bacarıq və vərdişlərini yoxlamaq üsulu. İlk dəfə eramizdan əvvəl II yüzillikdə Çində, sonralar isə dünyanın bir sıra başqa ölkələrində tətbiq edilmişdir. == İmtahan-yoxlama sessiyası == ali və ya orta ixtisas məktəblərinin tədris planında müəyyən fənn üzrə nəzərdə tutulan imtahan dövrü. Bir qayda olaraq, dərs ilində iki – qış (yanvarda) və yaz (iyunda) imtahan-yoxlama sessiyası olur. Sessiyalarda imtahanların sayı tədris planına uyğun olaraq, ali məktəblərdə.
İmtahan (dəqiqləşdirmə)
İmtahan — İmtahan (film, 1987) — İmtahan (film, 2006) — İmtahan (teleserial, 2017) — Ramin Nəbiyev tərəfindən çəkilmiş Azərbaycan teleserialı.
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbəKomissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.
İmtahan (film, 1987)
== Məzmun == Filmin mərkəzində Qiyas müəllimlə (Hamlet Xanızadə) onun əmisi, professor Bəhramın (Rauf Atakişiyev) həyata baxışlarındakı ziddiyyətlər üzərində qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın ağarəfilərə, şamxallara, firuzlara qarşı kəskin müübarizəsi, onun halallıq, paklıq, düzlük kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi, bizim günlərin ab-havası filmdə öz əksini tapmışdır. Film azpersonajlıdır. Lakin qəhrəmanların hər biri öz xarakterinə görə çox mürəkkəbdir. == Film haqqında == Film yazıçı Anarın XX əsrin 70-ci illərinin axırlarında böyük səhnə müvəffəqiyyəti qazanan və Respublika Dövlət Mükafatına layiq görülən "Şəhərin yay günləri" pyesinin motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Anar Quruluşçu rejissor: Gülbəniz Əzimzadə, Şahmar Ələkbərov Quruluşçu operator: Rəşid Nağıyev Quruluşçu rəssam: Şamil Nəcəfzadə Bəstəkar: Azər Dadaşov Səs operatoru: Tatyana Kərimova Rejissor: Rafiq Dadaşov Operator: Tərlan Babayev Geyim rəssamı: Tamilla Dağıstanlı Qrim rəssamı: Namiq Manafov Montaj edən: Lidiya Vyalsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: N.Cəlilov, Rafiq Orucov Operator assistenti: Z.Bədəlov Rəssam assistenti: İ.Əliyev Montaj üzrə assistent: A.Budaqova İşıq ustası: A.Orucov İşıqçı: Nataliya Qudovskaya İnzibatçı: Aydın Hüseynov Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Ansamblın rəhbəri: Rafiq Babayev Filmin direktoru: Rimma Abdullayeva === Rollarda === Hamlet Xanızadə — Qiyas Səfurə İbrahimova — Dilarə Rauf Atakişiyev — Bəhram Fuad Poladov — Şamxal Rafiq Əliyev — Firuz Təvəkkül İsmayılov — Ağarəfi Samir Rzayev — Namiq Gülzar Qurbanova — Qumru Şamil Nəcəfzadə — Rasim Nəzakət Qazıyeva — Ruxsarə Şükufə Yusupova — Tamara Sona Mikayılova — Qumrunun anası Nazim İbrahimov V.Ağayev O.Musayev Məlahət Abbasova — Suğra S.Nikoladze İlyas Hüseynov Ömür Nağıyev — ofisiant Nübar Novruzova — fahişə Nəcibə Hüseynova — qonaq == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Seçilmiş sitatlar == Qiyas: Hardandır bu pullar? Dilarə: Qardaşımdan borc almışam! == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
İmtahan (film, 2006)
İmtahan - 2006-ci il türk dram filmi. Film İstanbul Beykozda Baybaros Heyrəddin Paşa Anadolu Dənizçilik Peşə Liseyində çəkilmişdir. == Süjet == Mərd (İsmail Hacıoğlu), Sinan (Yağmur Atacan), Qəmzə (Röya Önal), Kaan (Caner Özyurdlu) və Uluç (Volkan Dəmirox) gələcək qayğısı, ailə basqısı, ağır məktəb həyatı və imtahan stressi səbəbiylə hər şeydən bezib. Komandanın ilk olaraq məktəbdəki yazılı imtahanların suallarını ələ keçirməklə başlayan macərası ÖSS Sual Bankı soyğununa qədər uzanır.
İmtahan (teleserial, 2017)
İmtahan — 2017-2020-ci ildə Ramin Nəbiyev tərəfindən çəkilmiş Azərbaycan serialı. == Məzmun == Ekran işi adından göründüyü kimi tələbə və universitet həyatı, onların təkcə tədrislə bağlı yox, həm də həyatda qarşılaşacaqları imtahanlarla bağlıdır. == Serial haqqında == Serial həftə içi 5 gün tamaşaçıların görüşünə gələcək. Serialın əsas ssenari müəllifi Valeh Əhmədov, quruluşçu rejissoru isə Ramin Nəbiyevdir.
Dövlət İmtahan Mərkəzi (Azərbaycan)
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbəKomissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

SAT İmtahanı
SAT – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur.

Digər lüğətlərdə

видеоколле́кция избавля́ть кара́тный отва́жно плафо́нчик племя́нничек эвакуи́ровать бесспо́рность в одно сло́во дубло́н зачехля́ть каббали́ческий навощи́ть отшлёпать садо́внический Amsterdam beach bunny cotton boll downcome eductive forenamed mankin psychosexual впечатлительность ставка