Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sincerely, Kentrell
Sincerely, Kentrell — amerikalı repçi YoungBoy Never Broke Again-in üçüncü studiya albomu. 24 sentyabr 2021-ci ildə Never Broke Again və Atlantic Records tərəfindən buraxılıb.
Sinderk
Sindirk — İranın Hörmüzgan ostanının Minab şəhristanının Sindirk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 277 ailədən ibarət idi.
Sincar
Sincar(ərəb. سنجار‎, kürd. شنگال, süry. ܫܝܓܪ) — İraqın şimal-qərbində şəhər. == Tarix == Zəngilər sülaləsinin bir qolu Sincarda hökumət qurmuşdu. == Coğrafiyası == Sincar şəhəri Mosulun Ninəvə mühafazasının şimalında yerləşir. == Əhalisi == Sincar şəhərində Ərəblər və müsəlmanlarla yanaşı əhalinin böyük əksəriyyətini Yezidi məzhəbindən olanlar təşkil edir.
Brayan Singer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Brayan Sinqer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Masked Singer
Masked Singer (azərb. Maskalı Müğənni‎) — beynəlxalq musiqi realiti-oyun şousu franşizasıdır.
Pəncərə
Pəncərə (ing. Window) - Tikililərdə aydınlatma və havalandırma məqsədi ilə açılan oyuqlar. Pəncərələrin üzərin çərçivələrlə bərkidilmiş şüşələrlə örtülür. Daxilə və ya xaricə açılan pəncərələr qanad olaraq adlandırılır. Pəncərələrin qapalı saxlanılması xaricdən gələcək küləyin və səsin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. İki bərabər hissədən ibarət olan və yaxud tək hissədən ibarət olan pəncərələr vardır. İki bərabər hissədən ibarət pəncərələr əsasən şəhərdə və ya kənd ərazilərində istifadə edilməkdədir. Pəncərələr bir çox mədəniyyətdə mühüm yer tutur. Müxtəlif dinlərdə də pəncərələrin önəminə müraciət edilmişdir. Xüsusi ilə Xristianlıq dinində pəncərə və qapılara önəm verilmişdir.
Tomris İncer
Tomris İncer (16 mart 1946 və ya 16 mart 1948, Bolqarıstan – 5 oktyabr 2015, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Tomris İncer 1948-ci il martın 16-da Bolqarıstanda doğulub. 1974-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. Türkiyənin film və seriallarında rol alan Tomris İncer Azərbaycan tamaşaçılarına "Mahmud və Məryəm" filmindən yaxşı tanışdır. 5 oktyabr 2015-ci ildə Türkiyənin İstanbul şəhərində, 67 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Şəcərə
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Con Sinqer Sarcent
İsak Başeviz Singer
İsaak (İtsxok, Ayzek) Başevis-Zinger (idiş יצחק באַשעװיס‎ — İtsxok Başevis (hərfi tərcüməsi "Şevanın qızı" — yazıçının anasının adı), əsl soyadı Zinger, ing. Isaac Bashevis Singer; 14 iyul 1904[…], Leonçin[d], Mazovets voyevodluğu – 24 iyul 1991[…]) — yəhudi əsilli ABŞ yazıçısı, korrektor, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978). == Həyatı == Polşa yəhudisi İsaak Başevis-Zinger əsərlərini idişdə yazsa da, çox güman ki, həyatının böyük bir hissəsini ABŞ-də yaşadığına görə ədəbi aləmdə daha çox amerikan yazıçısı kimi tanınır. Onun uşaqlıq illəri Varşavanın yəhudi məhəlləsində keçmişdi. Atası ravvin olduğundan oğlunun təlim-tərbiyəsinin ortodoks yəhudi prinsipləri əsasında aparılmasına xüsusi diqqət yetirmişdi. Kiçik Zinger bir tərəfdən yəhudi qanunlarını, iudey və aramey mətnlərini əzbərləməli olmuş, o biri tərəfdən isə elmi kitablar və rus klassiklərinin əsərlərini oxumuşdu. Kənddə keçirdiyi yay ayları isə gələcək yazıçının soydaşlarının həyat və məişəti ilə yaxından tanış olmasına, özünün dediyi kimi, "yəhudi tarixinin içərisində" yaşamasına imkan yaratmışdı. Atasının ravvin kimi görmək istədiyi İsaak Zinger bir müddət Varşavadakı yəhudi ruhani seminariyasında təhsil almışdı. Lakin sonra fikrini dəyişmiş və "Ədəbi vərəqlər" adlı yəhudi jurnalında çalışmağa başlamışdı. İlk hekayələri bu jurnalda çap edilmişdi.
Con Singer Sarcent
Con Sinqer Sarcent (12 yanvar 1856, Florensiya - 14 aprel 1925, London) — VIII Edvard dövründə Böyük Britaniyanın varlılarını və ziyalarını təsvir etdiyi portretləri ilə tanınan amerikalı rəssam. İncəsənət həyatında 900-dan çox yağlıboya əsəri, 2000-dən çox sulu boya əsəri və minlərlərlə eskiz yaratmışdır. Əsərlərinin içində Venesiya, Tirol, Korfu, Mayns, Florida kimi səyahət etdiyi şəhərlərin peyzajları da var. Sarcentin ailəsi amerikalı idi. Buna baxmayaraq həyatının böyük bir hissəsini Avropada keçirmişdir. İncəsənət təhsilini tamamaladıqdan sonra Londonda yaşamışdır. Londonda portret çəkmək bacarığı ilə məşhurlaşmış və bu şöhrətini vəfat edənədək qorumuşdur. Rəssam həyatında bir çox mübahisə ilə qarşılaşmışdır. Məsələn, hələ karyerasının ilk illərində "Madam X-in portreti" adlı əsərini portretçi kimi məşhurlaşmaq üçün yaratmışdı. Amma bu rəsm əsəri 1884-cü ildə açılan Paris Salonunda sərgilənərkən böyük tənqidlərə məruz qalmışdır.
Sincar döyüşləri (2022)
2022-ci ilin Sincar döyüşləri — 1 maydan etibarən İraq ordusunun Türkiyə və Kürdüstan Demokrat Partiyasının dəstəyi ilə Sincar Müqavimət Birlikləri yaraqlılarını Sincar dağlarından çıxarmaq üçün başlatdığı hərbi əməliyyat. Sincar Müqavimət Birlikləri İraq ordusunun regiondakı nəzarət-buraxılış məntəqəsinin boşaldılması tələbini rədd etdikdən sonra toqquşmalar başlamışdır. Döyüşlərin əsas hissəsi bir saat davam etmiş, iki mülki şəxs yaralanmış və 3,000-dən çox insan məcburi köçkün olmuşdur.
Avstriya pinçeri
Avstriya pinçeri — pinçerlərə aid olan it cinsi. Avstriya ərazisində yetişdirilmiş it cinsi. Əsasən çoban iti və anbarların sıçovullardan qorumasına xidmət etmişdir. Əvvəllər «Avstriya qısaayaq pinçeri» adlı cinsi sonradan Avstriya pinçeri ilə bir cinsə aid edilir. == Xarici görünüş == Digər çoban itləri kimi müxrəlif xüsusiyyətlərə sahibdir. Bununla belə onların əsas xüsusiyyəti təsərrefat işlərində istifadəsidir. Onlar it şouları üçün deyildir. Bu cinsə daxil olan itlər bir qayda olaraq müxtəlif rənglərdə olurlar. Bununla belə qarın, üz və quruğun sonuclarında ağ ləkələr olur. == Tarixi == Avstriya pinçeri bir cins olaraq 1928-ci ildə təstiqlənmişdir.
Lacivərd pəncərə
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Pəncərə təmizləyən
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Pəncərə yuyulması
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Səncələ (Piranşəhr)
Külic (fars. سنجله‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (43 ailə).
Şandərə (Sərdəşt)
Şandərə (fars. ‎شندره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (16 ailə).
Pəncərə (İnformatika)
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sultan Səncər
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (ən tezi XI əsr və ən geci XII əsr, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097-1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118-1157-ci illər arasında Böyük Səlcuq Sultanı. == Həyatı == Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
Səncər Naxçıvani
Səncər Naxçıvani (tam adı: Səncər ibn Abdullah) — elm,mədəniyyət və dövlət idarəçiliyində fərqlənən görkəmli şəxsiyyətlər yetirmiş ailə başçısı == Həyatı == Oğlanları Nəsirəddin Qutluğşah, Fəxrəddin Hinduşah, İzəddin Dövlətşah, Hüsaməddin Toğanşah, nəvəsi Məhəmməd inb Hinduşah, nəticəsi Kamaləddin ibn Məhəmməd elmin müxtəlif sahələrində tanınmış, dövlət idarəsinin ayrı-ayrı sahələrində çalışmışdır. Övladları görkəmli alim, dövlət xadimi Əlaəddin Ətaməlik Cüveyninin şərəfinə "əs- Sahibi" (dövlət aparatında yüksək vəzifə tutan şəxs) nisbəsi qəbul etmişdir. Orta əsrlərdə Sahib ləqəbi isə dövlət aparatında işləyən yüksək vəzifəli şəxslərə verilirdi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451-437-438. ISBN 5-8066-1468-9.
Səncər qəzası
Səncər qəzası (ərəb. قضاء سنجار‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار), Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdən və türkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir. Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdən və türkmanlardan ibarətdir.
Əhməd Səncər
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (ən tezi XI əsr və ən geci XII əsr, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097-1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118-1157-ci illər arasında Böyük Səlcuq Sultanı. == Həyatı == Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
Əziz Səncər
Əziz Sancar (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dəki Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı Türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil oldu. == Həyatı == 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Sancarın ifadəsinə görə, Əziz Sancarın ana dili ərəbcədir və ailədə ərəbcə danışılırdı. Əziz Sancar,ərəb dilində valideynləri ilə danışıldığını, ancaq bacı-qardaşları arasında türk dilində danışdığını söyləyir.
İlhami Səncər
İlhami Səncər 1909 – 13 dekabr 1986, İstanbul Türkiyəli hakim, siyasətçi və keçmiş nazir. == Həyatı və təhsili == İlhami Səncər 1909-cu ildə Osmanlı İmperiyasının Manisa vilayətinin Gördes bölgəsində anadan olub. O, ilk təhsilini Kamalpaşada, ikinci təhsilini isə İzmirdə tamamlayıb. Daha sonra Səncər, Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, 1933-cü ildə təhsilini bitirdikdən sonra İzmir şəhəri və ətrafında məhkəmə və prokurorluq orqanlarında çalışıb. O, ilk dəfə 1934-cü ildə, ikinci dəfə isə 1941-ci ildə hərbi xidmətə çağırılıb. == Siyasi fəaliyyəti == İlhami Səncər məhkəmədəki işindən istefa verərək 1942-ci ildə siyasi həyata daxil olub. 1949-cu ildə o, Cümhuriyyət Xalq Partiyasının İstanbul filialının rəhbəri seçilib. 1961-ci ilin 24 yanvarında Türkiyə Qurucu Məclisinə Cümhuriyyət Xalq Partiyası nümayəndəsi olaraq təyin edilib. Hərbi xidmətdən sonrakı zaman o, 1961–1969-cu illər arasında TBMM-nin 13-cü və İstanbul vilayətinin isə 12-ci millət vəkili olaraq xidmət edib.
Səmra Dinçər
Səmra Dinçər (1966, Ankara) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Səmra Dinçər 1966-cı ildə Ankara şəhərində anadan olub. Qazi Universiteti İqtisadi bölməsindən məzun olub. İnşaat və turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. noyabr 2023-cü ildə CHP İdarə Heyətinin təbiət haqlarından məsul sədr müavini seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.
Pəncərə (film, 1991)
Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi. == Məzmun == Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır. "Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır. == Film haqqında == Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana... Allah-Təala qiyamət günü əzab verməz". Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür. Filmin ideyası 1987-ci ildə yaranmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc Quruluşçu operator: Elxan Əliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Mobil Babayev Operator: Etibar Şirinov Səs operatoru: Akif Nuriyev Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Rejissor: Mayak Kərimov === Rollarda === İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə Elxan Bayramov — Savalan Abbasqulu Əbluc — Vasif Zemfira Əliyeva — Sultannisə Təvəkkül İsmayılov — Burxan Xəlil İsmayılov — Ceyhun Məmmədbağır Həsənov — Qənimət Ramin Məlikov — Rövşən Həsən Əbluc — Rövşənin atası Fərid Hacıyev — Zəki Nazir Əliyev — Zəkinin atası Emil Bayramov — Qurban Vüsalə Nəbiyeva — Qumral Rövşən Cahangirov — Səməd Əbdül Mikayılov — Əhməd Elxan Quliyev — milis kapitanı Fikrət Məmmədov — milis leytenantı Laləzar Mustafayeva — ana A.Seyidova Ülvi Səfərov Ş.Məmmədova Mayak Kərimov Dadaş Kazımov — qarovulçu Vəliəhd Vəliyev — restoran sahibi Şəmsi Şəmsizadə — ata S.Tağıyev İdris Rüstəmov Zilli Namazov — restorandakı müştəri Vüqar Muradov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Burxan (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qeyri-aktiv pəncərə
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cincer və Fred (film, 1986)
"Cincer və Fred" (it. Ginger E Fred) — rejissor Federiko Fellininin filmi. == Məzmun == 1950-ci illərdə rəqqaslar Ameliya Bonetti və Pino Botiçelli səhnədə sevilən duetlərlə çıxış etmişdirlər. Onlar özlərinə əfsanəvi Hollivud step rəqqasları Cincer Rocers və Fred Asterin təxəllüslərini götürmüşdülər. Bu hadisələrdən 30 il keçmişdir. Keçmiş tərəf-müqabillər bir-birilərindən çoxdan uzaqlaşıblar. Hərəsi öz şəxsi həyatını yaşayır. Lakin onlara cavanlıqlarında olan müvəffəqiyyətlərini bir daha yoxlamaq qismət olmamışdır. Elə bu vaxt onlara gözlənilməz şans verilir. Amelio və Pino Yeni İl bayramına həsr olunmuş televiziya şousunda çıxış etməyə dəvət olunurlar.